Yumurtalıq
English: Ovary

Yumurtalıq
Gray589 az.png
Vorgaenge im eierstock az.PNG
Yumurtlama yə ya ovulyasiya prosesi
LatıncaOvarium
YunancaOophoron
Qreysubyekt 266 1254
SistemSidik-cinsiyyət - lat. Systema urogenitale - BNA
AparatSidik-cinsiyyət
ArteriyaYumurtalıq arteriyası, uşaqlıq arteriyası
VenaYumurtalıq venası
SinirYumurtalıq kələfi
LimfaBel və aorta limfa düyünləri.
MeSHOvary
Dorlands/ElsevierOvary

Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellisoidə bənzəyir. Uzunluğu 3,0-5,0 sm, eni 1,5-3,0 sm, qalınlığı0,7-1,5 sm və çəkisi5,0-8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır.

Quruluşu

Yumurtalığın bayır və içəri səthi (lat. facies lateralis et medialis), çıxıq azad kənarı — lat. margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat. extremitas tubaria və aşağı uşaqlıq ucu — lat. extremitas uterina vardır. Azad kənarı arxaya çevrilmişdir, müsariqə kənarı önə doğru baxaraq uşaqlığın enli bağına bitişmişdir. Burada qan damarlarına məxsus yumurtalıq qapısı — lat. hilus ovari vardır. Boru ucu uşaqlıq borusunun qarın ağzına və uşaqlıq ucu uşaqlığa baxır və onun ilə xüsusi bağ — lat. lig. ovarii proprium vasitəsilə birləşir. Yumurtalıqların xarici səthləri periton ilə örtülü deyildir; bunların üzərində maya epiteli — lat. epitelium germinale (BNA) adlanan bir təbəqə kubabənzər və ya alçaq silindrə bənzər epitel hüceyrələri vardır. Maya epiteliyumurtalığın üzərində uşaqlığın enli bağına keçir; bu bağın həmin hissəsinə yumurtalıq müsariqəsi — lat. mesovarium deyilir. Bu müsariqə də digər müsariqələr kimi iki qat peritondan təşkil olunmuşdur və arasında yumurtalığa məxsus damarlar yerləşmişdir. Yumurtalığın maya epitelinin altındasıx lifli birləşdirici toxumadan əmələ gəlmiş ağlı qişa — lat. tunica albuginea ovari (BNA) vardır. Yumurtalığın kütləsi iki növ maddədən — qabıq maddədən və ya parenximatoz məntəqədən — lat. zona parenchimatosa (BNA) və beyin maddədən və ya damarlı məntəqədən — lat. zona vasculosa (BNA) ibarətdir. Qabıq maddə beyin maddədən çox sıxdır və xeyli əhəmiyyətə malikdir, çünkı burada yumurtalığın vəzi ünsürləri olur.

Follikullar

Yumurtalığın qabıq maddəsi uşaqlarda ilk follikullar — lat. folliculi ovarii (oophari — BNA) primarii) ilə dolu sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Bunların miqdarı 100 minə qədər olur. Həddi- büluğa çatdıqda onların miqdarı 35 minə qədər azalır. Həddi-büluğ dövründə olan follikulların təxminən dörd yüzü tam mənası ilə inkişaf edərək mayalanmağa qabil olur; qalanları inkişaf etməyib məhv olur. İlk follikul birləşdirici toxuma qişası ilə əhatə olunmuş bir qrup hüceyrələrdən ibarətdir. Hər follikulun mərkəzində bir cinsiyyət hüceyrəsi — yumurtalat. ovum (ovulum — BNA) yerləşmişdir. Cinsiyyət hüceyrəsi başqa follikul hüceyrələrindən həcm və quruluş cəhətcə tam ayrıdır. Bir az sonra follikul daxilində, epitel hüceyrələrinin arasında şəffaf follikul mayesi — lat. liquor folliculi meydana çıxır. Bu maye follikul ətrafındakı damarlardan çıxan bir transudantdır. Follikul maye çoxaldıqca mərkəzi vəziyyət alır, follikulun epitel hüceyrələrini mühitə doğru sıxışdırır və nəticədə həmin hüceyrələr follikul qişasının daxili səthini sıra ilə örtür. Bu cür əmələ gəlmiş qata dənli qat — lat. stratum granulosum deyilir. Follikul epitelinin bir qismi bir nöqtədə toplaşaraq yumurtaya məxsus təpəcik — lat. cumulus oophorus əmələ gətirir; bunun üzərində də yumurta hüceyrəsi yerləşmiş olur. Yumurtaya yaxın follikul epiteli şüalı tac təşkil edir. Follikulun birləşdirici toxuma qişası — lat. teca folliculi iki qatdan ibarətdir: xarici yaxud lifli qat və daxili yaxud damarlı qat. Bu üsul ilə ilk follikul inkişaf edir və nəticədə yetişmiş qovuğabənzər follikul — Qraaf qovuqcuğu — lat. folliculis ovarii vesiculosi (folliculus oophorus vesiculosus Graafi — BNA) hasil olur. İlk follikul gözlə belə görünmür, qovuğabənzər follikul isə 5–12 mm böyüklüyündə olur.

Yumurta

Əsas məqalə: Yumurta (hüceyrə)
Digər dillərdə
Alemannisch: Eierstock
العربية: مبيض
asturianu: Ovariu
български: Яйчник
brezhoneg: Vigell
bosanski: Jajnici
català: Ovari
کوردی: ھێلکەدان
čeština: Vaječník
Cymraeg: Ofari
dansk: Æggestok
Deutsch: Eierstock
ދިވެހިބަސް: ބިސްރަވަ
Ελληνικά: Ωοθήκη
English: Ovary
Esperanto: Ovario
español: Ovario
eesti: Munasari
euskara: Obulutegi
فارسی: تخمدان
suomi: Munasarja
français: Ovaire
Gaeilge: Ubhagán
galego: Ovario
客家語/Hak-kâ-ngî: Lón-thoi
עברית: שחלה
hrvatski: Jajnik
Kreyòl ayisyen: Ovè (plant)
magyar: Petefészek
Bahasa Indonesia: Ovarium
Interlingue: Ovarium
Ido: Ovario
íslenska: Eggjastokkar
italiano: Ovaia
日本語: 卵巣
Jawa: Ovarium
қазақша: Аналық без
ಕನ್ನಡ: ಅಂಡಾಶಯ
한국어: 난소
kurdî: Hêkel
Latina: Ovarium
lietuvių: Kiaušidė
latviešu: Olnīca
македонски: Јајчник
മലയാളം: അണ്ഡാശയം
Bahasa Melayu: Ovari
Napulitano: Spogna
नेपाली: डिम्बाशय
नेपाल भाषा: ओभरी
Nederlands: Eierstok
norsk nynorsk: Eggstokk
norsk: Eggstokk
Novial: Ovarie
ଓଡ଼ିଆ: ଡିମ୍ବାଶୟ
ਪੰਜਾਬੀ: ਅੰਡਕੋਸ਼
polski: Jajnik
پنجابی: آنڈاتھیلی
português: Ovário
Runa Simi: Runtuchana
română: Ovar
русский: Яичники
sicilianu: Ovariu
Scots: Ovary
srpskohrvatski / српскохрватски: Jajnici
Simple English: Ovary
slovenčina: Vaječník
slovenščina: Jajčnik
chiShona: Makandiro
српски / srpski: Јајник
svenska: Äggstock
தமிழ்: சூலகம்
తెలుగు: అండాశయము
Tagalog: Bahay-itlog
Türkçe: Yumurtalık
татарча/tatarça: Күкәйлек
українська: Яєчник
oʻzbekcha/ўзбекча: Tuxumdon
Tiếng Việt: Buồng trứng
Winaray: Obaryo
Vahcuengh: Rongzva
中文: 卵巢
粵語: 卵巢