Yarış durumu

Yarış durumu (en. race condition)– çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq:

Race condition.svg


int x;

// Axın 1: while (!stop) {

 x++;
 …

}

// Axın 2: while (!stop) {

 if (x%2 == 0)
   System.out.println("x=" + x);
 …

}

Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir:

1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) {

 int cached_x = x;
 if (cached_x%2 == 0)
   System.out.println("x=" + cached_x);
 …

}


Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Digər dillərdə
العربية: حالة تسابق
čeština: Souběh
italiano: Race condition
日本語: 競合状態
한국어: 경쟁 상태
Simple English: Race condition
українська: Стан гонитви
中文: 競爭危害