Vizual roman

RenPy001.png
Video-Game-Controller-Icon-IDV-green.svg
Bu məqalə aşağıdakı məqalələr silsiləsinə aiddir:
Video oyunlar

Vizual roman (ビジュアルノベル Bijuaru noberu?) — sabit qrafiklərə, anime stilinə, bəzən isə videometraja[1] malik olan interaktiv video oyun.[2][3] Adından bəlli olduğu kimi bu növ oyunlar romanın video oyun versiyasını xatırladır.

Yaponiya terminologiyasında vizual romanlar ilə yapon macəra oyunları arasında fərqləndirmə qoyulub: vizual romanlar (NVL kimi ixtisar olunur) başlıca olaraq hekayələr üzərində qurulub, oyunçudan az qarşılıqlı təsir tələb edir. Yapon macəra oyunlarında (ADV və ya AVG kimi ixtisar olunur) isə əsas hədəf qarşıya qoyulan problemləri həll etməkdir. Digər ölkələrdə ADV və NVL-lər sadəcə "vizual roman" adlandırılır. Vizual romanlar Yaponiyada geniş yayılmışdır. 2006-cı ildə Yaponiyada istehsal olunmuş PC oyunlarının 70 %-ni vizual romanlar təşkil etmişdir.[4]

Vizual romanlar çox nadir hallarda video oyun konsolları üçün istehsal olunurlar. Amma populyar vizual romanlar bəzən Sega Saturn, Dreamcast, PlayStation Portable və Xbox 360 konsollarına uyğunlaşdırılır. Məşhur vizual romanlar əsasında adətən ranobe, manqa, anime adaptasiyaları hazırlanır. Şərqi Asiyadan xaricdə vizual roman bazarı elə də böyük deyil. Buna baxmayaraq, vizual romanlar əsasında çəkilmiş bir çox animelər Qərb dünyasında yaşayan anime fanatları arasında populyardır.

Digər dillərdə
العربية: رواية مرئية
English: Visual novel
español: Novela visual
français: Visual novel
hrvatski: Visual novel
magyar: Visual novel
Bahasa Indonesia: Novel visual
italiano: Visual novel
한국어: 비주얼 노벨
Bahasa Melayu: Novel visual
Nederlands: Visuele novelle
português: Romance visual
Simple English: Visual novel
svenska: Visuell roman
ślůnski: Wizualny rōman
Türkçe: Görsel roman
українська: Візуальна новела
Tiếng Việt: Visual novel
中文: 视觉小说