Vikipediya:Etibarlı mənbələr

↱VP:EM
Construction.svgBu səhifə Vikipediyanın rəsmi prinsiplərinə namizəddir. Hal-hazırda bu qanunun müzakirəsi gedir

Qaydanın səsverməsi hələ keçirilməmişdir.

  • Səsvermə müddəti:
  • Qüvvədədir:

Vikipediyada məqalələr etibarlı, nüfuzlu və düzlüyünə şübhə olmayan mənbələrə istinad etməlidir. Bunlar üçüncü tərəf (tərəfsiz) mənbələr olarsa daha yaxşı olar.

İstifadəçi Vikipediyaya hər-hansı əhəmiyyətli informasiya daxil etmək istəyirsə, həmin informasiyaya istinadın olması və ya etibarlı mənbənin göstərilməsi vacibdir. Əks təqdirdə müəyyən müddətdən sonra həmin məlumatın məqalədən silinməsi ehtimalı yüksək olur. Mətnə istinadların əlavə edilməsi ilk növbədə həmin mətni məqaləyə daxil etmiş istifadəçinin üzərinə düşür, məqalədə mənbələri qəsdən saxtalaşdıran istifadəçinin hərəkəti vandalizm hesab olunur. Məqalədə etibarlı mənbələrin sayı nə qədər çox olsa məqalə bir o qədər düzgün hesab edilir.

Etibarlı mənbələr dedikdə nə başa düşülür

  • Akademik jurnallar və sair akademik mənbələrdə nəşr olunan elmi məqalələr;
  • Dünyada tanınan və müəyyən nüfuza malik alimlərin əsərləri;
  • Mötəbər informasiya agentlikləri, mötəbər qəzetlər və rəsmi dövlət saytları;
  • Beynəlxalq aləmdə tanınmış və ya dövlət universitetlərində dərs demiş və elmi dərəcəsi olan müəlliflərin rəsmi saytlarda və nəşrlərdə öz ixtisasları üzürə yazıqları etibarlı mənbə hesab edilə bilər.
  • Britannika, Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Sovet Ensiklopediyası, Böyük Sovet Ensiklopediyası və mütəxəssislər tərəfindən, dövlət dəstəyi ilə yaradılmış ensiklopediyalar.

Qeyd: Mənbənin etibarlılığı şübhə doğurursa və ya istifadəçilər arasında mübahisəyə səbəb olarsa Arbitraj Komitəsinə ərizə ilə müraciət edilməlidir. Arbitraj Komitəsi göstərilən mənbənin etibarlılığı barədə qərar verdikdən sonra həmin mənbə xüsusi siyahıya daxil edilərək məqalələrdə sərbəst istifadə edilə bilər.

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Вікіпэдыя:Крыніцы, вартыя даверу
Bahasa Indonesia: Wikipedia:Sumber tepercaya
srpskohrvatski / српскохрватски: Wikipedia:Pouzdani izvori
oʻzbekcha/ўзбекча: Vikipediya:Nufuzli manbalar