Video oyun konsolu

Video-Game-Controller-Icon-IDV-green.svg
Bu məqalə aşağıdakı məqalələr silsiləsinə aiddir:
Video oyunlar

Video oyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir video oyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çıxaran elektron cihaz.

"Video oyun konsolu" termini ilkin olaraq, istehlakçıların video oyun oynamaq üçün istifadə etdikləri konsol maşınlarını arkada maşınları və ya ev kompüterlərindən ayırd etmək üçün yaradılmışdır. Arkada maşını böyük bir şassinin daxilində yerləşən video oyun kompüterindən, displeyindən, kontrollerindən (coystik, düymələr və s.) və spikerlərdən ibarət olur. Ev kompüterləri evdə istifadə edilmək üçün dizayn edilmiş çoxməqsədli bir şəxsi kompüterdir. Ev kompüterlərindən mühasibat, internetə daxiloma və ya video oyun oynamaq üçün istifadə etmək olar.

Ümumsənayə standart formatlarından istifadə edən mediapleyer və audiopleyerlər kimi bənzər istehlakçı elektronikasında fərqli olaraq, video oyun konsolları sahibkar formatlarından istifadə edir. Bu formatlar bazarda bir-birləri ilə rəqabət aparırlar. Video oyun konsollarının da bir neçə növü var. Bunlara ev video oyun konsolları, portativ oyun konsolları, mikrokonsollar, xüsusiləşdirilmiş konsollar və başqaları daxildir. Ralf Bayerin 1966-cı ildə fəaliyyət göstərən ilk oyun konsolunu hazırlamasına baxmayaraq, onların məşhurlaşması 1972-ci ilə – "Pong" arkada oyununun satışa çıxarıldığı tarixə təsadüf edir. Video konsolları 1990-cu illərdə və 2000-ci illərdə keçirdiyi təkamül prosesinin bir nəticəsi olaraq, onlar CD-pleyer, DVD-pleyer, Blu-ray Disc-pleyer, veb-brauzer və rəqəmsal televiziya qəbuledicisi kimi müxtəlif funksiyalar təklif edir.

Digər dillərdə
asturianu: Videoconsola
български: Игрална конзола
bosanski: Igraća konzola
čeština: Herní konzole
Cymraeg: Consol gemau
Deutsch: Spielkonsole
Esperanto: Videoludilo
español: Videoconsola
euskara: Bideokontsola
hrvatski: Igraća konzola
Bahasa Indonesia: Konsol permainan
íslenska: Leikjatölva
日本語: ゲーム機
lumbaart: Console
latviešu: Spēļu konsole
македонски: Играчка конзола
Bahasa Melayu: Konsol permainan video
Nederlands: Spelcomputer
norsk nynorsk: Spelekonsoll
Runa Simi: Widyu kunsula
srpskohrvatski / српскохрватски: Igraća konzola
Simple English: Video game console
slovenčina: Herná konzola
slovenščina: Igralna konzola
shqip: Konzola
српски / srpski: Играчка конзола
svenska: Spelkonsol
українська: Гральна консоль
oʻzbekcha/ўзбекча: Video oʻyin konsoli
Tiếng Việt: Video game console
吴语: 游戏机
Bân-lâm-gú: Iû-hì-ki
粵語: 遊戲機