Video oyun

Tarixi
Kompüter oyunları
Vg history icon.svg
Oyun konsolları

Birinci nəsil (1972–1977)
İkinci nəsil (1976–1984)
Böhran 1983-cü il
Üçüncü nəsil (1983–1992)
Dördüncü nəsil (1987–1996)
Beşinci nəsil (1993–2002)
Altıncı nəsil (1998–2006)
Yeddinci nəsil (2004-cü ildən)
Səkkizinci nəsil (2011-ci ildən)

Video oyun bir neçə elektron quruluşlarına (fərdi kompüter, konsol, tetris, mobil telefon və s.) uyğun olaraq oyun. Həmin quruluşlar bu halda platformalar adlanırlar. İlk video oyunu 1948 ildə Tomas Qoldsmit və İstl Rey Mann yaratmışdılar. Demək olar ki, hər bir xarici video oyuna ESRB təşkilatı yaş kateqoriyası və məzmun işarələr qoyur.

2011-ci ildə ABŞ-da video oyunlar incəsənətin ayrıca bir növü kimi qəbul edlib.

  • tarixi

Tarixi

Kompüter oyunları texnologiyanın əyləncə sahəsindəki ən məşhur istifadələrindən biri olaraq adlandırıla bilər. Kompüter oyunları ilə kompüter texnologiyasının bir-birini izləməsi hər iki sahədə də inanılmaz bir təcil ortaya çıxarmışdır. Kompüter texnologiyası təkmilləşdikcə daha yaxşı oyunlar istifadəyə verilmiş, bu oyunların ehtiyaclarını qarşılamaq üçün yüksək səviyyədə kompüter texnologiyası işlənib hazırlanmışdır. Kompüter oyunları hər nə qədər kompüterləri bir əyləncə vasitəsinə çevirsə də özü etibarilə ofis proqramları, sənaye tətbiqləri, database proqramları kimi bir kompüter proqramıdır.

İlk kompüter oyununun 1962-ci ildə PDP-1 sistemi üzərində çalışmaq üzrə Stephen Russell və yoldaşları tərəfindən təkmilləşdirilən Spacewar! olduğu qəbul edilməkdədir. Təbii ki bu oyunun qrafikası günümüzün oyunları ilə müqayisə edilə bilməyəcək qədər primitivdir. 1973-cü ildə isə ilk kommersiya oyunu olan Pong, Atari firması tərəfindən tanıtılmışdır. 80-ci illərdə yavaş-yavaş oyunlar növləşməyə başlamış və mətn əsaslı adventure və rol etmə (RPG-Role Playing Game) oyunları yaranmışdır.

90-cı illərin əvvəlində mousenin və səs kartlarının kompüter sistemlərinə daxil olması və qrafik interfeyslərin inkişafı ilə kompüter oyunlarında da bir irəlləyiş yaşanmışdır. Bu dövrlərdə oyunlar vizual olaraq daha da inkişafa başlamışdır. 1992-ci ildə Wolfenstein oyunu ilə oyunlara 3 ölçü gəlmiş olsa da 3D oyunların ilk müvəffəqiyyətli nümunəsi 1993-cü ildə ID Software tərəfindən inkişaf etdirilən Doom oyunu olmuşdur. Ancaq zamanla kompüterlərin ekran kartları artıq kafi gəlməməyə başlayınca 90-cı illərin ortalarında 3D sürətləndiriciləri kompüter oyunları dünyasında bir partlayış etmişdir. 3D sürətləndirici kartlarının liderliyini 3DFX firması etmişdir. 3D sürətləndiriciləri ekran kartlarının edə bilməyəcəyi çətin qrafik əməliyyatlarını etmək üzrə hazırlandığından bir dövr oyunsever oyun oynamaq üçün standart ekran kartları yanında bir də bahalı 3D sürətləndirici kart istifadə etmək məcburiyyətində qalmışdılar. Daha sonra oyunların çox yaygınlanşması və demək olar ki, bütün oyunların artıq 3D sürətləndirici tələb etməsi nəticəsində artıq ekran kartı və 3D sürətləndirici ayrı-seçkiliyi aradan qalxmış və 3D sürətləndirici ekran kartları ortaya çıxmışdır. İndiki vaxtda da hələ də bu texnologiyanın təkmilləşdirilməsi davam etdirilməkdədir. Yenə oyun API'lərinin (Application Program Interface) ortaya çıxması da ilk 3D sürətləndiricilərinin ortaya çıxış dövrünə rast gəlməkdədir. İlk 3D API 1989-ci ildə inkişaf etdirilən OpenGL olmasına baxmayaraq bu API daha çox sənaye proqramlarda istifadə edilmiş və oyunlarda yayılması daha sonrakı zamanlarda olmuşdur. Artıq 1995-ci ildə bazarda bir çox fərqli ekran kartı və səs kartı var idi. Bu fərqlilik yazılan program və oyunların fərqli təchizatların iş problemlərini ortaya çıxardığından həm bir standart meydana gəlməsi həm də təchizatların inkişaf etmiş xüsusiyyətlərinin istifadəsi üçün Microsoft DirectX API'sini hazırlanmışdır. Ancaq yalnız oyunlara istiqamətli ilk API 3DFX firmasının Glide API'sidir. Glide olduqca müvəffəqiyyətli bir API olduğundan oyun dünyasında sürətlə yayılmış və qısa müddətdə eyni zamanda ilk 3D sürətləndiriciyi də hazırlayan istehsalçısı 3DFX'e böyük bir güc gətirmişdir. Ancaq bu səltənət çox sürməmiş və 3DFX firmasının strateji səhvləri səbəbiylə qısa müddətdə enişə keçmiş və 2000-ci illərin əvvəlində firma rəqibi nVidia tərəfindən satın alınmışdır. Beləcə oyun dünyasında çox güclü və müvəffəqiyyətli olan Glide API'si də tarixə qərq olmuşdur. Hal-hazırda hələ də istifadə olunan API'lər OpenGL və DirectX API'ləridir.

Hal-hazırda kompüter oyunları artıq filmlər kimi bir sənaye halına gəlmişdir. Oyunların büdcəsi milyon dollarlarla ifadə edilməyə başlamışdır. Reallığa hər addımda bir az daha yanaşılıb və birdən çox adamın eyni anda oynadığı online oyunlar da yayılmışdır.

Digər dillərdə
Afrikaans: Videospeletjie
Alemannisch: Computerspiel
aragonés: Videochuego
Ænglisc: Īwungplega
العربية: لعبة فيديو
asturianu: Videoxuegu
беларуская (тарашкевіца)‎: Кампутарная гульня
български: Видеоигра
বাংলা: ভিডিও গেম
brezhoneg: C'hoari video
bosanski: Videoigra
català: Videojoc
čeština: Videohra
Cymraeg: Gêm fideo
Deutsch: Computerspiel
Zazaki: Kayê videoy
emiliàn e rumagnòl: Videozùg
English: Video game
Esperanto: Videoludo
español: Videojuego
eesti: Videomäng
euskara: Bideo-joko
suomi: Videopeli
føroyskt: Telduspøl
français: Jeu vidéo
galego: Videoxogo
हिन्दी: वीडियो गेम
hrvatski: Videoigra
magyar: Videojáték
interlingua: Videojoco
Bahasa Indonesia: Permainan video
íslenska: Tölvuleikur
italiano: Videogioco
Patois: Vidio giem
la .lojban.: samselkei
ქართული: ვიდეო თამაში
қазақша: Видео ойын
한국어: 비디오 게임
Кыргызча: Видео оюн
Lëtzebuergesch: Computerspill
Limburgs: Computersjpel
lumbaart: Videogioch
latviešu: Videospēle
македонски: Видеоигра
Bahasa Melayu: Permainan video
مازِرونی: ویدئو کاء
Nederlands: Computerspel
norsk nynorsk: Dataspel
norsk: Videospill
occitan: Videojòc
português: Jogo eletrônico
Runa Simi: Widyu pukllay
română: Joc video
саха тыла: Видео оонньуу
sardu: Videojòcu
sicilianu: Vidiugiocu
srpskohrvatski / српскохрватски: Videoigra
Simple English: Video game
slovenčina: Počítačová hra
slovenščina: Videoigra
shqip: Video loja
српски / srpski: Видео-игра
Seeltersk: Computerspil
svenska: Datorspel
Tagalog: Larong bidyo
Türkçe: Video oyunu
українська: Відеогра
oʻzbekcha/ўзбекча: Kompyuter oʻyinlari
vèneto: Videozugo
Tiếng Việt: Video game
吴语: 电子游戏
ייִדיש: ווידעא שפיל
Yorùbá: Fidio ere
中文: 电子游戏
Bân-lâm-gú: Tiān-náu iû-hì
粵語: 電視遊戲