Veymar

Şəhər
Picto infobox map.png
Veymar
alm. Weimar
Stadtansicht Weimar mit Schloss und Herderkirche.jpg
Gerb
Gerb

50°59′0″N 11°19′0″E / 50°59′0″N 11°19′0″E / 50.98333; 11.31667


DövlətFlag of Germany.svg Almaniya
İcra başçısıPeter Kleine
Sahəsi84,48±0,01 km²
Hündürlüyü208±1 metr
Saat qurşağıUTC+01:00UTC+02:00
Əhalisi64.131 nəfər (31 dekabr 2015)
Telefon kodu03643, 036453
Poçt indeksi99423, 99425, 99427
weimar.de
Xəritə
Veymar — yerləşdiyi ərazi Německo
Veymar
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar
Vikidatada redaktə et: Vikidatada redaktə et

Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri.

Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar.

Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub.

Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb.

Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.

Təsadüfi deyil ki, Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirləri şəhəri 1999-cu ildə Avropa Mədəniyyətinin Paytaxtı seçiblər.

Mədəniyyəti

Cəmi 64 min əhalisi olan Veymarın ərazisi o qədər də böyük deyil. Qeyd olunduğu kimi, əhalinin gəlir mənbəyi turizmdir. ABŞÇindən olan turistlər üstünlük təşkil edir. Turizm mövsümü aprel ayından sentyabra qədər davam edir. Hər il şəhərə gələn turistlərin sayı 3 milyona yaxın olur. Şəhər əhalisini üç təbəqəyə bölmək olar: tələbələr, təqaüdçülər və turistlər.

Veymarın ərazisi kiçik olduğundan turistlər muzeyləri və qalereyaları nəqliyyatdan istifadə etmədən asanlıqla gəzə bilərlər.

Bu şəhərdə orta əsrlər, intibah dövrü və nəhayət, yeni dövrü xatırladan tikililər, saraylar, ən qədim saray apteki, orta əsrlər operasının binası, bazar meydanı almanların tarixini özündə əks etdirir. Şəhərə gələn turistləri isə ən çox cəlb edən muzeylərdir. Veymarda avanqard incəsənəti əks etdirən Yeni muzey, yəni Müasir İncəsənət Muzeyidir. Artıq iki ildir ki, muzeyin yanında tarixi tikilidə ticarət mərkəzi fəaliyyət göstərir. Lakin tələbələrin əksəriyyəti həmin binadan ticarət məqsədi ilə istifadə edilməsinə qarşı çıxır. Yeni muzey 1931-ci ildə, Veymar Respublikası dövründə fəaliyyətə başlayıb. Lakin Hitler 1933-cü ildə muzeyi ləğv edir və onun sonuncu direktoru Amerikaya miqrasiya edir. Çünki nasistlər avanqard incəsənəti sevmirdiər və onlar daha çox milli üsluba üstünlük verirdilər. Müşayiətçinin bildirdiyinə görə, həmin illərdə Almaniyada yaşayan yəhudilər ana vətənləri, İsrailə köçüb. Ona görə də indi Təl-Əvivdə bu muzeyə bənzər çoxlu tikililəri görmək olar.

Ümumiyyətlə, Veymar Bauhaus hərəkatının, yəni müasir incəsənətin mərkəzi olub. Bauhaus məktəbi özündə sənətkarlığı və müasir incəsənəti birləşdirir. Əsası Valter Qroupus tərəfindən qoyulan bu məktəb 1919-cu ildən 1933-cü ilə qədər fəaliyyət göstərib. Maraqlıdır ki, məktəbin əsasının memar tərəfindən qoyulmasna baxmayaraq, yaranışının ilk illərində Bauhausun memarlıq departamenti mövcud olmayıb. Bauhaus məktəbi incəsənət, memarlıq, qrafik dizayn, daxili dizayn, sənaye dizaynı və topoqrafiyanın inkişafına hərtərəfli təsir edib. Məktəb Almaniyanın üç şəhərində, Veymar, Desau və Berlində fəaliyyət göstərib. 1933-cü ildə məktəblər nasist rejimi tərəfindən bağlanılıb və yalnız müharibədən sonra bərpa olunub.

Digər dillərdə
Afrikaans: Weimar
العربية: فايمار
مصرى: فايمار
asturianu: Weimar
تۆرکجه: وایمار
башҡортса: Веймар
Boarisch: Weimar
беларуская: Веймар
беларуская (тарашкевіца)‎: Ваймар
български: Ваймар
brezhoneg: Weimar
bosanski: Weimar
català: Weimar
нохчийн: Веймар
čeština: Výmar
Cymraeg: Weimar
dansk: Weimar
Deutsch: Weimar
Ελληνικά: Βαϊμάρη
English: Weimar
Esperanto: Vajmaro
español: Weimar
eesti: Weimar
euskara: Weimar
فارسی: وایمار
suomi: Weimar
français: Weimar
Frysk: Weimar
Gàidhlig: Weimar
galego: Weimar
客家語/Hak-kâ-ngî: Weimar
Hawaiʻi: Wehimala
עברית: ויימאר
हिन्दी: वाइमर
hrvatski: Weimar
hornjoserbsce: Weimar
magyar: Weimar
հայերեն: Վայմար
Bahasa Indonesia: Weimar
Interlingue: Weimar
íslenska: Weimar
italiano: Weimar
日本語: ヴァイマル
Basa Jawa: Weimar
ქართული: ვაიმარი
қазақша: Веймар
한국어: 바이마르
Кыргызча: Веймар
Latina: Vimaria
Lëtzebuergesch: Weimar
lietuvių: Veimaras
latviešu: Veimāra
македонски: Вајмар
മലയാളം: വയ്മാർ
मराठी: वाईमार
Bahasa Melayu: Weimar
Plattdüütsch: Weimar
norsk nynorsk: Weimar
norsk: Weimar
occitan: Weimar
polski: Weimar
Piemontèis: Weimar
پنجابی: وائمر
Ποντιακά: Βαϊμάρη
português: Weimar
română: Weimar
русский: Веймар
sardu: Weimar
sicilianu: Weimar
Scots: Weimar
srpskohrvatski / српскохрватски: Weimar
Simple English: Weimar
slovenčina: Weimar
shqip: Weimar
српски / srpski: Вајмар
svenska: Weimar
Kiswahili: Weimar
ślůnski: Weimar
тоҷикӣ: Веймар
Türkçe: Weimar
татарча/tatarça: Веймар
українська: Веймар
اردو: وایمار
vèneto: Weimar
vepsän kel’: Veimar
Tiếng Việt: Weimar
Volapük: Weimar
Winaray: Weimar
中文: 魏玛
粵語: 威瑪