Vasko Nunyes de Balboa

Vasko Nunyes de Balboa
isp. Vasco Núñez de Balboa
Balboa.jpg
Doğum tarixi: təxminən 1475
Doğum yeri: Xeres-de-los-Kabalyeros, Bedaxos, İspaniya
Vəfat tarixi: 1519
Vəfat yeri: Akla, Panama
Fəaliyyəti: Səyyah

Vasko Nunyes de Balboa ( isp. Vasco Núñez de Balboa) - İspaniyalı səyyah və konkistador. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir.

Erkən həyatı

Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Васка Нуньнес дэ Бальбоа
Simple English: Vasco Núñez de Balboa
Tiếng Việt: Vasco Núñez de Balboa