Türkiyə

Türkiyə Respublikası
türk. Türkiye Cumhuriyeti
Türkiyə
Şüar: "Yurtta Barış, Cihanda Barış"
"Yurdda Sülh, Cahanda Sülh"
Himn: "İstiklal Marşı"
İstiqlal Marşı
Türkiyə xəritədə yeri
PaytaxtAnkara
Ən böyük şəhərİstanbul, Ankara, İzmir, Bursa, Adana, Antalya
Rəsmi dillərTürk dili
Etnik qruplar Türklər – 70-75 %
Kürdlər – 18 %
Digərləri – 7-12 %(CİA 2008)
HökumətPrezidentli respublika
Rəcəb Tayyib Ərdoğan
• Vitse-prezident(lər)
Fuad Oktay
Tarixi
• Yaradılması (Anadolu Selcuqluları)
1077
• Osmanlı Dövləti Aliyyəsi (İmperiya)
1299
• Respublikanın elan edilməsi
1923
Sahəsi
• Ümumi
783,000 km2 (302,000 sq mi) (37-ci)
• Su (%)
1.78
Əhali
• Təxmini  (2018)
82.835.090
• Siyahıya alma (2000)
67.804.543
• Sıxlıq
102/km2 (264.2/sq mi) (107-ci)
ÜDM (AQP)2018 təxmini
• Ümumi
2.249 trilyon ABŞ dolları (13-cü)
• Adambaşına
28.000 ABŞ dolları (45-ci)
ÜDM (nominal)2018 təxmini
• Ümumi
905 milyard ABŞ dolları[1]
• Adambaşına
11.014 dollar[1]
İİİ (2015)Increase 0.767
yüksək · 69-cu
ValyutaTürk lirəsi (TRY)
Saat qurşağıŞAV (UTC+2)
• Yay (DST)
ŞAYV (UTC)
Telefon kodu90
İnternet domeni.tr

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir.[2] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraqSuriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dəniziDardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[3] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[4]

Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir.[5][6] Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklarlazlar daxildir.[6][7][8][9] Rəsmi dil türk dilidir.[10] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[11] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyasıBizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir.[12] Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[13]

XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[14] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir.[15] İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[16] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.

Türkiyə BMT, NATO, BVFDünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏTG-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[17]

Digər dillərdə
Аҧсшәа: Ҭырқәтәыла
Acèh: Turuki
адыгабзэ: Тыркуе
Afrikaans: Turkye
Akan: Turki
Alemannisch: Türkei
አማርኛ: ቱርክ
aragonés: Turquía
Ænglisc: Tyrcland
العربية: تركيا
ܐܪܡܝܐ: ܛܘܪܩܝܐ
مصرى: توركيا
অসমীয়া: তুৰস্ক
asturianu: Turquía
авар: Туркия
Aymar aru: Turkiya
تۆرکجه: تورکیه
башҡортса: Төркиә
Boarisch: Tiakei
žemaitėška: Torkėjė
Bikol Central: Turkiya
беларуская: Турцыя
беларуская (тарашкевіца)‎: Турэччына
български: Турция
भोजपुरी: तुर्की
Bislama: Teki
Bahasa Banjar: Turki
bamanankan: Türkiye
বাংলা: তুরস্ক
བོད་ཡིག: ཏུར་ཀི།
বিষ্ণুপ্রিয়া মণিপুরী: তুরস্ক
brezhoneg: Turkia
bosanski: Turska
ᨅᨔ ᨕᨘᨁᨗ: Turki
буряад: Түрэг Улас
català: Turquia
Chavacano de Zamboanga: Turquía
Mìng-dĕ̤ng-ngṳ̄: Tū-ī-gì
нохчийн: Турци
Cebuano: Turkiya
Chamoru: Turkey
ᏣᎳᎩ: ᎬᏃ
Tsetsêhestâhese: Turkey
کوردی: تورکیا
corsu: Turchia
Nēhiyawēwin / ᓀᐦᐃᔭᐍᐏᐣ: ᑐᕒᑭ
qırımtatarca: Türkiye
čeština: Turecko
kaszëbsczi: Tëreckô
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Тѷрци
Чӑвашла: Турци
Cymraeg: Twrci
dansk: Tyrkiet
Deutsch: Türkei
Zazaki: Tırkiya
dolnoserbski: Turkojska
डोटेली: टर्की
ދިވެހިބަސް: ތުރުކީވިލާތް
eʋegbe: Turkey
Ελληνικά: Τουρκία
emiliàn e rumagnòl: Turchî
English: Turkey
Esperanto: Turkio
español: Turquía
eesti: Türgi
euskara: Turkia
estremeñu: Turquia
فارسی: ترکیه
Fulfulde: Türkiye
suomi: Turkki
Võro: Türgü
Na Vosa Vakaviti: Turkey
føroyskt: Turkaland
français: Turquie
arpetan: Turquie
Nordfriisk: Türkei
furlan: Turchie
Frysk: Turkije
Gaeilge: An Tuirc
Gagauz: Türkiye
贛語: 土耳其
Gàidhlig: An Tuirc
galego: Turquía
Avañe'ẽ: Tuykia
गोंयची कोंकणी / Gõychi Konknni: तुर्की
𐌲𐌿𐍄𐌹𐍃𐌺: 𐍄𐍅𐍂𐌺𐌾𐌰
ગુજરાતી: તુર્કસ્તાન
Gaelg: Yn Turkee
Hausa: Turkiyya
客家語/Hak-kâ-ngî: Thú-ngí-khì
Hawaiʻi: Tureke
עברית: טורקיה
हिन्दी: तुर्की
Fiji Hindi: Turkey
hrvatski: Turska
hornjoserbsce: Turkowska
Kreyòl ayisyen: Tiki
հայերեն: Թուրքիա
interlingua: Turchia
Bahasa Indonesia: Turki
Interlingue: Turcia
Igbo: Turkéy
Iñupiak: Turkey
Ilokano: Turkia
ГӀалгӀай: Туркий мохк
Ido: Turkia
íslenska: Tyrkland
italiano: Turchia
ᐃᓄᒃᑎᑐᑦ/inuktitut: ᑑᕐᑭ
日本語: トルコ
Patois: Toerki
la .lojban.: turk
Basa Jawa: Turki
ქართული: თურქეთი
Qaraqalpaqsha: Tu'rkiya
Taqbaylit: Tturk
Адыгэбзэ: Тыркуей
Kabɩyɛ: Tuurkii
Kongo: Turki
Gĩkũyũ: Takĩ
қазақша: Түркия
kalaallisut: Tyrkia
ಕನ್ನಡ: ಟರ್ಕಿ
한국어: 터키
Перем Коми: Тюркия
къарачай-малкъар: Тюрк
कॉशुर / کٲشُر: ترکی
kurdî: Tirkiye
коми: Турция
kernowek: Turki
Кыргызча: Түркия
Latina: Turcia
Ladino: Turkia
Lëtzebuergesch: Tierkei
лакку: Туркия
лезги: Турция
Lingua Franca Nova: Turcia
Luganda: Buturuki
Limburgs: Turkije
Ligure: Turchia
lumbaart: Türchia
lingála: Turkí
لۊری شومالی: تورکیٱ
lietuvių: Turkija
latgaļu: Turceja
latviešu: Turcija
मैथिली: टर्की
Basa Banyumasan: Turki
мокшень: Туркамастор
Malagasy: Torkia
олык марий: Турций
Māori: Tākei
Baso Minangkabau: Turki
македонски: Турција
മലയാളം: തുർക്കി
монгол: Турк
кырык мары: Турци
Bahasa Melayu: Turki
Malti: Turkija
Mirandés: Turquie
မြန်မာဘာသာ: တူရကီနိုင်ငံ
مازِرونی: ترکیه
Dorerin Naoero: Terki
Nāhuatl: Turquia
Napulitano: Turchia
Plattdüütsch: Törkie
Nedersaksies: Turkije
नेपाली: टर्की
नेपाल भाषा: टर्की
Oshiwambo: Turkey
Nederlands: Turkije
norsk nynorsk: Tyrkia
norsk: Tyrkia
Novial: Turkia
Nouormand: Turtchie
Sesotho sa Leboa: Turkey
Chi-Chewa: Turkey
occitan: Turquia
Livvinkarjala: Turtsii
Oromoo: Tarkii
ଓଡ଼ିଆ: ତୁର୍କୀ
Ирон: Турк
ਪੰਜਾਬੀ: ਤੁਰਕੀ
Pangasinan: Turkiyo
Kapampangan: Turkiya
Papiamentu: Turkia
Picard: Turkie
Deitsch: Turkie
Pälzisch: Türkei
Norfuk / Pitkern: Turkii
polski: Turcja
Piemontèis: Turchìa
پنجابی: ترکی
Ποντιακά: Τουρκία
پښتو: تورکيه
português: Turquia
Runa Simi: Turkiya
rumantsch: Tirchia
Romani: Turkiya
Kirundi: Turukiya
română: Turcia
armãneashti: Turchia
tarandíne: Turchie
русский: Турция
русиньскый: Турція
Kinyarwanda: Turukiya
संस्कृतम्: तुर्की
саха тыла: Түркийэ
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱛᱩᱨᱠᱤ
sardu: Turkia
sicilianu: Turchìa
Scots: Turkey
سنڌي: ترڪي
davvisámegiella: Durka
Sängö: Turukïi
srpskohrvatski / српскохрватски: Turska
සිංහල: තුර්කිය
Simple English: Turkey
slovenčina: Turecko
slovenščina: Turčija
Gagana Samoa: Take
chiShona: Turkey
Soomaaliga: Turkiga
shqip: Turqia
српски / srpski: Турска
Sranantongo: Turkiyakondre
SiSwati: IThekhi
Sesotho: Türkiye
Seeltersk: Turkäi
Basa Sunda: Turki
svenska: Turkiet
Kiswahili: Uturuki
ślůnski: Turcyjo
தமிழ்: துருக்கி
ತುಳು: ಟರ್ಕಿ
తెలుగు: టర్కీ
tetun: Turkia
тоҷикӣ: Туркия
ትግርኛ: የቱርክ ዶሮ
Türkmençe: Türkiýe
Tagalog: Turkiya
Setswana: Turkey
Tok Pisin: Teki
Türkçe: Türkiye
Xitsonga: Turkey
татарча/tatarça: Төркия
chiTumbuka: Turkey
Twi: Turkey
reo tahiti: Turiti
тыва дыл: Турция
удмурт: Турция
ئۇيغۇرچە / Uyghurche: تۈركىيە جۇمھۇرىيىتى
українська: Туреччина
اردو: ترکی
oʻzbekcha/ўзбекча: Turkiya
Tshivenda: Turkey
vèneto: Turchia
vepsän kel’: Turkanma
Tiếng Việt: Thổ Nhĩ Kỳ
West-Vlams: Turkeye
Volapük: Türkän
walon: Tourkeye
Winaray: Turkeya
Wolof: Tirki
吴语: 土耳其
isiXhosa: ITurkiya
მარგალური: თურქეთი
ייִדיש: טערקיי
Yorùbá: Turkey
Vahcuengh: Dujwjgiz
Zeêuws: Turkije
中文: 土耳其
文言: 土耳其
Bân-lâm-gú: Thó͘-ní-kî
粵語: 土耳其
isiZulu: ITheki