Suffocation

Suffocation
şəkil
Əsas məlumat
Janrdet metal
texniki det metal
Fəaliyyət
illəri
19881998
2002—h.h.
ÖlkəFlag of the United States.svg ABŞ
ŞəhərNyu-York
LeyblNuclear Blast
Relapse
Roadrunner
HeyətFrank Mullen
Terrans Hobbs
Deyv Kalros
Qay Marçeyz
Derek Bayer
Keçmiş
üzvlər
Duq Çerrito
Coş Beyron
Kris Riçards
Mayk Smit
www.suffocation.us
VikiAnbarda Commons-logo.svg audio, foto və videofayllar

Suffocation1988-ci ildə Nyu Yorkda yaranmış amerikan det metal qrupudur.

1991-ci ildə "Effigy of the Forgotten" adlı ilk demo albomunu çıxardaraq başlayan qrup, fəaliyyətə başlayandan arıtq yeddi studiya albomunu yayımlayıb. Cannibal Corpse, Immolation, Morbid Angel, Nile, Obituary, Deicide, Dying Fetus, Incantation kimi qruplarla yanaşı Suffocation da öz janrının əhəmiyyətli qruplarından biridir.

1993-cü ildə barabançı Mayk Smit qrupdan ayrılır və yerinə Doq Bon gəlir. Bu yerdəyişmədən sonra qrup ikinci studiya albomları olan "Breeding the Spawn"-ı çıxardır. 1995-ci ildə "Pierced from Within" adlı albomu yayımlayan qrup ABŞ, Meksika, KanadaAvropanın da daxil olduğu geniş miqyaslı bir tura çıxır.

1998-ci ildə Vulture Records vasitəsilə "Despise the Sun" adlı bir EP yayımlayan qrup, qısa bir müddət sonra dağılır. Albom 2000 və 2002-ci ildə Relapse Records səsyazma şirkəti vasitəsilə yenidən yayımlanır.

2003-cü ildə qrup yenidən bir araya gəlir və albom hazırlıqlarına başlayır. Qrup 2004-cü ilin aprel ayında "Souls to Deny" adlı dördüncü studiya albomlarını çıxardır. Daha sonra qrupun ABŞAvropa səhnələrində 400'dən çox çıxışı olur. Wacken Festivalı çərçivəsində Almaniyada 33,000 dinləyici qarşısında çıxış edən qrup, 2006-cı ildə qrup ilə eyni adı daşıyan "Suffocation" albomunu çıxardır.

2008-ci ildə alman səsyazma şirkəti olan Nuclear Blast ilə müqavilə imzalayır və altıncı studiya albomu olan "Blood Oath"-ı bu şirkətin adı altında 2009-cu ildə çıxardır. Albom "Billboard 200" siyahısında 135-ci yerdə qərarlaşır.

2010-cu ilin may ayında qrup Napalm Death ilə birlikdə MeksikaCənubi Amerika turuna çıxır. 2012-ci ilin fevral ayında Smit yenidən qrupdan ayrılır və onun yerinə Deyv Kalros gəlir.

2012-ci ilin sentyabr ayında qrup yeni albom üzərində işlədiklərini açıqlayır. Qrupun yeddinci studiya albomu olan "Pinnacle of Bedlam" 2013-cü il 15 fevral tarixində işıq üzü görür.

Studiya albomları

  • 1991 - Effigy of the Forgotten
  • 1993 - Breeding the Spawn
  • 1995 - Pierced from Within
  • 2004 - Souls to Deny
  • 2006 - Suffocation
  • 2009 - Blood Oath
  • 2013 - Pinnacle of Bedlam
Digər dillərdə
العربية: اختناق
беларуская: Асфіксія
català: Asfíxia
کوردی: خنکان
dansk: Kvælning
Deutsch: Asphyxie
English: Asphyxia
Esperanto: Asfiksio
español: Asfixia
eesti: Lämbumine
euskara: Asfixia
فارسی: اختناق
suomi: Asfyksia
français: Asphyxie
Gaeilge: Aisfisce
हिन्दी: श्वासावरोध
hrvatski: Asfiksija
Bahasa Indonesia: Asfiksia
italiano: Asfissia
日本語: 窒息
қазақша: Тұншығу
한국어: 질식
Кыргызча: Асфиксия
lietuvių: Uždusimas
latviešu: Nosmakšana
नेपाल भाषा: एस्फिक्सिया
Nederlands: Verstikking
norsk: Asfyksi
polski: Asfiksja
português: Asfixia
română: Asfixie
русский: Асфиксия
Simple English: Asphyxia
shqip: Asfiksi
српски / srpski: Асфиксија
svenska: Kvävning
Türkçe: Asfiksi
українська: Асфіксія
اردو: اختناق
oʻzbekcha/ўзбекча: Asfiksiya
Tiếng Việt: Ngạt
中文: 窒息
粵語: 窒息