Spartak Trnava FK

Flag of Slovakia.png Spartak (Trnava)
Rəng(lər) qara-qırmızı
Yaranma tarixi 30 may 1923
Stadionu Anton Malatinski adına stadion
Tutumu 18448
Prezidenti Ladislav Kuna
Baş məşqçisi Karol Peçe

SpartakSlovakiyanın futbol klubu.

Trnava şəhərində yerləşir.

Tarixi

30 may 1923-cü ildə Sk Çcechie və CsSK klublarının birləşməsindən yaranıb.

“Spartak”in tarixinin qızıl dövrü ötən əsrin 70-ci illəri ilə bağlıdır. 1968/ 1969 mövsümündə Çempionlar Liqasının yarımfinalınadək yüksəlib gələcək qalib “Ayaks”a uduzan “Spartak” 1972/ 19731973/ 1974 mövsümlərində avrokubokların 1/4 finalınadək irəliləyib. Lakin müstəqillik illəri komanda üçün uğursuz olub. Ölkə çempionatlarında 434 oyun keçirib, 208 qələbə qazanıb, 104 heç-heçə edib, 122 dəfə uduzan Trnava təmsilçisi 651 qol vurub 478-ni buraxıb. Slovakiya çempionatında ən yaxşı nəticəni 1997/ 1998 mövsümündə əldə edən trnavalılar çempionluğu son turlarda əldən verib.

Slovakiyanın son çempionatında “Spartak” 33 oyuna 55 xal toplayaraq çempiondan 15 xal geri qalıb. Həmin çempionatın bürünc mükafatçısı ev oyunlarını Anton Malatinski adına stadionda keçirir. Bu arena 18448 tamaşaçı tutur. “Qara-qırmızılar”ı hazırda Karol Peçe çalışdırır.

Digər dillərdə