Sofistlər məktəbi

Antik fəlsəfə
Sanzio 01 cropped.png
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII - IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit • Anaksaqor • Empedokl
Qədim yunan atomçuları
Levkipp • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor • Prodikus • Qorqias • Hippias

"Kiçik" sofistlərTrasimaxus • Likofron • Kritius • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV - I yüzilliklər)
Qədim Roma dovrünün fəlsəfəsi
I - V yüzilliklər
Stoaçılıq

Seneka • Epiktet • Mark_Avreli  • Siseron

Orta platonizm
Alkinous • Apuleyus • Qalen • Plutarx • Maksim • Filon • Selsus • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius
Apameya məktəbi → Yamblix • Sopater
Perqama məktəbi → Sallustius • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx • Proklus • Marinus • Simplikius • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles • Hipatia • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm • Hermetizm • Mitraizm
NeopifaqorçuluqApollonius • Nikomaxus • Numenius • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit

Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",[1], "ustad", "rəssam", "yaradan" [2]) — e. ə.V-II əsrlərdə Afinada natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan.

Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu.

Tarixi və mahiyyəti

Təxminən e.ə. V əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı. Yeni intellektual cərəyanın ilk nümayəndələri sofistlər idilər. Bu termin “müdrik şəxslər” deməkdir, lakin sonralar saxta mühakimələr yürüdən insanları alçaltmaq üçün istifadə edilmişdi.

Sofistlər haqqında əldə etdiyimiz biliklərin əksəriyyəti onları kəskin şəkildə tənqid edən Platona məxsusdur. Onlar ellin mədəniyyətinin ən yaxşı cəhətlərinin düşməni hesab edilirdilər. Müasir tədqiqatçılar onlar haqqındakı bu cür kəskin fikirləri rədd edirlər, lakin bu məktəbin bəzi üzvlərinin sosial məsuliyyət hissinin zəif olmasını və onların “pis vəziyyətin daha yaxşı vəziyyətə çevrilməsində” tamamilə insafsız olduqlarını qəbul edirlər.

Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar "sofist" və "sofizm" sözünü başqa cür başa düşürdülər. "Sofist" "müdrik" sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu "tarixin atası" Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.

Lakin eyni zamanda (b.e.ə. V əsrin 2–ci yarısında) xüsusi peşə sahiblərini sofistlər adlandırmağa başlamışdılar. Daha dəqiq desək, əmək haqqına görə pul alan (yəni, ilk dəfə tədrisə görə pul alan) müəllimlər sofist adlanırdı. Sofizmin nümayəndələri bu adı fəxrlə daşıyırdılar. İlk dəfə Protaqor (b.e.ə. 490– 420) özünü könüllü olaraq sofist adlandırmışdır. Ondan sonra Qorgias, ProdikHippias özlərini sofist hesab edirdilər. Onlar bütün Yunanıstanı gəzərək pulla "müdriklik" dərsi verirdilər. Platon özünün "Protaqor" və "Qorgias" adlı dialoqlarında nəql edir ki, müasirləri sofistlərə onların dərslərinə görə yaxşı pul versinlər. Məsələn, Fidius heykəllərinə görə daha az pul alırdı, nəinki müdriklik dərsindən Protaqor. İlk sofistlər özlərini nəinki müdriklik müəllimləri, həmçinin xeyirxah adamlar kimi təqdim edirdilər. Xeyirxah adamlar anlayışı isə qədim Yunanıstanda təkcə mənəvi mükəmməllik timsalı kimi deyil, həm də praktiklik ictimai və dövlət işlərini aparmaq bacarığını da ifadə edirdi. "Müdriklik" sözü isə həmin dövrdə elmin sinonimi idi. Çünki sofistlər pul almaqla o zamankı elmi tədris edirdilər. Fəlsəfə bütün elmləri əhatə edir və həmin elmlər də "müdriklik" adı altında tanınırdı. Həmin elmin də müəllimləri sofistlər idi. O dövrdə hər bir tamhüquqlu vətəndaş xalq yığıncaqlarında iştirak edə bilər və dövlət işlərində də fəal ola bilərdi. Xalq iclaslarında qələbə o adama nəsib olurdu ki, o, həmvətənlilərinin ağlına hakim kəsilə bilirdi. Yaxşı nitq bu qəbildən idi. Təsadüfi deyildir ki, sofistlər ritorikaya – natiqlik məharətinə üstünlük verirdilər. Tədricən "sofist" sözü "natiqlik" məharəti öyrədən müəllimi ifadə etməyə başladı. Sofistlər Qədim Yunanıstanda uzun müddət mövcud olmuşlar. Məsələn, Markus Avrelius zamanında natiqlik sənətində mahir olan iki müəllim – sofist var idi. Onlardan biri şəhər xəzinəsi, digəri isə imperator xəzinəsi tərəfindən təmin olunurdu. Fəlsəfənin inkişafında sofistlər mühüm rol oynamışdırlar. Onlar biliyə marağı artırmış və nəticədə fəlsəfədə yeni dövr başlanmışdır. Bu dövrdə artıq fəlsəfə biliyə əsaslanırdı. Həmin dövr Sokratla başlayır və Aristotellə bitir.

Digər dillərdə
Alemannisch: Sophisten
български: Софист
বাংলা: সফিস্ট
brezhoneg: Sofegour
bosanski: Sofisti
čeština: Sofisté
Deutsch: Sophisten
Ελληνικά: Σοφιστές
English: Sophist
español: Sofista
français: Sophiste
Gaeilge: Sofaist
galego: Sofista
हिन्दी: सोफ़िस्त
hrvatski: Sofisti
magyar: Szofizmus
Հայերեն: Սոփեստներ
日本語: ソフィスト
ქართული: სოფისტები
қазақша: Софистер
한국어: 소피스트
Latina: Sophistae
lietuvių: Sofistai
norsk: Sofistene
polski: Sofiści
پښتو: سوفيست
русский: Софисты
srpskohrvatski / српскохрватски: Sofisti
slovenčina: Sofisti (filozofia)
shqip: Sofistët
српски / srpski: Софиста
svenska: Sofister
Türkçe: Sofistler
українська: Софісти