Satira

Satira (lat. satira) - müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır.

Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur.

Satiraya ən gözəl misal S.Ə.Şirvanini “ Köpəyə ehsan” şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir. Tamahkar molla toğlunu görən kimi fikrini dəyişib deyir:

İt demə, ol dəxi bizim birimiz!
Belə ölmüşlərə fəda dirimiz!

Seyid Əzim mollanın öz dili ilə onun əqidəsinin və rəyinin alına və satıla bildiyini göstərir. Satiradan ədəbi və ictimai mübarizələrdə geniş istifadə edilməsi onun ciddi sosial məzmun daşımasına səbəb olmuşdur. Məsələn, XIX-XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişlər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, C.Ə.Şirvani, M.Ə.Sabir satirik poeziyanın böyük ustaları olmuşlar.[1]

Digər dillərdə
Afrikaans: Satire
العربية: هجاء (أدب)
asturianu: Sátira
تۆرکجه: طنز
башҡортса: Сатира
беларуская: Сатыра
беларуская (тарашкевіца)‎: Сатыра
български: Сатира
brezhoneg: Flemmskrid
bosanski: Satira
català: Sàtira
کوردی: تیز
čeština: Satira
Cymraeg: Dychan
dansk: Satire
Deutsch: Satire
Ελληνικά: Σάτιρα
English: Satire
Esperanto: Satiro
español: Sátira
eesti: Satiir
euskara: Satira
فارسی: طنز
suomi: Satiiri
français: Satire
furlan: Satire
galego: Sátira
עברית: סאטירה
हिन्दी: कटूपहास
hrvatski: Satira
magyar: Szatíra
հայերեն: Երգիծանք
Bahasa Indonesia: Satire
Ido: Satiro
italiano: Satira
日本語: 風刺
ქართული: სატირა
қазақша: Сатира
한국어: 풍자
Кыргызча: Сатира
Latina: Satura
Lëtzebuergesch: Satir
Limburgs: Satire
lietuvių: Satyra
latviešu: Satīra
македонски: Сатира
Bahasa Melayu: Satira
Nederlands: Satire
norsk nynorsk: Satire
norsk: Satire
occitan: Satira
ਪੰਜਾਬੀ: ਵਿਅੰਗ
polski: Satyra
português: Sátira
română: Satiră
русский: Сатира
русиньскый: Сатіра
саха тыла: Сатира
sicilianu: Sàtira
سنڌي: طنز
srpskohrvatski / српскохрватски: Satira
Simple English: Satire
slovenčina: Satira
српски / srpski: Сатира
svenska: Satir
தமிழ்: அங்கதம்
Tagalog: Tuya
Türkçe: Hiciv
українська: Сатира
oʻzbekcha/ўзбекча: Satira
Tiếng Việt: Châm biếm
中文: 讽刺
Bân-lâm-gú: Khau-sé