Sarı qızdırma

YellowFeverVirus.jpg

Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27-38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 C də 10 dəq yə ,1%li formalin təsirindən 1-2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2-6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4-5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9-12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir.

Epidemiologiyası

Sarı qızdırma tropik bölgələrdə Aedes aegypti növ ağcaqanadlar vasitəsi ilə yayılır.

Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada HaemoqoqusAedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insan,keçirici Aedes aegypti - dir. Xəstəlik epidemiya şəklində yayılır. İnsanın sarı qızdırmaya həssaslığı yüksəkdir.

Sarı qızdırmanın Afrikadakı regional bölgüsü (2005)
Digər dillərdə
Afrikaans: Geelkoors
العربية: حمى صفراء
asturianu: Fiebre mariello
беларуская: Жоўтая ліхаманка
български: Жълта треска
বাংলা: পীতজ্বর
bosanski: Žuta groznica
català: Febre groga
čeština: Žlutá zimnice
dansk: Gul feber
Deutsch: Gelbfieber
Thuɔŋjäŋ: Tööc
ދިވެހިބަސް: ރީނދޫ ހުން
English: Yellow fever
Esperanto: Flava febro
español: Fiebre amarilla
euskara: Sukar hori
فارسی: تب زرد
suomi: Keltakuume
français: Fièvre jaune
Gaeilge: Fiabhras buí
हिन्दी: पीतज्वर
hrvatski: Žuta groznica
Kreyòl ayisyen: Lafyèv jòn
magyar: Sárgaláz
Հայերեն: Դեղին տենդ
Bahasa Indonesia: Demam kuning
italiano: Febbre gialla
日本語: 黄熱
ಕನ್ನಡ: ಕಾಮಾಲೆ
한국어: 황열
Luganda: Enkaka
lingála: Fièvre jaune
македонски: Жолта треска
മലയാളം: മഞ്ഞപ്പനി
Bahasa Melayu: Demam kuning dewasa
Nederlands: Gele koorts
norsk: Gulfeber
ଓଡ଼ିଆ: ପୀତ ଜ୍ୱର
português: Febre amarela
Runa Simi: Fiebre amarilla
română: Febră galbenă
srpskohrvatski / српскохрватски: Žuta groznica
Simple English: Yellow fever
slovenščina: Rumena mrzlica
српски / srpski: Žuta groznica
svenska: Gula febern
Kiswahili: Homa ya manjano
ትግርኛ: ብጫ ረስኒ
Türkçe: Sarıhumma
українська: Жовта гарячка
اردو: زرد بخار
Tiếng Việt: Sốt vàng
中文: 黄热病
粵語: 黃熱病