Saqa

XVII əsrə aid Saqa

Saqa — Saqa Orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir.

Alt qruplar

Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı.

Digər dillərdə
العربية: ساجا
مصرى: ساجا
беларуская: Сага
беларуская (тарашкевіца)‎: Сагі
български: Сага
বাংলা: সাগা
brezhoneg: Saga
Cymraeg: Saga
dansk: Saga
English: Saga
Esperanto: Sagao
eesti: Saaga
euskara: Saga
suomi: Saaga
Võro: Saaga
français: Saga
עברית: סאגה
hrvatski: Saga
magyar: Saga
Հայերեն: Սագա
Bahasa Indonesia: Saga
Ido: Saga
italiano: Saga
日本語: サガ
Basa Jawa: Saga
қазақша: Сага
한국어: 사가 (문학)
latviešu: Sāgas
кырык мары: Сага
Nederlands: Saga (literatuur)
norsk nynorsk: Saga
occitan: Saga
português: Saga (literatura)
română: Saga
русский: Сага
Scots: Saga
srpskohrvatski / српскохрватски: Saga
Simple English: Saga
slovenčina: Sága (literatúra)
српски / srpski: Сага (књижевност)
Türkçe: Saga
українська: Сага