Sıra sayı

Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır.

Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı4, saitlə bitənlərin sonuna -ncı4 şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s.Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı4 şəkilçi qəbul edə-rək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.

Sıra sayları bəzən "hansı?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s.Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir. Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.

Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.

  • yazılışı

Yazılışı

Sıra sayları üç cür yazılır:

  1. Sözlə: birinci, altıncı, on beşinci və s.
  1. Ərəb rəqəmləri və -ıncı4 şəkilçisinin ixtisar forması olan –cı4 şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s. Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Bu halda -cı4 şəkilçisindən istifadə edilmir. Məsələn: 1), 1. və s.
  1. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000). Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.
Digər dillərdə
العربية: عدد ترتيبي
Cymraeg: Trefnolyn
Deutsch: Ordinalzahl
Esperanto: Ordonombro
suomi: Ordinaali
français: Nombre ordinal
עברית: מספר סודר
Bahasa Indonesia: Bilangan ordinal
íslenska: Raðtala
日本語: 順序数
қазақша: Ординал сан
한국어: 순서수
македонски: Реден број
Bahasa Melayu: Nombor ordinal
Nederlands: Ordinaalgetal
português: Número ordinal
română: Număr ordinal
slovenščina: Ordinalno število
svenska: Ordinaltal
Türkçe: Sıral sayı
українська: Порядкове число
ייִדיש: סדרדיקע צאל
中文: 序数
文言: 序數