Rustaveli prospekti

Rustaveli prospektində yerləşən Rustaveli Teatrının görünüşü
Rustaveli prospekti, 19-cu əsrdə Qolovin prospekti adlanırdı

Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə olaraq adlandırılan Tbilisinin mərkəzi prospektidir.

Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor oteli məhz Rustavelidə yerləşir.

1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir.

20072011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur.

Yaxınlaşma

Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür.[1] Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan - Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.