Roma hüququ

Roma hüququQədim Roma hüquqları toplusudur.

Ümumi anlayış

İndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəsində formalaşmış və təkmilləşmişdir. Tarixən belə gətirmişdir ki, indiki müasir hüquq normalarının əsası qədim “Roma hüququ”ndan götürülmüşdür.

Müasir dövrdə hər bir ölkənin öz hüquq sistemi mövcuddur. Bu hüquq sisteminin əsas normaları bütün ölkələrdə oxşardır. Fəaliyyətdə olan bu hüquq normalarına yerli adət-ənənələr və cəmiyyət münasibəti normaları da daxil edilir.

“Roma hüququ”nda əsasən, quldarların və varlıların hüquqları daha çox qorunurdu. Buna görə də “Roma hüququ” həm də “Sinfi hüquq” adlandırılırdı. Və iki növə ayrılırdı: I – “İctimai hüquq”, II – “Şəxsi (Fərdi) hüquq” adlanırdı.

İctimai hüquq – cəmiyyətdə baş verən prosesləri nizamlayırdı. Bundan başqa, bu hüquq həm də, ölkədə baş verən bütün prosesləri tənzimləyirdi. Bu hüquq müasir cinayət hüququ ilə “doğmalıq” təşkil edir. Bundan əlavə, İctimai hüquq da daxili – siyasi prinsiplər və xarici – iqtisadi əlaqələr qaydaları da əks olunurdu.

“Roma hüququ”nun “Şəxsi (Fərdi) hüquq”lar bəşər tarixində daha dərin iz buraxmışdır. Qanunvericiliyin bu növü müasir “vətəndaş hüququ” ilə “doğmalıq” təşkil edir. “Roma şəxsi hüquq” normaları təsərrüfat, ticarət və vətəndaşların hüquq munasibətlərini tənzimləyirdi. Əsas diqqət vətəndaşların hüquq munasibətlərinə yönəldilmişdir. Burada əsasən, vətəndaşlar arasında bağlanan müqavilələrin hazırlanması sistemi daha çox təqdirə layiqdir. Qeyd etmək lazımdır ki, o zamanlar bəzi müqavilələr şifahi, bəziləri isə yazılı yerinə yetirilirdi.

“Roma şəxsi (fərdi) hüquq”unda şəxsi mülkiyyətin qorunmasına daha çox yer verilirdi. “Roma hüququ” şəxsi mülkiyyətin və şəxsi mülkiyyətə təcavüzün nə demək olduğunu dəqiqliyi ilə izah edirdi. (“Roma hüququ”nda şəxsi mülkiyyətə qərəzli təcavüzə görə ölüm cəzası nəzərdə tutulurdu.)

Sinfi varlıq “Roma hüququ”nda belə izah olunurdu: “Qullar - quldarlara məxsus satıla, dəyişdirilə bilən bir əşyadır”, “qullar – hüquqi subyekt hesab edilmir.”

“Roma hüququ”nda qullar, kasıblar əşyaya bərabər tutulmuş və qeyri – hüquqi subyekt hesab edilmişdir.

Digər dillərdə
العربية: قانون روماني
asturianu: Derechu romanu
беларуская: Рымскае права
български: Римско право
bosanski: Rimsko pravo
català: Dret romà
čeština: Římské právo
dansk: Romerret
Ελληνικά: Ρωμαϊκό Δίκαιο
English: Roman law
Esperanto: Romia juro
español: Derecho romano
فارسی: حقوق روم
français: Droit romain
hrvatski: Rimsko pravo
magyar: Római jog
interlingua: Derecto roman
Bahasa Indonesia: Hukum Romawi
íslenska: Rómarréttur
italiano: Diritto romano
日本語: ローマ法
қазақша: Рим құқығы
한국어: 로마법
Latina: Ius Romanum
Lingua Franca Nova: Lege roman
lietuvių: Romėnų teisė
Plattdüütsch: Röömsch Recht
Nederlands: Romeins recht
occitan: Drech roman
português: Direito romano
română: Drept roman
sicilianu: Drittu rumanu
Scots: Roman law
srpskohrvatski / српскохрватски: Rimsko pravo
Simple English: Roman law
slovenčina: Rímske právo
slovenščina: Rimsko pravo
српски / srpski: Римско право
svenska: Romersk rätt
Türkçe: Roma hukuku
українська: Римське право
oʻzbekcha/ўзбекча: Rim huquqi
Tiếng Việt: Luật La Mã
中文: 罗马法
粵語: 羅馬法