Robert İrvin Hovard

Robert İrvin Hovard
Fotoqrafiya
Doğum tarixi
22 yanvar 1906(1906-01-22)
Doğum yeriTexas, Flag of the United States.svg ABŞ
Vəfatı11 iyun 1936(1936-06-11)
Vəfat yeriTexas, ABŞ
Dəfn yeriGreenleaf Cemetery
VətəndaşlığıFlag of the United States.svg ABŞ
TəhsiliHoward Payne University
IMDbID 0397574
İmza
conan.com
Commons-logo.svg Robert İrvin Hovard Vikianbarda

Robert İrvin Hovard (ing. Robert Ervin Howard; 22 yanvar, 1906 — 11 iyun, 1936) — amerika yazıçı.

Həyatı

Amerikalı məşhur yazıçı Robert Hovard fantastik, tarixi, detektiv, vestern, macəra janrında əsərlər yazıb. Fantezi janrının alt janrı olan “qılınc və sehr”in yaradıcısı hesab olunur. Bu alt janrda yazılan əsərlərin qəhramanı qılınc oynadır, sehrli varlıqlarla döyüşür. Bir çoxlarımızın uşaqlıqda izlədiyimiz cizgi film qəhrəmanı “Konan” da Hovardın qələminin məhsuludur.

Robert Hovard “Kimmerli Konan”ı 1932-1936-cı illərdə yazıb. “Barbar Konan” adı ilə də tanınan əsərdə söhbət kimmer tayfalarından gedir. Yazıçının “Konan” obrazını yaradarkən Çingiz xandan təsirləndiyi deyilir. Həm görünüş baxımından, həm də yerinə yetirdikləri missiya baxımından.

Robert Hovardın ölümü də çox faciəvi olub. Onun anası əməliyyatdan sonra komaya düşür. Hovard atası və dostları ilə xəstəxanada günlərlə keşik çəkir. 1936-cı ilin 11 iyun səhəri tibb bacısı heç bir ümid qalmadığını deyir. Hovard küçəyə çıxır, avtomobilinə minir və silahını çıxararaq başına atəş açır.

Digər dillərdə