Riyazi modelləşdirmə

Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsəvvürüdür[1]. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir.

"Riyazi model — reallığın riyazi təsviridir. [2].Riyazi model adətən tənliklərdən və ya tənliklər sistemindən ibarətdir və bunlar real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir, blok – sxem prinsipində istifadə edilir.

Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər.

Digər dillərdə
العربية: نموذج رياضي
Bahasa Indonesia: Model matematika
日本語: 数理モデル
한국어: 수학적 모델
Nederlands: Wiskundig model
norsk nynorsk: Matematisk modell
srpskohrvatski / српскохрватски: Matematički model
Simple English: Mathematical model
slovenčina: Matematický model
српски / srpski: Математички модел
oʻzbekcha/ўзбекча: Matematik model
Tiếng Việt: Mô hình toán học
中文: 数学模型