Qriffinlər

Qriffinlər
Family Guy
Qriffinlər.png
JanrSitkom
Qara yumor
Təlxəklik
Sürrealist komediya[1]
MüəllifSet Makfarleyn
İstehsalçıFuzzy Door Productions
Fox Television Animation
20th Century Fox Television
SəsləndirənlərSet Makfarleyn
Aleks Borşteyn
Set Qrin
Leysi Çebert
Mila Kunis
Mayk Henri
BəstəkarUolter Mörfi
Ron Cons
İstehsalçı ölkəFlag of the United States.svg ABŞ
Dilİngilis
Mövsüm sayı16
Buraxılış sayı293
Buraxılışların siyahısıQriffinlər cizgi serialının seriyalarının siyahısı
İstehsal
ProdüserŞennon Smit
Yulius Şarp
Kara Vallou
İcraçı prodüserSet Makfarleyn
Devid Qudman
Kris Şeridan
Denni Smit
Mark Hentenmann
Stiv Kallaqan
Alek Sulkin
Uellesley Uayld
KameraTəkkameralı çəkilişin animasiyalı təsviri
Müddəti20-23 dəq.
Veriliş
KanalFox
Təsvirin formatı480i (SDTV) (1999—2002, 2005—2010)
720p (HDTV) (2010-cu ildən)
Translyasiya dövrü1999-cu il yanvarın 31-dən – indiyədək
Xronologiyası
Oxşar verilişlərAmerikan ata!
Simpsonlar
Rəsmi sayt

Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz[2][3] Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir.

"Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı""Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn, 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.

Serial 24 dəfə Praym-Taym "Emmi" mükafatına namizəd olub (yeddi dəfə qalib gəlib). Şou 2009-cu ildə "Ən Yaxşı komediya serialı" nominasiyasında mükafata namizəd olmuş və bununla da "Daş dövrü" (1961-ci ildə namizəd olub) cizgi filmindən sonra bu nominasiyasında mükafata namizəd olmuş ikinci animasiya layihəsi olmuşdur. Qriffinlər 13 dəfə "Enni mükafatı"na (üç dəfə qalib gəlib) namizəd göstərilib. Serial dəfələrlə kult serial adını qazanıb.[4][5][6] Serial eyni zamanda "Simpsonlar" ilə oxşarlığına görə tez-tez mənfi tənqidlərə məruz qalır.

Serialın uğur dalğasında Mezco Toys şirkətinin oyuncaq seriyası, "HarperCollins" nəşriyyatının çap etdiyi altı kitab, komikslər, DVDBlu-ray nəşrlər, videooyunlar və pinbol avtomatı da daxil olmaqla, bir çox əlaqədar məhsullar istehsal olunmuşdur (2007). 2011-ci ildə "Qriffinlər"in tammetrajlı versiyası üzərində iş aparılması barədə məlumat təsdiq olunmuşdur. 27 sentyabr 2009-cu ildə "Qriffinlər"in spin-offu olan "Klivlend şou"nun premyerası keçirilib.

Digər dillərdə
العربية: فاميلي غاي
asturianu: Family Guy
Boarisch: Family Guy
български: Семейният тип
brezhoneg: Family Guy
català: Family Guy
Cebuano: Family Guy
čeština: Griffinovi
Cymraeg: Family Guy
dansk: Family Guy
Deutsch: Family Guy
Zazaki: Family Guy
Ελληνικά: Family Guy
English: Family Guy
Esperanto: Family Guy
eesti: Perepea
euskara: Family Guy
suomi: Family Guy
føroyskt: Familjan Griffin
français: Les Griffin
Gaeilge: Family Guy
galego: Family Guy
עברית: איש משפחה
हिन्दी: फैमिली गाय
hrvatski: Family Guy
magyar: Family Guy
interlingua: Family Guy
Bahasa Indonesia: Family Guy
íslenska: Family Guy
italiano: I Griffin
ქართული: გრიფინები
한국어: 패밀리 가이
Кыргызча: Гриффиндер
Latina: Family Guy
lietuvių: Šeimos bičas
македонски: Семеен тип
монгол: Family Guy
Bahasa Melayu: Family Guy
Nedersaksies: Family Guy
Nederlands: Family Guy
norsk nynorsk: Family Guy
polski: Family Guy
português: Family Guy
Runa Simi: Family Guy
русский: Гриффины
Scots: Family Guy
Simple English: Family Guy
slovenčina: Griffinovci
shqip: Family Guy
српски / srpski: Породични човек
svenska: Family Guy
Tagalog: Family Guy
Türkçe: Family Guy
татарча/tatarça: Гриффиннар
українська: Гріфіни
vèneto: Family Guy
Tiếng Việt: Family Guy
ייִדיש: משפחה מענטש
中文: 蓋酷家庭