Qlasqo-Koma şkalası

Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) - insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir.Bu şkala ilk olaraq 1974 cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir[1].

  • qlazqo-koma şkalası ilə qiymətləndirmə
  • İstinadlar

Qlazqo-Koma şkalası ilə qiymətləndirmə

Göz qapaqlarının açılması Xallar Şifahi cavablandırma Xallar Hərəki cavablar Xallar
spontan 4 tam yönümlü 5 ancaq müraciət olunduqda 6
müraciət olunduqda 3 qeyri tam yönümlü 4 ağrıya qarşı məqsədli 5
ancaq ağrıya qarşı 2 qeyri adekvat 3 ağrıya qarşı məqsədsiz 4
mənfi 1 anlaşılmaz 2 bükücü mexanizm 3
1 açıcı mexanizm 2
mənfi 1

Qiymətləndirilməsi:

< 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5-10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

Digər dillərdə