Qalaktika

Qalaktika

Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qara materiya sisteminə verilən addır.[1][2] Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu qalaktika Süd Yolu adlanır.[3]

Qalaktika

Bizim Qalaktika spiral quruluşa malikdir. Ümumilikdə isə Qalaktikalar müxtəlif quruluş və formaya malik olurlar. Qalaktikalar quruluşuna görə elliptik[4], spiral və heç bir formaya malik olmayan[5] formalara malikdirlər.

Ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfini XX əsrin ən böyük kəşflərindən biri hesab etmək olar. Bu kəşf Kainatın quruluşunu və miqyasını başa düşməkdə mühüm rol oynadı. Bundan başqa Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yarandı.

İlk öncə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlar dünyasından ibarətdir. Ulduzlar hidrostatik tarazlıq halında olan qaz kürələridir. Bizim tərəfimizdən müşahidə olunan maddənin bütün kütləsi ulduzlarda və ulduzlararası mühitdə cəmlənmişdir. Onların ölçü və kütlələri çox geniş masştabda dəyişir. Ulduzların kütləsi 1032-1035 qram tərtibindədir və kimyəvi tərkibləri müəyyən mənada bir-birinə uyğundur. Onların əksəriyyətinin nüvəsində təbii istilik nüvə reaktorları yerləşir. Ulduzların böyük əksəriyyətində ən geniş yayılmış kimyəvi element hidrogen heliuma çevrilir və bu zaman ayrılan enerji hesabına şüalanma baş verir.

Ulduzlar arası məsafə çox böyükdür. 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,27 il lazımdır.[6]

Maraqlıdır, biz hansı məsafədə yerləşən ulduzları görə bilərik? Ulduzların nə qədər güclü işıqlanma mənbəyinə malik olmasından asılı olmayaraq onun görünməsi üçün teleskopun imkanı ilə müəyyən edilən bir hüdud vardır. Maraqlıdır, bu hüduddan o tərəfə nə vardır? İnsanlar bəlkə də bu haqda heç nə bilə bilməzdilər, əgər ulduzlar bir kütlə mərkəzi ətrafında konsentrasiya olunub ayrıca ulduz sistemləri olan qalaktikaları yaratmasaydılar.

Bizim şimal yarımkürəsində adi gözlə görünən yeganə qalaktika Andromeda dumanlığıdır. Onu M 31 və ya NGC 224 kimi də kataloqlarda işarə edirlər.  Sb tip spiral quruluşa malikdir. Andromeda dumanlığı Kassiopey bürcü istiqamətində yerləşir. Ona qədər məsafə 2,2 milyon işıq ilidir. İnsanlar qayalarda müxtəlif canlıların şəklini çəkməyi öyənəndə həmin dumalıqdan gələn işıq bizə qədər olan yolunun 98-99% -ni qət etmişdi.[7]

Digər dillərdə
Afrikaans: Sterrestelsel
Alemannisch: Galaxie
aragonés: Galaxia
العربية: مجرة
مصرى: جالاكسى
অসমীয়া: তাৰকাৰাজ্য
asturianu: Galaxa
تۆرکجه: قالاکسی
башҡортса: Галактика
Boarisch: Galaxie
žemaitėška: Galaktėka
беларуская: Галактыка
беларуская (тарашкевіца)‎: Галяктыка
български: Галактика
भोजपुरी: गैलेक्सी
বাংলা: ছায়াপথ
brezhoneg: Galaksienn
bosanski: Galaksija
буряад: Галактика
català: Galàxia
нохчийн: Галактика
کوردی: گەلەستێرە
čeština: Galaxie
Чӑвашла: Галактика
Cymraeg: Galaeth
dansk: Galakse
Deutsch: Galaxie
Zazaki: Galaksi
Ελληνικά: Γαλαξίες
emiliàn e rumagnòl: Galâsia
English: Galaxy
Esperanto: Galaksio
español: Galaxia
eesti: Galaktika
euskara: Galaxia
estremeñu: Galassia
فارسی: کهکشان
suomi: Galaksi
føroyskt: Stjørnubreyt
français: Galaxie
Nordfriisk: Galaksii
furlan: Galassie
Gaeilge: Réaltra
galego: Galaxia
Avañe'ẽ: Arapyvore
客家語/Hak-kâ-ngî: Sên-hi
עברית: גלקסיה
हिन्दी: मन्दाकिनी
Fiji Hindi: Tara ke samundar
hrvatski: Galaktika
Kreyòl ayisyen: Galaksi
magyar: Galaxis
Հայերեն: Գալակտիկաներ
interlingua: Galaxia
Bahasa Indonesia: Galaksi
Ilokano: Ariwanas
Ido: Galaxio
íslenska: Stjörnuþoka
italiano: Galassia
日本語: 銀河
Patois: Gialaxi
Basa Jawa: Galaksi
ქართული: გალაქტიკა
Qaraqalpaqsha: Galaktika
қазақша: Галактика
kalaallisut: Galaxy
한국어: 은하
къарачай-малкъар: Мырыт
kurdî: Galaksî
Кыргызча: Галактика
Latina: Galaxias
Lëtzebuergesch: Galaxis
лезги: Галактика
Lingua Franca Nova: Galasia
Limburgs: Starestèlsel
lietuvių: Galaktika
latviešu: Galaktika
Malagasy: Vondron-kintana
македонски: Галаксија
മലയാളം: താരാപഥം
монгол: Галактик
मराठी: दीर्घिका
Bahasa Melayu: Galaksi
Mirandés: Galáxia
မြန်မာဘာသာ: ဂယ်လက်ဆီ
مازِرونی: کهکشون
Nāhuatl: Citlalpopocac
Plattdüütsch: Galaxie
नेपाली: तारापुञ्ज
Nederlands: Sterrenstelsel
norsk nynorsk: Galakse
norsk: Galakse
Novial: Galaxie
occitan: Galaxia
ਪੰਜਾਬੀ: ਅਕਾਸ਼ਗੰਗਾ
Kapampangan: Galaxy
Picard: Galacsie
polski: Galaktyka
Piemontèis: Galassia
پنجابی: تارہ سمندر
português: Galáxia
Runa Simi: Ñuñu warani
rumantsch: Galaxia
Romani: Samodor
română: Galaxie
русский: Галактика
русиньскый: Ґалаксія
संस्कृतम्: आकाशगङ्गा
саха тыла: Галаактика
sicilianu: Galassia
Scots: Galaxy
srpskohrvatski / српскохрватски: Galaksija
Simple English: Galaxy
slovenčina: Galaxia
slovenščina: Galaksija
shqip: Galaktika
српски / srpski: Галаксија
Basa Sunda: Galaksi
svenska: Galax
Kiswahili: Galaksi
తెలుగు: గేలక్సీ
тоҷикӣ: Галактика
Türkmençe: Galaktika
Tagalog: Galaksiya
Türkçe: Galaksi
татарча/tatarça: Галактика
тыва дыл: Галактика
українська: Галактика
اردو: کہکشاں
oʻzbekcha/ўзбекча: Galaktika
vèneto: Gałasia
Tiếng Việt: Thiên hà
Winaray: Galaksiya
吴语: 星系
მარგალური: გალაქტიკა
ייִדיש: גאלאקסיע
中文: 星系
Bân-lâm-gú: Gîn-hô
粵語: 星系