Qırmızı yerdəyişmə

Qırmızı yerdəyişmə — elektromaqnit şüalanmanın tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur.

Qırmızı yerdəyişmə termini kosmoloji qırmızı yerdəyişmə və qravitasiya qırmızı yerdəyişməsi mənasında işlədilir.

Kosmoloji qırmızı yerdəyişmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızı yerdəyişmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızı yerdəyişmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir:

Δz=Δλ / λ =Hr / c (Habbl qanunu).

Burada, r – qalaktikaya qədər məsafə, cişıq sürəti, HHabbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızı yerdəyişməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.

Qravitasiya qırmızı yerdəyişməsi qravitasiya sahəsində yayılan şüalanmanın tezliyinin azalmasıdır. Şüalanma cazibə qüvvələrinə aks istiqamətdə yayıldıqda (zamanın gedişi yavaşlayır) onun tezliyi azalır, cazibə qüvvələri istiqamətində yayıldıqda (zamanın gedişi sürətlənir) isə artır. Qravitasiya qırmızı yerdəyişməsini ümumi nisbilik nəzəriyyəsinə əsasən 1911-ci ildə Albert Eynşteyn irəli sürmüşdür (Eynşteyn effekti). Qravitasiya qırmızı yerdəyişməsi Günəşin, sonra isə başqa ulduzların (məs., ağ cırtdanların) şüalanmasında müşahidə edilmişdir. Bəzi hallarda (məs., qravitasiya kollapsında) hər iki qırmızı yerdəyişmə yekun effekt şəklində müşahidə oluna bilir.

Vikianbarda Qırmızı yerdəyişmə ilə əlaqəli mediafayllar var.

Digər dillərdə
Afrikaans: Rooiverskuiwing
العربية: انزياح أحمر
беларуская: Чырвонае зрушэнне
বাংলা: লোহিত সরণ
bosanski: Crveni pomak
čeština: Rudý posuv
Cymraeg: Rhuddiad
English: Redshift
Esperanto: Ruĝenŝoviĝo
eesti: Punanihe
Gaeilge: Deargaistriú
hrvatski: Crveni pomak
Bahasa Indonesia: Pergeseran merah
Ido: Redesko
íslenska: Rauðvik
日本語: 赤方偏移
ქართული: წითელი ძვრა
한국어: 적색편이
къарачай-малкъар: Къызыл тебиуню ёлчеми
Lëtzebuergesch: Routverrécklung
latviešu: Sarkanā nobīde
Bahasa Melayu: Anjakan merah
မြန်မာဘာသာ: အနီရောင်အရွေ့
नेपाली: रेडसिफ्ट
Nederlands: Roodverschuiving
norsk nynorsk: Raudforskuving
Novial: Redesko
Scots: Reidshift
srpskohrvatski / српскохрватски: Crveni pomak
Simple English: Red shift
slovenčina: Červený posun
slovenščina: Rdeči premik
shqip: Redshift
српски / srpski: Црвени помак
татарча/tatarça: Qızıl taypılma
українська: Червоний зсув
Tiếng Việt: Dịch chuyển đỏ
中文: 紅移
粵語: 紅移