Posavina

Sava çayının hövzəsi

Posavina (xorv. Posavina, bosn. Posavina, serb. Посавина, sloven. Posavje/Posavina) — Sava çayının hövzəsinə yerli dildə verilən ad. Bu regiona Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina və Serbiyanın ərazisindən axan iri çaylar daxildir. Ortadunay düzənliyindən kənarda yerləşir. Bölgədə ərazisinin dəniz səviyyəsindən hündürlüyü 100 metr təşkil edir. Ərazinin eni 4-45 km, uzunluğu isə 400 km-dir.

Bölgənin şərəfinə çoxlu sayda toponimlər vardır: Xorvatiyada dairələrdən biri - Brodsko-Posavska dairəsi, Bosniya-Hersoqovinada isə kantonlardan biri — Posavski kantonu. Bu bölgənin şərəfinə şəhər meydanı (xorv. hrvatski posavac hrvatski posavac «xorvat posavası») və toyuq növü (Posava kəkilli toyuğu) belə vardır.

Tarixi

Bölgənin ilk dəfə adı IX əsrdə Frank imperiyası sərhəddində olması ilə çəkilir.

18-ci əsrin ilk yarısında Savsko-Dunay (Posavisa-Podunave) Habsburg monarxiyası ilə hərbi sərhəd rolunu oynayırdı. Bu bölgə Xorvatiya və Slavoniya Krallığının razisini əhatə edirdi — Slavoniyanın və Sremanın cənubu, Novo-Qradişkadan Drinin Savaya tökldüyü yerə qədər ki ərazi.

1929-1939-cu illərdə Posavinanın əksəriyyəti Sava çayının adı Yugoslaviya Krallığı ərazisinə daxil idi - Savska banovinası adlı Xorvat vilayətlərinin biri. Bu vilayətin mərkəzi Xorvatiyanın paytaxtı olan Zaqreb olmuşdur. 1939-cu ildə Sava banovina Primorskaya banovinası ilə birləşdirilmişdir.

1941-ci ilin aprel ayında Xorvatiyada müstəqil dövlət qurulduqdan sonra Posavina ona birləşdirilir. Bu dövlətin ərazisinə daxil olan böyük vilayətlərdən biri Posave adlanırdı (xorv. Velika župa PosavjeVelika župa Posavje). onun ərazisinə Brod, Jupaya, Bryuçko, Derventa, Qradaças və Bielina kantonıları daxil idi. onun mərkəzi sava çayının sağ sahilində yerləşən Brod şəhəri idi.

Bosniya müharibəsi zamanı Bosniya Posavinanın bir hissəsi böyük zərər gördü: bir çox yaşayış məntəqəsi məhv edildi və ya yandırıldı, əhali bölgədən qovuldu. Buna görə müharibədən sonra bölgə üzrə əhalinin sıxlığı olduqca azdır.

Digər dillərdə
asturianu: Posavina
български: Посавие
bosanski: Posavina
català: Posavina
čeština: Posáví
Ελληνικά: Ποσάβινα
English: Posavina
español: Posavina
hrvatski: Posavina
lietuvių: Posavina
македонски: Посавина
Nederlands: Posavina (streek)
norsk nynorsk: Posavina
русский: Посавина
srpskohrvatski / српскохрватски: Posavina
српски / srpski: Посавина
svenska: Posavina
українська: Посавіна