Ponti Pilat

Ponti Pilat
lat. Pontius Pilatus
Ponti Pilat
Bayraq
Yəhudi əyalətinin V prefekti
Bayraq
26 — 36
Sələfi:Valeri Qrat
Xələfi:Martsel
 
Vəfat tarixi:36(36-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Həyat yoldaşı:Klavdiya Prokula
Pruta:Pulu

Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır.

Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir.

Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulmaqdadır.

“Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır. Və Pilat onların təkidi ilə qatili zindandan buraxmağı, İsanı isə onların ixtiyarına verməyi qərara alır”.

— Lukanın İncili

.

Pilatın əllərini yuması, Gebhard Fuqel, 1903

Lukanın İncilinin rəvayətinə görə, Pilat bu zaman onun töküləcək qanda günahı olmadığına işarə olaraq, qədim yəhudi ənənəsinə uyğun şəkildə "xalq qarşısında su götürüb əllərini yuyur" (“əllərimi yuyuram” (ivr. Netilat Jadajim ‎)) kəlməsi buradan əmələ gəlmişdir).

Ponti Pilat xristianlıq simvolu kimi İsa, Məryəmdən sonra xatırlanan üç addan biridir.

İsa Pilatın hüzurunda, Mixay Munkaçi, 1881

Məhz Ponti Pilat adına istinad olunaraq İsa tarixdə bir faktiki şəxs kimi təsdiqlənmişdir.

Pilat qamçılanmış İsanı Yerusəlim əhlinə göstərərək:-"lat. Esse Homo", sağ tərəfdə Pilatın kədərli qadını - Klavdiya Prokula, Antonio Sizeri, 1860-1880
Kesari lövhəsi:
…]S TIBERIÉUM
PON]TIUS PILATUS
..PRAEF]ECTUS IUDA[EA]E
..́.
azərb. Ponti Pilat yəhudi prefekti, Tiberinin təmsilçisi

Pilatın sonrakı həyatı haqqına çoxlu ziddiyyətli məlumatlar mövcuddur. IV əsrdə yaşamış Yevseviyə görə o, Qaliyaya Vyennə göndərilmiş, orada da özünə qəsd edərək ölmüşdür. Digər apokrif yazıda göstərilir ki, onun cəsədi Tiber çayına atılmış, lakin bu hal çay sularında coşqunluq yaratdığından cəsəd çıxarılaraq Vyennə aparılaraq Rona çayı sularında batırılmış, hadisə təzədən təkrarlandığından cəsəd çıxardılaraq Alp göllərinin birində batırılmışdır. Digər bir məlumata əsasən o, Neron tərəfindən qətlə yetirilmişdir. Vyenndəki piramidal sütunlu ippadrom, uzun müddət "Pilatın məzarı" kimi tanınmışdır.

Digər dillərdə
Afrikaans: Pontius Pilatus
aragonés: Poncio Pilato
беларуская: Понцій Пілат
беларуская (тарашкевіца)‎: Понтыюс Пілят
български: Пилат Понтийски
català: Ponç Pilat
Mìng-dĕ̤ng-ngṳ̄: Pontius Pilatus
čeština: Pilát Pontský
Cymraeg: Pontius Pilat
Esperanto: Pontio Pilato
español: Poncio Pilato
français: Ponce Pilate
hrvatski: Poncije Pilat
Bahasa Indonesia: Pontius Pilatus
italiano: Ponzio Pilato
日本語: ピラト
қазақша: Понтий Пилат
Ripoarisch: Ponzius Pilatus
lietuvių: Poncijus Pilotas
latviešu: Poncijs Pilāts
македонски: Понтиј Пилат
Bahasa Melayu: Pontius Pilate
Plattdüütsch: Pontius Pilatus
Nederlands: Pontius Pilatus
occitan: Ponç Pilat
português: Pôncio Pilatos
română: Pilat din Pont
русский: Понтий Пилат
srpskohrvatski / српскохрватски: Poncije Pilat
Simple English: Pontius Pilate
slovenčina: Pilát Pontský
slovenščina: Poncij Pilat
српски / srpski: Pontije Pilat
Kiswahili: Ponsyo Pilato
Tagalog: Poncio Pilato
Türkçe: Pontius Pilatus
татарча/tatarça: Pontiy Pilat
українська: Понтій Пилат
اردو: پیلاطس
Tiếng Việt: Phongxiô Philatô
粵語: 彼拉多