Otbiçənlər

Otbiçənlər (lat. Opiliones) hörümçəkkimilər sinfinə aid heyvan dəstəsidir. [1]

?Otbiçənlər
}}
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:İlkağızlılar
Ranqsız:Ecdysozoa
Tip:Buğumayaqlılar
Sinif:Hörümçəkkimilər
Dəstə:Otbiçənlər
Elmi adı
Opiliones Sundevall, 1833
Yarımdəstələri
Cyphophthalmi

Eupnoi
Dyspnoi

Laniatores
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX  82753
MBMM  43271

Ümumi quruluşu

Otbiçənlər dəstəsinin nümayəndəsi kiçik ölçülü olub, 1-10 mm, nadir halda 2 sm ölçüdə olurlar. Oval və yastılaşmış bədən formasına malikdirlər. Otbiçənlərin əksəriyyətində ayaqlar həddindən çox uzun olur. Məsələn, 0.6 sm ölçüdə olan otbiçənlərin ayaqlarının uzunluğu 16 sm-ə çatır. Bəzi ədəbiyyatlarda onları yalannçı hörümçəklər adlandırırlar. Otbiçənlərlə hörümçəkləri yaxınlaşdıran cəhət hər iki dəstənin Hörümçəkkimilər sinfində birləşməsidir. Otbiçənlər, hər şeydən əvvəl qarıncığının quruluşuna görə hörümçəklərdən fərqlənirlər. Belə ki, otbiçənlərdə qarıncıq buğumludur və baş-döş hissə ilə enli əsasla birləşir. Hörümçəklərdə isə qarıncıq baş-döşlə saplaq vasitəsilə birləşir. Baş-döş şöbə zirehlə örtülü olub, ön hissədə bir cüt göz vardır. Qarıncıq qısadır, bir-birinə möhkəm sıxılmış 9-10 buğumdan ibarətdir. Xeliserləri üç buğumludur, qısqaclara malikdir. Adətən qısqaclar kiçik olur, lakin quru ilbizləri ilə qidalanan bəzi növlərində onların ölçüsü gövdədən uzun olur. Pedipalpları iridir,tutucudur və caynaqlara malikdir. Ayaqların çanağı baş-döş şöbənin alt hissəsini tamamilə əhatə edir. Pəncələri buğumludur, qurtaracağında caynaqlar yerləşir. Əksər uzunayaqlı otbiçənlərin ayaqları asanlıqla qırıla bilir (avtomiya hadisəsi). Otbiçənlərin ayağından yağışdıqda, ayağı qırılıb qalır, heyvan özü isə qaçır. Ayaq çanağın burma ilə birləşdiyi nahiyədə qırılır, həmin nahiyədəki yara tez bitişir və hemolimfa axmır. Qırılmış ayaq saat yarım ərzində ritmiki olaraq yığıla bilir. Dəstənin adının buradan götürüldüyü qeyd olunur. Digər tərəfdən otbiçənlər yay aylarında çəmənliklərdə ot biçini zamanı daha çox rast gəlinirlər. Bu cəhət də dəstənin adlandırılmasında rol oynayır. Otbiçənlər traxeyalar vasitəsilə tənəffüs edirlər və traxeyalar yaxşı inkişaf etmişdir. Qarıncığın əsasında bir cüt nəfəsgah vardır ki, bu da quruluşuna görə həşəratın nəfəsgahlarına oxşardır. Onlar, adətən kiçik buğumayaqlılarla, xüsusilə həşəratla, çılpaq ilbizlərlə qidalanırlar.

Digər dillərdə
العربية: حصادات
asturianu: Opiliones
башҡортса: Бесән сапҡыстар
беларуская: Сенакосцы
български: Сенокосци
brezhoneg: Falc'heg
català: Opilió
Cebuano: Opiliones
čeština: Sekáči
dansk: Mejere
Deutsch: Weberknechte
Ελληνικά: Φαλάγγι
English: Opiliones
español: Opiliones
euskara: Opiliones
suomi: Lukit
français: Opiliones
galego: Opilións
עברית: קוצרים
Հայերեն: Խոտհունձներ
interlingua: Opiliones
italiano: Opiliones
日本語: ザトウムシ
ქართული: მთიბავები
қазақша: Пішеншілер
Latina: Opiliones
lietuvių: Šienpjoviai
latviešu: Māņzirnekļi
മലയാളം: ഒപീലിയൺ
Bahasa Melayu: Opiliones
Plattdüütsch: Schoosters (Spinnen)
Nederlands: Hooiwagens
norsk nynorsk: Vevkjerringar
Picard: Foeqheu
polski: Kosarze
português: Opilião
Runa Simi: Chakisapa uru
română: Opiliones
русский: Сенокосцы
Scots: Opiliones
srpskohrvatski / српскохрватски: Kosci
Simple English: Opiliones
slovenščina: Suhe južine
српски / srpski: Косци
svenska: Lockespindlar
Kiswahili: Chande
Türkçe: Opiliones
Tiếng Việt: Opiliones
Winaray: Opiliones
中文: 盲蛛目