Onore de Balzak

Picto infobox auteur.png
Onore de Balzak
Fotoqrafiya
Doğum tarixi
20 may 1799(1799-05-20)
Doğum yeriTur, Fransa
Vəfatı18 avqust 1850 (51 yaşında)
Vəfat yeriParis, Fransa[1]
Vəfat səbəbiQanqren
Dəfn yeriPer-Laşez qəbiristanlığı[2]
AtasıBernard-François Balzac
AnasıAnne-Charlotte-Laure Sallambier
Həyat yoldaşıEwelina Hańska[3]
UşağıMarie-Caroline Du Fresnay
VətəndaşlığıFlag of France.svg Fransa
TəhsiliParis Universiteti, Lycée CharlemagneParis Law Faculty
Əsərlərinin dilifransız
Janrrealizm
IMDbID 0051304
Commons-logo.svg Onore de Balzak Vikianbarda

Onore de Balzak (20 may 179918 avqust 1850) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir. [4]

Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır.

Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır. İlhamın, istedadın, yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o, Nizami Gəncəvi, Aligyeri Dante, Uilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki, onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında gedən mübahisələr səngimək bilmir. Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz. Balzak, bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir. O, Fransada Napoleonun hakimiyyəti, mütləqiyyətüsuli-idarəsinin bərpası və yenidən devrilməsi, 1830-cu il iyul inqilabı ilə əlaqədarhadisələrin, 1848-ci il inqilabını yetişdirən ictimai-siyasi çaxnaşmalarınbilavasitə şahidi olmuşdur. Nə Balzakı, nə də onun yaradıcılığını fransızxalqının bu əzəmətli, eyni zamanda keşməkeşli illərdə qazandığı siyasi-inqilabitəcrübədən, tərəqqidən ayrı təsəvvür etmək olmaz. Balzak, bunsuz öz nəhəng epopeyasını, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədiiensiklopediyası olan "Bəşəri komediya"sını yarada, qüdrətli xalq yazıçısına çevrilə bilməzdi. Fransız xalqının 1789-1794-cü illər inqilabı ilə nəticələnənvə bütün Avropanı ayağa qaldıran qüdrətli siyasi fəallığı, gücü, cismani və mənəvi yüksəlişi Balzakın fəlsəfi-əxlaqi, ədəbi-estetik görüşlərinin, bədii şücaətinin dayağı, zəmini olmuşdur. Bunsuz Balzak fransız tənqidi realizminin zirvəsi, həqiqətin əsl carçısı ola bilməzdi. Fransız, o cümlədən Avropa tənqidi realizminin ənparlaq dövrünün Balzakın yazıb-yaratdığı, təşəkkül tapdığı 20-40-cı illərə təsadüf etməsi də həmin dayaq, zəminlə bağlıdır.

Bu dayağı bütün varlığı ilə duyan "Bəşəri komediya"nın müəllifi sənət və sənətkar qarşısında çox böyük tələblər qoyurdu. Onun gənc yaşlarından fikri, arzusu sənət aləminin Napoleonu olmaq idi. O, Napoleonun xırda heykəlinin özülünə bu sözləri həkk etmişdi: "Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam". Balzaka görə, sənətkar ömrünü hökmdarları, dünyanın güclərini tərifləməklə zay etməməlidir, o, bilməlidir ki, adi məqam sahibləri qısa bir dövrün, əsl sənətkarlar isə əsrlərin hakimidirlər. O, öz "mən"inin əsiriolan romantiklərdən bədii müşahidənin obyektivliyini, gerçəkliyə sədaqəti əsasgötürən realistləri ciddi surətdə fərqləndirir. Valter Skottu ona görə yüksək qiymətləndirir ki, onun yaradıcılığında dünya qalxıb özünə tamaşa etməkdən sanki heyran olub. Sənətkarın ən böyük vəzifəsi və məqsədi bütün cəmiyyətin tarixini əks etdirməkdir. Bunu isə tipik, səciyyəvi surətlərsiz həyata keçirmək olmaz. Hər hansı tipik surət ancaq tipikliyinin gücü sayəsində nəhəng olur. Balzak, öz epopeyasını yazarkən niyyətinin dərin tarixi mündəricəsini gözəl anlayaraq göstərirdi ki, mənim əsərlərimdə tarixçi fransız cəmiyyətinin özü olacaq, mən isə onun katibi sifətində çıxış edəcəyəm. Bu məqsəddə o, ictimai hadisələrin, nəhəng tiplər yığınının, ehtirasların, əhvalatların, ümumi əsasını öyrənmək, aşkar etmək, bu cəmiyyətin həyatının mənzərəsini, bütüntarixçilərin unutduğu bir sahəni - əxlaq və adətlərin tarixini yaratmaq qərarınagəlir. Balzak, həmin əsası ictimai mühərrik adlandırır və onu əks etdirmək üçünheç bir tipi, kişi və qadın xarakterini, heç bir peşəni, məişət formasını, ictimai zümrəni, heç bir fransız əyalətini, həmçinin uşaqlığı, qocalığı, yetkinliyi, siyasət, hüquq, hərb aləmini unutmamağı əsas kimi götürür. Uydurulmuş faktları deyil, ətrafda baş verən hadisələri, insan qəlbinin, ictimai münasibətlərin tarixini canlandırmağa qərar verir. Öz coğrafiyası, ailələri, məskənləri, şəraiti, iştirakçıları və faktları, gerbi, zadəganları, burjuaları, rəssamları, kəndliləri, siyasətçiləri, ədabazları, ordusu, bir sözlə, bütöv dünyası olan bir abidə yaratmağı qət edir.

Yuxarıda haqqında danışılan dayaqsız bu nəhəng ədəbi-estetik və fəlsəfi niyyət, bunsuz isə dahi sənətkarın bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən vəromandan ibarət ölməz epopeyası - "Bəşəri komediya" yarana bilməzdi.

Digər dillərdə
башҡортса: Оноре де Бальзак
беларуская: Анарэ дэ Бальзак
беларуская (тарашкевіца)‎: Анарэ дэ Бальзак
български: Оноре дьо Балзак
Mìng-dĕ̤ng-ngṳ̄: Honoré de Balzac
客家語/Hak-kâ-ngî: Honoré de Balzac
Bahasa Indonesia: Honoré de Balzac
Lëtzebuergesch: Honoré de Balzac
македонски: Оноре де Балзак
кырык мары: Бальзак, Оноре де
Dorerin Naoero: Honoré de Balzac
Nederlands: Honoré de Balzac
ਪੰਜਾਬੀ: ਬਾਲਜ਼ਾਕ
پنجابی: بالزاک
português: Honoré de Balzac
armãneashti: Honoré de Balzac
سنڌي: بالزاڪ
srpskohrvatski / српскохрватски: Honoré de Balzac
Simple English: Honoré de Balzac
slovenčina: Honoré de Balzac
slovenščina: Honoré de Balzac
српски / srpski: Оноре де Балзак
தமிழ்: பல்சாக்
తెలుగు: బాల్జాక్
Türkmençe: Onore de Balzak
татарча/tatarça: Оноре де Бальзак
ئۇيغۇرچە / Uyghurche: بالزاك
українська: Оноре де Бальзак
اردو: بالزاک
oʻzbekcha/ўзбекча: Honoré de Balzac
Tiếng Việt: Honoré de Balzac
Bân-lâm-gú: Honoré de Balzac
粵語: 巴爾扎克