Nino Rota

Picto infobox music.png
Nino Rota
it. Nino Rota
Nino Rota, 1923-cü il.
Nino Rota, 1923-cü il.
Sənətçi məlumatları
Doğum adıCovanni Rota Rinaldi[1]
Doğum tarixi
3 dekabr 1911(1911-12-03)
Doğum yeriMilan, Lombardiya
Vəfat tarixi10 aprel 1979 (67 yaşında)
Vəfat yeriRoma, Flag of Italy.svg İtaliya
Vəfat səbəbicoronary thrombosis
VətəndaşlığıFlag of Italy.svg İtaliya[2]
Peşəsibəstəkar, dirijor, müəllim, pianoçu, aktyor, ssenarist, film score composeracademic lecturer

Üslubopera[3], simfoniya, 20th-century classical music, film scoreklassik musiqi
Musiqi alətiPiano
TəhsiliCurtis Institute of Music, Milan Universiteti, Milan ConservatoryAccademia nazionale di Santa Cecilia
IMDbID 0000065
ninorota.com
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi.

Həyatı

Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə MilandaParisdə səsləndirilmişdi.

1930-1932-ci illərdə o, ABŞ-da yaşamışdır[4]. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.

Nino Rota bir sıra operabaletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959-1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.

1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə Nino Rota "Xaç atası 2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.

Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.

Digər dillərdə
العربية: نينو روتا
български: Нино Рота
brezhoneg: Nino Rota
català: Nino Rota
čeština: Nino Rota
Чӑвашла: Нино Рота
dansk: Nino Rota
Deutsch: Nino Rota
Ελληνικά: Νίνο Ρότα
English: Nino Rota
Esperanto: Nino Rota
español: Nino Rota
euskara: Nino Rota
فارسی: نینو روتا
suomi: Nino Rota
français: Nino Rota
galego: Nino Rota
עברית: נינו רוטה
hrvatski: Nino Rota
magyar: Nino Rota
հայերեն: Նինո Ռոտա
italiano: Nino Rota
ქართული: ნინო როტა
한국어: 니노 로타
Latina: Ioannes Rota
Lëtzebuergesch: Nino Rota
lietuvių: Nino Rota
Nederlands: Nino Rota
norsk: Nino Rota
occitan: Nino Rota
polski: Nino Rota
português: Nino Rota
русский: Рота, Нино
srpskohrvatski / српскохрватски: Nino Rota
svenska: Nino Rota
Türkçe: Nino Rota
українська: Ніно Рота