Missuri

Missuri
ing. Missouri
Missuri bayrağı Missuri gerbi
Bayraq Gerb
Təxəllüsü: "Mənə göstərin ştatı" (qeyri-rəsmi)
ABŞ xəritəsində Missuri
Paytaxtı Cefferson
Ən iri şəhəri Kanzas Siti
Ərazisi 21-ci (ABŞ üzrə)
 • Ümumi  mil²
(180.533 km2)
 • Eni  mil ( km)
 • Uzunluğu  mil ( km)
 • % su 1,7
Əhalisi 18-ci (ABŞ üzrə)
 • Ümumi 5.988.927
 •  Sıxlıq /mil²  (33,62 nəfər/km2)
(ABŞ üzrə)
Yüksəklik
 • Maksimal yüksəklik
 ft (540 m)
 • Orta yüksəklik  ft  (240 m)
 • Minimal yüksəklik  ft (70 m)
İttifaqa qəbul 10 avqust 1821 (24)
Qanunverici hakimiyyət
ABŞ Palata nümayəndələri Siyahı
Abbreviatura Missuri

Missuri ştatı ( ing. Missouri) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cefferson şəhəridir. Missuri ərazisinin böyüklüyünə görə ştatlar arasında 21-ci, əhalisinin sayına görə 18-ci yeri tutur. Missuridəki ən böyük şəhərlər Kanzas siti, Sent Luis, Sprinqfild və Kolumbiyadır. Missurinin ərazisi 1821-ci ildə Fransadan Luiziananın satın alınması sazişi çərçivəsində satın alınıb.

Missurinin coğrafiyası çox müxtəlifdir. Ştat Şimali Amerikadanın ən böyük çaylarından üçünün, Missuri çayı, Missisipi çayı və Ohayo çayının kəsişməsində yerləşir.

Coğrafiyası

Missuri qonşu ştat Tennessi kimi 8 ştatla həmsərhəddir. ABŞ-da heç bir ştat 8-dən artıq ştatla həmsərhəd deyil. Missuri şimalda Ayova, şərqdə Missisipi çayı boyunca İllinoys, KentukkiTennessi ilə, cənubda Arkanzasla və qərbə Oklahoma, NebraskaKanzas ştatları ilə həmsərhəddir.

İqlimi rütubətli kontinental iqlimdir, qışı soyuq, yayı isə isti və rütubətli keçir. Ştatın cənubuna doğru iqlim rütubətli subtropik iqlimə doğru dəyişir. ABŞ-ın daxilində yerləşən Missuridə tez-tez ekstremal hava şəraiti olur. Yaxınlığında heç bir dağları və okeanı olmayan Missuriyə Arktikanın soyuq hava kütlələri və Meksika körfəzindən isti hava maneəsiz daxil olur. Missuridəki ekstremal hava şəraiti həmçinin özünü burada tez-tez baş verən tornado və tufanlarla göstərir. Son illərin ən dağıdıcı tornadosu olan 2011-ci il Coplin tornadosu Coplin şəhərinin üçdə birini tamamilə dağıtmışdı. Tornado 1-3 milyard ABŞ dolları miqdarında ziyan vurmuş, 159 nəfərin ölümünə və 1000 nəfərdən artıq insanın yaralanmasına səbəb olmuşdu. Coplin tornadosu ABŞ tarixində baş vermiş 7-ci ən güclü, dünyada indiyə kimi baş vermiş 27-ci ən güclü tornado olub.

Digər dillərdə