Milli Biotexnoloji Məlumat Mərkəzi

Milli Biotexnoloji Məlumat Mərkəzinin loqotipi (NCBI)

Milli Biotexnoloji Məlumat Mərkəzi (MBMM) (ing. National Center for Biotechnology Information, NCBI) - molekulyar biologiyatibb sahələrində bir sıra önəmli məlumat bazasıkompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan ardıcıllıq işləmə bioinformatika proqramı olan BLAST da burada yerləşməkdədir.

NCBI ABŞ-da bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (National Library of Medicine, NLM) tabedir. ABŞ-da Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.[1]

NCBI saytında saxlanılan digər məlumat bazaları bunlardır: Nucleotide, Protein, Bookshelf, Gene, Genome, MeSH, Glossary, PubChem, RefSeq,  Taxonomy, PMC, Medline

GenBank

GenBank DNT ardıcıllılq məlumat bazasıdır. Burada insan genomundan tutmuş bakteriyalara qədər 100 min ayrı orqanizmdən tam yaxud qismi DNT ardıcıllıqları saxlanılır. 2013-cü ildə GenBankda 150 milyard nukleotid bazlıq ardıcıllıq saxlanılıb. Yarandıqdan sonra 30 ildə GenBank bütün bioloji elm sahələrinin ən önəmli databankı halına gəlmiş, milyonlarca elm adamı tərəfindən istifadə edilir və istinad göstərilməkdədir.

Digər dillərdə
עברית: NCBI
srpskohrvatski / српскохрватски: Nacionalni centar za biotehnološke informacije