Millətlər Liqası

Millətlər Liqasının bayraq variantlarından biri

Universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Cəmiyyəti 26 il muddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir.Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında Cəmiyyət fəaliyyətini dayandırmışdır.

Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti

Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi. Bu qərarı yerinə yetirmək üçün bir komissiya quruldu.Komissiyanın hazırladığı Nizamnamə 28 aprel 1919 tarixində konfransın Baş Məclisi tərəfindən qəbul edildi və beləliklə bu sənəd Millətlər Cəmiyyətinin yaranmasının əsası oldu. Günümüzdəki Birləşmiş Millətlər Təşkilatının təməli sayılan bu institut Birinci Dünya müharibəsindən sonra Versal sülh müqaviləsinin ilk 26 maddəsindən ibarət Nizamnaməsini tərəflərin ratifikasiya etməsindən sonra 10 yanvar 1920-ci il tarixdə İsveçrədə quruldu.

Nizamnamənin başlanğıc hissəsində, Liqanın ümumi məqsədləri ilə, üzvlərinin daşıyacağı məsuliyyətlər belə təyin olunmuşdur:

"Xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək üçün, döyüşə başvurmamak mövzusunda bəzi öhdəlikləri qəbul etmək, gizlilikdən uzaq, ədalətli və şərəfli beynəlxalq əlaqələri davam etdirmək; Təşkilatlanmış xalqların qarşılıqlı əlaqələrində ədaləti qorumaq və müqavilələrdən irəli gələn bütün öhdəliklərə diqqətlə hörmət göstərmək... "

26 maddədən ibarət olan, ümumi üzvlük, məlumat və təşkilatın strukturu, sülhün davamlılığını təmin etmək, müqavilələr, beynəlxalq əməkdaşlıq və beynəlxalq idarəetmə, müqavilə müddəalarının dəyişdirilməsi kimi xüsusları təyin mətninə görə isə:

  • Cəmiyyətə üzvlərin qəbulu Ali Şuranın üçdə iki səs çoxluğunun qərarı ilə olmalı idi (Maddə 1).
  • Cəmiyyət, Təhlükəsizlik Şurası, Ali Şura və bunlara kömək edən Daimi Katiblikdən ibarət olmalı idi (Maddə 2).
  • Cəmiyyət üzvləri, sülhün davamlılığını təmin etmək üçün, milli silahlardan istifadəni ən aşağı səviyyəyə endirilməsi zəruriliyini qəbul etməli idilər (Maddə 8).
  • Cəmiyyət,öz üzvləri arasındakı baş verə biləcək anlaşılmazlıqlara görə məsuliyət daşımalı və məsələləri Şurada incələməli idi. (Maddə 12).
  • Müharibədən sonra müstəqilliyinə qovuşan və özlərini idarə qabiliyyətindən hələ məhrum olan xalqların, öz özlərini idarə qabiliyyəti olacaqları zamana qədər, Cəmiyyət tərəfindən bir mandator təyin edilməli idi (Maddə 22).

Millətlər Liqası dövlətlər arası münasibətləri tənzimləyə xidmət edən beynəlxalq qurumun yaradılmasında ilk addım oldu. Qalib ölkələr məğlub dövlətlərdən aldıqları müstəmləkə torpaqlarını Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında aralarında bölüşdürdülər. Mandat sistemi eyni zamanda xalqlara müstəqil dövlətlərini qurmaqda yardımı nəzərdə tuturdu. Mandatların Böyük Britaniya və dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdir. Üç mandat kateqoriyası (A,B,C) təsis edilmişdir.

Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil idi. 42 əsas üzvü olub.

Daimi üzvləri:

Böyük Britaniya,
İtaliya (təşkilatdan ayrılıb 13 dekabr 1937),
Fransa (təşkilatdan ayrılıb 18 aprel 1941),
Yaponiya (təşkilatdan ayrılıb 27 mart 1933)

Türkiyə təşkilata 1932-ci ildə cəmiyyətin dəvəti ilə daxil olub. Cəmiyyətin orqanları – bütün üzvlərin bərabərhüquqla təmsil olunduqları Ali Şura, sayı vaxtaşırı dəyişən daimi və müvəqqəti üzvlərdən ibarət Təhlükəsizlik Şurası və katiblikdir (2-ci maddə). Ənənəvi dövlət sisteminin əsas prinsipləri "suverenlik", "ərazi bütövlüyü" Cəmiyyətin də əsas götürdüyü prinsiplərdəndir. Təşkilatın başlıca vəzifəsi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq idi. Cəmiyyətin məqsədi beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq sülh və təhlükəsizliyi tərksilah, hərbi toqquşmaların qarşısının alınması, dövlətlər arasında mübahisələrin sülh yolu ilə həll edilməsi, Yer kürəsində həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etmək idi. Lakin Liqanın Nizamnaməsində güc tətbiq etmək (dövlətlərin müharibə hüququ) tamamilə qadağan edilməmişdi.

Dövlətlər Millətlər Liqasına üzv olmaqla heç bir vaxt müharibəyə qoşulmamağı deyil, Nizamnamədə qadağan edilən vəziyyət və formada müharibəyə əl atmamağı qəbul etmiş olurdular. Bu vəziyyət vaxtaşırı baş verən toqquşmaların qarşısını almaq yönündə tədbirlərin inkişaf etdirilməsinə böyük mane olurdu.

Beynəlxalq Daimi Məhkəmə Cəmiyyətin orqanı olmamasına baxmayaraq, Millətlər Cəmiyyətinin Nizamnaməsinin 14-cü maddəsində Cəmiyyətin Ali Şurasının Daimi Beynəlxalq Məhkəmə ilə bağlı hazırlıqları görərək üzvlərin müzakirəsinə təqdim etmək nəzərdə tutulub. Beynəlxalq Daimi Məhkəmə Məhkəmə Statusunun məclisdə və Ali Şurada müzakirə edilərək qəbul olunmasından sonra 15 iyun 1922-ci ildə fəaliyyətə başlayıb.

Millətlər Liqasının(Cəmiyyəti) dağılması

Səbəbləri:

  • Cəmiyyətin nəzdində münaqişənin qarşısını almalı olan tədbirlərdəki boşluqlar və sanksiyaların qeyri-kafiliyi.
  • Nizamnamənin 10-cu maddəsi təcavüzkarları təyin etmədiyindən, bu maddə sülhün qorumasında qeyri-kafi qalırdı.
  • Əhəmiyyətli məsələlərdə səs çoxluğu prinsipinin tətbiq olunması, siyasi və hüquqi problemlərin həllinə maneə törədirdi.
  • Paris Sülh Konfransında hazırlanan müqavilələrin bir hissəsi olması.
  • Bir tərəfdən insan haqqlarını qorumağa çalışıb digər tərəfdən çoxalma riski və mandat sisteminə zəmanət verilməsi ziddiyyət yaradırdı.
  • Amerika Birləşmiş Ştatlarının Millətlər Cəmiyyətindən ayrılması, əhəmiyyətli beynəlxalq gücün itirilməsinə və cəmiyyətin fəaliyyətinin təsirsizliyinə səbəb oldu.
  • 1920-ci ildə Polşa Litvanın keçmiş paytaxtı Vilnanı ələ keçirdiyi vaxt Millətlər Liqası beynəlxalq təşkilat kimi fəallıq göstərməyib. Lakin 1925-ci ildə Bolqarıstan və Yunanıstan arasında başlayan müharibə zamanı tərəflərə Liqanın məclis sədrinin göndərdiyi teleqramla müharibə asanlıqla dayandırılıb.
  • Cəmiyyət 1925-ci ildə İtaliyanın Yunanıstanın Korfu adasını işğal etdiyi vaxt müdaxilə etməyi rədd etdi.
  • Yaponiya 1931-ci ildə Mancuriyanı, sonra isə 1937-ci ildə Çini işğal etdiyi zaman Cəmiyyət heç bir güc tətbiqi metoduna əl atmayıb.
  • Eynilə Boliviya və Paraqvay arasında 1932-1935-ci illərdə gedən Çako müharibəsinin qarşısını almaq üçün yalnız silah blokadasını tətbiq etməklə kifayətlənib.
  • Cəmiyyət Almaniyanın 1935-ci ildən sonra öz tabeçiliyində olan Dantsiq şəhəri və Saar hövzəsində Versal müqaviləsini davamlı olaraq pozmasına qarşı heç bir tədbir görməyib.
  • 1935-36-cı illərdə İtaliyanın Həbəşistana qarşı işğalçılığına qarşı cəmiyyət təsirli tədbirlər görə bilməyib.
  • 1936- 1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində heç bir nazərət təmin etməyib.
  • Bununla yanaşı, 1939-cu ilin dekabrında cəmiyyət Sovetlər İttifaqı Finlandiyaya hücum etdiyi zaman onu təşkilatdan xaric edib. Bu hadisə Cəmiyyətin son və ən qəti siyasi hərəkəti olub.

26 il müddətlə dünya millətlərinə xidmət verən bu Cəmiyyət “bütün səylərə” baxmayaraq II Dünya müharibəsinin baş verməsinə maneə törədə bilmədi.

Liqanın 18 Aprel 1946-cı ildə Cenevrədə toplanan son sessiyasında iştirak edən 34 ölkə nümayəndələri yekdilliklə qərar qəbul etdilər ("Millətlər Liqası sözdə öz fəaliyyətini dayandırıb"). Daha sonra Ali Şuranın sədri norveçli Carl J.Hambro "Millətlər Liqasının ali Şurasının iyirmi birinci və sonuncu iclasını bağlı elan edirəm" deməsi ilə Cəmiyyət öz fəaliyyətini dayanırdı.

1919-cu ilin 28 aprelində ilk universal institut kimi Millətlər Liqasının təsis edilməsi sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Bu ona görə baş verdi ki, aparıcı Avropa ölkələrinin rəhbər dairələri öz xalqlarının tələbi ilə məcburən belə bir institut təsis etdilər. Əslində isə onlar dünya siyasətində qərarlarına tabe olacaqları müstəqil mərkəz istəmirdilər. Millətlər Liqasının təsisçiləri arasında rəqabət bu institutun fəaliyyətinin dayandılmasında əsas kök səbəb idi. Lakin bütün uğursuzlarına baxmayaraq təşkilat bütün dünya dövlətləri üçün təcrübə oldu. Qeyd edək ki, Millətlər Cəmiyyətin dağılmasından sonra BMT yaranmışdır.

Digər dillərdə
Afrikaans: Volkebond
العربية: عصبة الأمم
беларуская: Ліга Нацый
беларуская (тарашкевіца)‎: Ліга народаў
bosanski: Društvo naroda
Deutsch: Völkerbund
Esperanto: Ligo de Nacioj
euskara: Nazioen Liga
فارسی: جامعه ملل
Frysk: Folkebûn
hrvatski: Liga naroda
հայերեն: Ազգերի լիգա
Bahasa Indonesia: Liga Bangsa-Bangsa
日本語: 国際連盟
ქართული: ერთა ლიგა
한국어: 국제 연맹
къарачай-малкъар: Миллетлени Лигасы
Lëtzebuergesch: Vëlkerbond
Limburgs: Volkerbóndj
lietuvių: Tautų Sąjunga
latviešu: Tautu Savienība
Bahasa Melayu: Liga Bangsa
Nederlands: Volkenbond
norsk nynorsk: Folkeforbundet
русский: Лига Наций
русиньскый: Лига Народох
srpskohrvatski / српскохрватски: Liga naroda
Simple English: League of Nations
slovenščina: Društvo narodov
Soomaaliga: Midowga Umadaha
српски / srpski: Друштво народа
татарча/tatarça: Милләтләр Лигасы
українська: Ліга Націй
oʻzbekcha/ўзбекча: Millatlar ligasi
Tiếng Việt: Hội Quốc Liên
ייִדיש: פעלקער-ליגע
中文: 國際聯盟
文言: 國際聯盟
粵語: 國際聯盟