Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində

Makedoniya Respublikası
Bayraq
Yayım hüququ:MKRTV
Məlumat
İştiraк sayı:18
Debüt müsabiqə:1998
Ən yaxşı nəticə:12-ci: 2006
Ən pis nəticə:18-ci (YF): Eurovision.tv-dəкi Makedoniya Respublikası səhifəsi

Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 18 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir.

Makedoniya Respublikası Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 18 iştirakdan yalnız 8-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2006-ci ildə Elena Risteskanın ifa etdiyi "Ninanajna" mahnısı ilə tutduqları 12-ci yerdir.

Digər dillərdə