Məbəd cəngavərləri

Məbəd cəngavərləri
Mövcud olduğu illər1119–1312
TabeçilikPapa
DaxildirQərbi xristian silahlı qüvvələri
Vəzifəsixristian zəvvarların qorunması
Sayı15 000–20 000 üzvdən 10%-i cəngavərlər idi.[1]
DislokasiyasıMəbəd dağı, Qüds
LəqəbiMəbəd mühafizləri
HimayədarıKlervosklu Bernard
ŞüarıNon nobis Domine, non nobis, sed nomini tuo da gloriam (Bizim yox, Ya Rəbb bizə deyil, adına şöhrət nazil et!)
RəngləriAğ mantiya üzərində qırmızı xaç
DöyüşlərSəlib yürüşləri
Askalonun mühasirəsi (1153),
Monjizar döyüşü (1177)
Mərc Əyyun döyüşü (1179)
Hattin döyüşü (1187),
Akranın mühasirəsi (1190–1191),
Arsuf döyüşü (1191),
Ademus döyüşü (1210)
Leqnitsa döyüşü (1241),
Akranın mühasirəsi (1291)
Rekonkista

Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (fr. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər ordenlərindən biri.[2] Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir.[3][4] Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur.[5]

Orden XII-XIII əsrlərdə çox varlı olmuşdur. Onlar həm səlibçilərin Suriya və Fələstində yaratdıqları dövlətlərdə, həm də Avropada geniş torpaqlara malik olmuşdur. Orden həmçinin geniş kilsə və hüquqi imtiyazlara da malik olmuşdur. Bu imtiyazları ordenin birbaşa tabe olduğu Roma papası, həmçinin ərazilərində əmlaka malik olduqları monarxlar tərəfindən verilmişdir. Ordenin ilikn vəzifəsi Müqəddəs Torpağa gedən zəvvarları qorumaq olsa da, onlar həmçinin Yaxın Şərqdəki səlibçi dövlətlərinin müdafiəsi ilə də məşğul olmuşdur[6].

Lakin 1291-ci ildə səlibçilərin Misir sultanı Əşrəf tərindən qovulmasından sonra, tampliyerlər əsas diqqəti sələmçilik və ticarətə yönəltmiş, külli miqdarda sərvətə yiyələnmiş və nəticədə də Roma Papası və Avropa monarxları ilə aralarında müxtəlif münaqişələr yaranmışdır[7].

1307-1314-cü ildə orden Fransa kralı IV Filipp tərəfindən təqibə uğramış və 1314-cü ildə papa V Kliment tərəfindən ləğv edilmişdir.

Tarixşümaslıqda Orden üzvlərinin sayının şişirdilməsi tendensiyası mövcuddur. Vilke hesab edirdi ki ordenin 15000 cəngavəri olub, Sekler bu rəqəmi iyirmi minə, Malyar de Şambür otuz minə qaldırır. bütün bu rəqəmlər Kral Filipp tərəfindən həbs edilən cəngavər sayları ilə uyğunsuzluq təşkil edir. Belə ki, Fransada 538, Kiprdə 75, Malyorkada isə iyirmi cəngavər həbs edilmişdi. belə hesab etməm mümkündür ki, tarixçilər cəngavərlərin nökər və silahdaşıyanlarını da orden üzvü siyahısına daxil edirlər.

Digər dillərdə
aragonés: Orden d'o Temple
العربية: فرسان الهيكل
žemaitėška: Tamplėirē
беларуская: Тампліеры
беларуская (тарашкевіца)‎: Тампліеры
български: Тамплиери
brezhoneg: Urzh an Templ
bosanski: Templari
Чӑвашла: Тамплиерсем
Cymraeg: Urdd y Deml
Deutsch: Templerorden
Ελληνικά: Ναΐτες Ιππότες
Esperanto: Templanoj
eesti: Templiordu
français: Ordre du Temple
Frysk: Timpeliers
Gaeilge: Teamplóirí
hrvatski: Templari
magyar: Templomosok
Bahasa Indonesia: Kesatria Kenisah
íslenska: Musterisriddarar
ქართული: ტამპლიერები
한국어: 성전기사단
Lëtzebuergesch: Templeruerden
lietuvių: Tamplieriai
македонски: Темплари
Bahasa Melayu: Knight Templar
Nedersaksies: Tìmpelders
Nederlands: Tempeliers
norsk nynorsk: Tempelriddarordenen
Nouormand: Orde du Templle
polski: Templariusze
русский: Тамплиеры
srpskohrvatski / српскохрватски: Templari
Simple English: Knights Templar
slovenčina: Rád templárov
slovenščina: Templjarji
српски / srpski: Темплари
українська: Тамплієри
Tiếng Việt: Hiệp sĩ Đền thánh
West-Vlams: Tempeliers