Müstəqil Dövlətlər Birliyi

Müstəqil Dövlətlər Birliyi

azərb. Müstəqil Dövlətlər Birliyi
erm. Անկախ Պետությունների Համագործակցություն
belar. OСадружнасць Незалежных Дзяржаў

qaz. Тәуелсіз Мемлекеттер Достастығы
qırğ. Organización de las Naciones Unidas
mold. Comunitatea Statelor Independente
rus. Содружество Независимых Государств
tac. Иттиҳоди Давлатҳои Мустақил
türkm. Garaşsyz Döwletleriň Arkalaşygy
özb. Mustaqil Davlatlar Hamdo'stligi

MDB
Flag of the CIS.svg Emblem of CIS.svg
CIS (orthographic projection).svg
Növü Regional
Yaranma tarixi 8 dekabr 1991
Rəsmi dili rus
Mərkəzi Minsk
Sədri Sergey Lebedyev
Rəsmi saytı [1]
MDB ölkələri
Poçt markası (2001).
Poçt markası (2011).

Müstəqil Dövlətlər Birliyi – keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır.

Yaranma tarixi

İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının ( SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, UkraynaBelarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.

Ukrayna 2014-cü ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Nizamnaməsi 1993-cü ildə, MDB-nin Nizamnaməsi qəbul edilmişdir. Nizamnamədə dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır:

  • İnsan hüquq və azadlıqlarının təmin olunması;
  • Xarici siyasət fəlaiyyətinin əlaqələndirlməsi;
  • Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;
  • Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;
  • Sosial və immiqrasiya siyasəti məsələləri;
  • Mütəşəkkil cinayətkarlıqla mübarizə;
  • Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

MDB-nin Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi üzvlərin birgə razılığı ilə əldə edilir.

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Садружнасьць Незалежных Дзяржаваў
dansk: SNG
eesti: SRÜ
føroyskt: SNG
srpskohrvatski / српскохрватски: Zajednica nezavisnih država
oʻzbekcha/ўзбекча: Mustaqil Davlatlar Hamdoʻstligi
walon: CDP