Laymen Frenk Baum

Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, yazıçısı.

Həyatı

Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuşdur. Frenk Baum uşaq yazıçısı olmaq fikrində deyildi. Birinci kitabını əyləncəli şəkillərə yazdığı mətni o, dostu, rəssam Denskonun xahişi ilə qələmə almışdır. Kitab bəyənilmiş və Baum Uydurma Oz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmişdir. Amerikan uşaqları Frenk Baumi "Oz şəhərinin sehrbazı" kitabı ilə tanıyırlar. Bu kitab 14 cilddən ibarətdir. Bizlərə bu kitab "Zümrüd şəhərinin sehrbazı" adı altında gəlib çatmışdır. Nağıl müvəffəqiyyət qazanmış, tezliklə səhnəyə qoyulmuş və oxucular müəllifdən nağılı davam etdirməyi xahiş etmişlər. Baum özü də qəhrəmanlarını xoşlamış və onlarla bir də görüşməyə həvəslə razılıq vermişdir. Bir neçə il ərzində o, Oz ölkəsinin möcüzələri haqqında 13 povest-nağıl yazıb tamamlamışdır. Bu əsərdə Doroti adlı cəsur qız və onun şən dostlarından danışılır. Doroti qasırğa nəticəsində doğma Kanzasdan sehrli bir ölkəyə düşür. Orada onun başına bir çox məcarələr gəlir. O, özü də bilmədən qəddar cadugəri öldürür. Cənub cadugəri ilə tanış olduqdan sonra onun və yaxın dostlarının köməyi ilə o, Kanzas şəhərinə qayıdır. Bu nağılda dostluq, birlik, yaxşılıq qalib gəlir.

Frenk Baum 1919-cu ildə vəfat etmişdir.

Digər dillərdə
Afrikaans: L. Frank Baum
беларуская: Лаймэн Фрэнк Баўм
български: Лиман Франк Баум
čeština: Lyman Frank Baum
Cymraeg: L. Frank Baum
Ελληνικά: Φρανκ Μπάουμ
English: L. Frank Baum
Esperanto: L. Frank Baum
español: L. Frank Baum
français: Lyman Frank Baum
Gaeilge: L. Frank Baum
Bahasa Indonesia: Lyman Frank Baum
italiano: L. Frank Baum
ქართული: ფრენკ ბაუმი
lietuvių: Lyman Frank Baum
Nederlands: L. Frank Baum
norsk nynorsk: Lyman Frank Baum
português: L. Frank Baum
srpskohrvatski / српскохрватски: L. Frank Baum
Simple English: L. Frank Baum
српски / srpski: Л. Френк Баум
svenska: L. Frank Baum
українська: Френк Баум
Bân-lâm-gú: L. Frank Baum