Kramer Kramerə qarşı (film, 1979)

Film şablonu üçün illüstrasiya.png
Kramer Kramerə qarşı
ing. Kramer vs. Kramer
Kramer Kramerə qarşı filminin posteri Kramer Kramerə qarşı filminin posteri
JanrDram
RejissorRobert Benton
ProdüserRiçard Fişoff
Stenli R. Ceyfi
Əsərin müəllifiAveri Korman
Ssenari müəllifiRobert BentonAvery Corman
Baş rollardaDastin Hoffman
Meril Strip
Castin Henri
Ceyn Aleksandr
OperatorNéstor Almendros
BəstəkarPaul Gemignani
Herb Harris
Con Kander
Erma E. Levin
Roy B. Yokelson
Antonio Vivaldi
İstehsalçıColumbia Pictures
İlk baxış tarixi19 dekabr 1979
Vaxt105 dəq.
Büdcə$8 milyon[1]
Gəlir$106,260,000[2]
ÖlkəFlag of the United States.svg ABŞ
Dilİngilis dili
İl1979
Commons-logo.svg Kramer Kramerə qarşı Vikianbarda

"Kramer Kramerə qarşı" (ing. Kramer vs. Kramer) — 1979-cu il tarixli ABŞ dram filmi. Film evli cütlüyün boşanma hekayəsi və bunun cütlüyün kiçik övladı da daxil olmaqla, hər kəs üzərində təsirindən bəhs edir. Film 1980-ci ildə 52-ci Oskar mükafatı mərasimində Ən yaxşı filmə görə, Ən yaxşı rejissor işinə görə, Ən yaxşı ssenariyə görə, Ən yaxşı kişi roluna görə və Ən yaxşı ikincidərəcəli aktrisa roluna görə nominasiyalarında Oskar mükafatı qazanmışdır.

Məzmun

Ted Kramer (Dastin Hoffman) reklam agentliyində işləyir və işinə olduqca bağlı olan bir şəxsdir. Ona təzəcə yeni və çox əhəmiyyətli bir vəzifə verilir. Ted evə qayıdır və bu gözəl xəbəri həyat yoldaşı Coanna Kramer(Meril Strip) ilə bölüşür. Lakin Coanna onu tərk edirdi. Özünü tapmağa ehtiyacı olduğunu deyən Coanna oğlu Billini (Castin Henri) də qoyub Tedi tərk edir. Artıq Tedin artan iş yükünü daşımağa vaxtı olmadığına görə və Billi öz anasının sevgi və diqqəti üçün darıxdığına görə Ted və Billi ilk əvvəl yola getmirlər. Təşvişlə dolu aylar keçdikdən sonra, Ted və Billi bunun öhdəsindən gəlməyi öyrənirlər və tədricən ata-oğul münasibəti qururlar.

Ted qonşusu ilə - ilk əvvəl Coannaya "Əgər xoşbəxt deyilsənsə, Tedi tərk elə", - deyə məsləhət verən Marqaretlə (Ceyn Aleksandr) dostluq edir. Marqaret gənc, boşanmış bir valideyn idi. O, Ted ilə valideynlik məsələlərində doğmalaşır. Bir gün hər ikisi parkda əyləşib uşaqlarının oynamağını izləyirdilər. Bu zaman Billi dırmaşmaq üçün nəzərdə tutulan atraksiondan yıxılır və üzü ciddi zədələnib kəsilir. Ted yolu keçərkən hərəkət edən maşınlara məhəl qoymayaraq Billini qolları arasında xəstəxanaya qədər daşıyır. O, müalicə zamanı oğluna təsəlli verir. Billinin üzünə 15 tikiş qoyulur və yalnız gözünün qırağında çapıq izi qalır.

Evi tərk etdikdən on beş ay sonra Coanna Billiyə iddia etmək üçün Nyu-Yorka qayıdır və himayəçilik davası məhkəmə ilə nəticələnir. Məhkəmədə dinləmə zamanı həm Ted, həm də Coanna bir-birlərinə qarşı əsassız fikirlər səsləndirmirlər, ancaq onların vəkilləri qarşı tərəflə təmkinsiz davranırlar. Marqaret isə bədbəxt Coannanaya Tedi tərk etməsi haqda məsləhət verdiyini təsdiqləməyə məcbur edilir. Ancaq o, ayağa qalxarkən bir cəhd edib Coannaya deyir ki, əri çox dəyişib. Ən nəhayət, bəzi məsələlər Tedi məhkəmədə çətin vəziyyətdə qoyur. Belə ki, təzadlı valideyn məsuliyyəti səbəbindən işindən azad edilən Ted daha az maaşlı işdə çalışmağa başlayır. Eləcə də, Billinin başına gələn hadisə məhkəmədə Tedin əleyhinə istifadə edilir.

Məhkəmə himayəçi hüququnu Coannaya verir. Məhkəmə qərarı bu ehtimala əsaslandırılır ki, uşaq anası tərəfindən daha yaxşı yetişdirilə bilər. Ted məhkəmə işindən şikayət etmək istəyir, ancaq vəkili ona xəbərdarlıq edir ki, mühakimənin nəticəsi Billinin rəftarından asılı olacaq. Ted öz övladını belə bir imtahana cəlb etmək fikrinə qatlaşa bilməzdi və belə qərara gəlir ki, himayəçilik uğrunda daha yarışmasın.

Səhər Billi Coannanın yanına getməli idi. Ted və Billi həmin səhər birlikdə nahar yeməyi hazırlayırlar. Ted Coannanın evi tərk etməsindən sonra hazırladığı ilk səhər yeməyini xatırlayır. Onlar bunun birlikdə etdikləri sonuncu nahar olduğunu bilərək bir-birlərini nəvazişlə qucaqladılar. Coanna zəng edərək Teddən xahiş edir ki, dəhlizə ensin. O, Tedə onu nə qədər sevdiyini və Billini istədiyini deyir, lakin bilir ki, Billinin əsl evi Tedin yanıdır, buna görə də onu himayəyə götürməyəcək. O, Teddən soruşur ki, Billini görə bilərmi və Ted deyir ki, "olar". Onlar birlikdə liftin girəcəyində gözləyərkən Ted Coannaya deyir ki, onu aşağıda gözləyəcək və Coannanın Billini təklikdə görməsinə icazə verir. O, liftə mindikdən sonra keçmiş ərindən soruşur:"Necə görünürəm?" Liftin qapıları bağlanmağa başlayarkən Ted həyəcanlı Coannaya cavab verir:"Dəhşətli" və film başa çatır.

Digər dillərdə
Bahasa Indonesia: Kramer vs. Kramer
Nederlands: Kramer vs. Kramer
português: Kramer vs. Kramer
srpskohrvatski / српскохрватски: Kramer vs. Kramer
Simple English: Kramer vs. Kramer