Kordova (İspaniya)

Spain Andalusia Cordoba BW 2015-10-27 12-11-57.jpg

Kordova (isp. Córdoba [ˈkorðoβa]) — İspaniyanın Əndəlus vilayətində şəhər.

Tarixi

İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır.

İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksık bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib.

Əsas məqalə: Kordova xilafəti

Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib.

İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır. Əmirliyin hakimi II Əbd-əl-Rəhman məsçidin, onun həyətinin genişləndirilməsi və məsçid minarəsinin tikilməsi haqda göstəriş verib. Kordova əmirliyinin süqutundan sonra abidəyə sintez edilən kilsə minarəyə birləşdirilib.

Üçüncü mərhələ əmir II Əl-Həkəmin dövrünə təsadüf edir. Həmin dövrdə öz möhtəşəmliyi və əsrarəngizliyi ilə seçilən məscidin mehrabını Bizansdan gətirilmiş sənətkarlar mozaika ilə bəzəyiblər.

Dördüncü mərhələ əmir Əl-Mənsurun hakimiyyəti illəri ilə bağlıdır. Bu vaxt abidə tikilib qurtarıb və dövlətin güc rəmzinə çevrilib. O, nəinki dini, eyni zamanda ictimai-siyasi, mədəni mərkəz kimi fəaliyyət göstərir.

Hal-hazırda “Mesheti” təkcə İspaniyanın deyil, ümumən dünyanın bir çox ölkələrindən gəlmiş səyyah və turistlərin maraq dairəsindədir. Hər gün minlərlə insan “Mesheti”nin ziyarətinə gəlir.

Kordovada nəzər-diqqəti cəlb edən abidələrdən biri də şəhərdən 6 km aralıda yerləşən “Mədinə-əl-Zəhra” arxeoloji kompleksidir. Özünün 112 hektar ərazisi ilə İspaniyanın və ümumən Avropanın ən mühüm orta əsr arxeoloji abidələrindən olan bu kompleks özündə ərəb-islam mədəniyyətini əks etdirir. Abbasilərlə mübarizə aparan əməvilər sülaləsinin nümayəndəsi III Əbd -əl-Rəhman bu şəhərin əsasını qoymuşdur. X əsrdə Mədinə-əl-Zəhra Əl-Əndəlusun siyasi-inzibati paytaxtı olmuş, ərəblərin Pireney yarımadasındakı böyük mədəniyyətini əks etdirmişdir. Hal-hazırda İspaniya dövləti bu tarixi kompleksdə arxeoloji qazıntı işləri ilə bərabər, bərpa işləri də aparır. Qeyd etmək lazımdır ki, bu maddi-tarixi abidə II Dünya müharibəsi illərində tamamilə dağılmış, xarabalığa çevrilmişdi. İspaniya dövlətinin öz tarixinin bütün səhifələrinə hörmət və ehtiramla yanaşması digər dövlətlərə bir örnəkdir.

Digər dillərdə
Alemannisch: Córdoba (Spanien)
አማርኛ: ኮርዶባ
aragonés: Cordoba
العربية: قرطبة
مصرى: كوردوبا
беларуская: Кордава (Іспанія)
беларуская (тарашкевіца)‎: Кордава (горад)
български: Кордоба
বাংলা: কর্দোবা
brezhoneg: Córdoba (Spagn)
català: Còrdova
کوردی: کۆردۆبا
Cymraeg: Córdoba
dansk: Córdoba
Ελληνικά: Κόρδοβα
eesti: Córdoba
euskara: Kordoba
estremeñu: Córduba
français: Cordoue
Nordfriisk: Córdoba
Gaeilge: Córdoba
Kreyòl ayisyen: Cordoue (Cordoue)
interlingua: Cordova (Espania)
Bahasa Indonesia: Córdoba, Spanyol
íslenska: Córdoba
italiano: Cordova
қазақша: Кордоба
kurdî: Kordoba
Latina: Corduba
Ladino: Kordova
Lëtzebuergesch: Córdoba
македонски: Кордоба
मराठी: कोर्दोबा
Bahasa Melayu: Córdoba, Sepanyol
эрзянь: Кордова
Plattdüütsch: Córdoba (Spanien)
Nederlands: Córdoba (Spanje)
norsk nynorsk: Córdoba i Spania
occitan: Còrdoa
polski: Kordoba
Piemontèis: Cordoba
português: Córdova (Espanha)
romani čhib: Córdoba, Spaniya
संस्कृतम्: कोर्दोबा
sicilianu: Còrdova
srpskohrvatski / српскохрватски: Córdoba (Španjolska)
Simple English: Córdoba, Andalusia
slovenščina: Córdoba, Španija
shqip: Kordova
српски / srpski: Кордоба
தமிழ்: குர்துபா
татарча/tatarça: Куртубә
ئۇيغۇرچە / Uyghurche: Kordowa
اردو: قرطبہ
oʻzbekcha/ўзбекча: Kordova (shahar)
Tiếng Việt: Córdoba, Tây Ban Nha
吴语: 阔多瓦
ייִדיש: קארדאבע
Bân-lâm-gú: Córdoba (Andalucía)
粵語: 哥多華