Kondoliza Rays

Infobox-realisateur.png
Kondoliza Rays
ing. Condoleezza Rice
Fotoqrafiya
bayraqABŞ-ın 66-cı dövlət katibi
26 yanvar 2005 — 20 yanvar 2009
SələfiKolin Pauell
XələfiHillari Klinton
bayraqAmerika Birləşmiş Ştatlarının 20-ci Milli Təhlükəsizlik Müşaviri
20 yanvar 2001 — 26 yanvar 2005
SələfiSendi Berger
XələfiStiven Hedli

PartiyaRespublikaçılar Partiyası
TəhsiliDenver Universiteti
Doğum tarixi
14 noyabr 1954 (1954-11-14) (64 yaş)
Doğum yeriBirminqem, Alabama, Flag of the United States.svg ABŞ
AtasıCon Uesli Rays
AnasıAncelena Rey Rays

İmza
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Həyatı

Kondoliza Rays 1954-cü ilin 14 noyabrında ABŞ-ın Alabama ştatının Birmingem şəhərində anadan olub. 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, 1975-ci ildə Notrdam Universitetinin magistratura pilləsini bitirən Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib.

K. Rays hazırda Sənət və Elm Akademiyasının üzvüdür. O, 1991-ci ildə Morhaus kollecinin, 1994-cü ildə Alabama Universitetinin, 1995-ci ildə Notrdam Universitetinin və 2003-cü ildə Missisipi kollecinin Hüquq fakültəsinin doktoru adına layiq görülüb.

K.Rays 1999-cu ildə Stenford Universitetində 6 il ərzində dosentlik işini tamamlayıb. Rays Stenforddakı fəaliyyəti dövründə "Beynəlxalq Təhlükəsizlik və Silahlanmaya Nəzarət Mərkəzi"nin və "Beynəlxalq Fəaliyyət İnstitutu"nun üzvü olmaqla yanaşı, Huver İnstitutunda da işləyib.

Corc Buşun prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Rays Buşun ikinci idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsini tutub. Bu müddət ərzində o, universitetin rektor köməkçisi vəzifəsini də icra edib. Rays rektor köməkçisi olaraq illik 1,5 milyard dollar büdcəsi, 1400 müəllim və 14000 tələbə heyəti olan universitetin fəaliyyətindən məsul olub. O, Stenford Universitetinin Hüquq fakültəsində siyasət elmlərindən dərs dediyi zaman iki dəfə "bacarıqlı pedaqoq" diplomu ilə təltif edilib.

Rays Sovet İttifaqı və Şərqi Avropanın xarici işlər və müdafiə siyasətinə dair bir çox məqalələrin müəllifidir. O, BMT-nin Moskva səfirliyinin rezidentliyindən "İngilis Millətlər Cəmiyyəti"nə, 1992-ci və 2000-ci illərdə isə respublikaçıların iclaslarınadək bir çox yerlərdə məruzələrlə çıxış edib.

Rays Almaniyanın birləşməsinin və Sovet İttifaqının süqutu ərəfəsi olan 1989-cu ildən 1991-ci ilin mart ayınadək Buşun rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının Sovet və Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə direktor və Milli Təhlükəsizlik Şurası sədrinin xüsusi asistenti vəzifələrini icra edib. O, 1986-cı ildə Beynəlxalq Əlaqələr Şurasının üzvü olmaqla yanaşı Baş Qərargah rəisinin xüsusi asistenti vəzifələrini də tutub.

Digər dillərdə
Afrikaans: Condoleezza Rice
asturianu: Condoleezza Rice
беларуская: Кандаліза Райс
беларуская (тарашкевіца)‎: Кандаліза Райс
български: Кондолиза Райс
Ελληνικά: Κοντολίζα Ράις
Esperanto: Condoleezza Rice
føroyskt: Condoleezza Rice
français: Condoleezza Rice
Bahasa Indonesia: Condoleezza Rice
íslenska: Condoleezza Rice
Basa Jawa: Condoleezza Rice
Кыргызча: Кондолиза Райс
lietuvių: Condoleezza Rice
latviešu: Kondolīza Raisa
македонски: Кондолиза Рајс
Bahasa Melayu: Condoleezza Rice
Nederlands: Condoleezza Rice
norsk nynorsk: Condoleezza Rice
português: Condoleezza Rice
sicilianu: Condoleezza Rice
srpskohrvatski / српскохрватски: Condoleezza Rice
Simple English: Condoleezza Rice
slovenščina: Condoleezza Rice
српски / srpski: Кондолиза Рајс
українська: Кондоліза Райс
oʻzbekcha/ўзбекча: Condoleezza Rice
Tiếng Việt: Condoleezza Rice
მარგალური: კონდოლიზა რაისი