Kinik məktəbi

Antik fəlsəfə
Sanzio 01 cropped.png
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII - IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit • Anaksaqor • Empedokl
Qədim yunan atomçuları
Levkipp • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor • Prodikus • Qorqias • Hippias

"Kiçik" sofistlərTrasimaxus • Likofron • Kritius • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV - I yüzilliklər)
Qədim Roma dovrünün fəlsəfəsi
I - V yüzilliklər
Stoaçılıq

Seneka • Epiktet • Mark_Avreli  • Siseron

Orta platonizm
Alkinous • Apuleyus • Qalen • Plutarx • Maksim • Filon • Selsus • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius
Apameya məktəbi → Yamblix • Sopater
Perqama məktəbi → Sallustius • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx • Proklus • Marinus • Simplikius • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles • Hipatia • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm • Hermetizm • Mitraizm
NeopifaqorçuluqApollonius • Nikomaxus • Numenius • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit

Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar.

Təlimləri

Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar. Kiniklər çox vaxt ictimai əxlaqa və qaydalara qarşı olduqlarını açıq olaraq sərgiləyirdilər. Buna da sinizm (kinizm) deyilir.

Kiniklər bütövlükdə dərin fəlsəfi təlimlər ortaya qoymamışdılar. Kinizm daha çox bir həyat tərzi idi. Onlar abidliyi, yoxsulluğu və cəmiyyətdən ayrılaraq xüsusi bir həyatın sürülməsini təbliğ edirdilər[1]. Onların fikrincə həyatın məqsədi azadlığa nail olmaqdır ki, bunu da cəmiyyətdə yaşayaraq əldə etmək mümkün deyildir.

Kiniklərin daimi yaşayış yeri olmamışdır. Onlar təkliyə çəkilərək fərdi həyat sürür, köhnəlmiş libaslar geyinib gəzir, dilənçiliklə məşğul olurdular[2]. Yoxsulluq kiniklər üçün vacib şərtlərdən biri idi.

Daha sonra kiniklər heç bir avtoritetləri tanımır, başqa ideyaları və fəlsəfi məktəbləri inkar edir, beləliklə öz həyat tərzlərini istənilən vasitələrlə olsa belə müdafiə edirdilər. Onlar üçün vətənə bağlılıq anlayışı olmamışdır, hər bir cəmiyyətdə öz qanunları ilə yaşaya bilərdilər. Kosmopolitizm adlanan bu dünyagörüşün əsasını onlar qoymuşdur[3]. Həmçinin onlar mübahisələrdə rəqiblərinə qarşı dözümsüzlük sərgiləyirdilər.

Kiniklərin yolunu sonralar Xristian abidləri və müsəlman dərvişləri davam etdirmişdirlər. Müasir dövrdə inkişaf etmiş ölkələrdə bu kimi baxışlar metallistlər, hippilər, anarxistlər kimi qruplarda və təlimlərdə özünü göstərməkdədir.

Əsas nümayəndələri

  1. Antisfenes
  2. Diogenes

Başqa nümayəndələr

Bion Boristenes

Bion Boristenes (Βίων ὁ Βορυσθενίτης; m. ö. 325 – 250), öncə bir neçə fəlsəfi məktəblərin ardıcılı olmuş, ancaq sonra kinik olaraq əyninə xirqə, əlinə əsa alaraq gəzən abid həyatını yaşamışdır[4]. Bion sadə xalq kütlələri arasında fəlsəfi fikirləri ədəbi üslub vasitəsi ilə yayırdı. Bunun üçün o parodiya, istehza, ironiya, sarkazm və kinayədən istifadə edirdi. Beləliklə, başqa kiniklər kimi Bion “diatriba” adlanan ədəbi janrının yaradıcılarından biri olmuşdur. Bu janrda ciddi və dərin mövzular sadə xalq dilində anlaşıqlı olaraq təqdim edilir; həmçinin, burada müqayisələrdən, əsatirlərdən, xalq deyimlərindən, istehzadan, bayağı xalq sözləri və zarafatlarından da geniş istifadə edilirdi. Bion öz diatribalarında insanların nöqsanlarını, varlanmaq istəklərini və ağılsızlıqlarını tənqid etmiş; tanrıları və onlara yönələn duaların əhəmiyyətini inkar etmişdir.

Kerkidas

Filosof Kerkidasın (yun. Κέρκιδᾰς) da Misirdə tapılan və “meliambalar” adlanan poetik üslubu diatribalara çox yaxın idi[5]. Kerkidas aristokratlardan idi, ona görə də başqa kinik filosoflarından fərqli olaraq daha da mötədil mövqedə durmuşdur. Meliambalarda Kerkidas təvazökarlığın və sadəliyin carçısı kimi çıxış etmiş, var-dövlətə nifrət hissləri aşılamış, insanları ədalətə və yüksək əxlaqa çağırmışdır. Ona görə də sonralar bəzi Xristian ataları onu hörmətlə yad edirdilər.

Krates və Hipparxia

Kinik məktəbinin daha bir tanınmış nümayəndəsi Diogenesin öyrəncisi Krates (yun. Κράτης) və onun həyat yoldaşı Hipparxia (yun. Ἱππαρχία) olmuşdur. Məlumdur ki, onlar da abid həyatı sürmüşdürlər. Onların ikisi də varlı ailədən olduqlarına baxmayaraq hər şeydən imtina etmiş, abid həyatı yaşamışdırlar[6]. Onlar hesab edirdilər ki, zənginliyi və şöhrəti dəyər kimi qəbul etmək olmaz. Çünki, müdrik insan üçün bütün bunlar şərdən başqa bir şey deyildir. Krates və Hipparxia cəmiyyətdə hökm sürən ictimai əxlaq qaydalarına istehza ilə yanaşır, imkan olduqda onları hamının gözü önündə kobudcasına pozurdular.

Digər dillərdə
العربية: كلبيون
български: Киници
bosanski: Kinička škola
čeština: Kynismus
Чӑвашла: Киниксем
Deutsch: Kynismus
Ελληνικά: Κυνισμός
Esperanto: Cinikismo
español: Escuela cínica
eesti: Küünikud
suomi: Kyynikot
français: Cynisme
galego: Cinismo
עברית: ציניקנים
hrvatski: Cinička škola
magyar: Cinizmus
Հայերեն: Կինիկներ
Bahasa Indonesia: Sinisisme
íslenska: Hundingjar
italiano: Cinismo
Basa Jawa: Sinisisme
қазақша: Киники
ಕನ್ನಡ: ಸಿನಿಕತೆ
Кыргызча: Киниктер
Latina: Cynismus
norsk: Kynisme
occitan: Cinisme
ਪੰਜਾਬੀ: ਸਿਨਿਕ ਮੱਤ
پښتو: کلبيان
português: Cinismo
русский: Киники
srpskohrvatski / српскохрватски: Kinička škola
Simple English: Cynic
slovenčina: Kynizmus
српски / srpski: Киници
Tagalog: Sinismo
Türkçe: Kinizm
українська: Кініки
Tiếng Việt: Chủ nghĩa yếm thế
中文: 犬儒學派