Kimyəvi elementlərin dövri sistemi

Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu.

Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qalliumgermanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi.

Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri  cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.

Dövri cədvəl indi kimya elminin (təbiət elmləri də demək olar) hüdudlarında hər yerdə işlədilir. Müasir standart cədvəl 117 elementdən ibarətdir (16 oktyabr 2006-cı ildə təsdiq edilmişdir). Lakin 116-cı elementdən sonra 118-ci element tapılmışdır. 117-ci elementin yeri boş qalıb. Kimyəvi elementlərin dövri cədvəlindən istifadə edərək, hər element haqqında müəyyən məlumatlar əldə edə bilərik. Məsələn, 1 kiloqramlıq bir karbon blokunda neçə karbon atomu olduğunu təyin etmək üçün, karbon atomunun nisbi atom kütləsini istifadə etməmiz kifayətdir.

Nisbi Atom Kütləsi: Bir elementin atom kütlə vahidi (Atomic Mass Units: amu) cinsindən ortalama kütləsini ifadə edir. Bu rəqəm, sıxlıqla elementin izotopların da ortalama kütləsini ifadə etdiyi üçün, onluqlu bir sayıdır. Bir elementin nisbi atom kütləsindən atom nömrəsinin (proton sayının) çıxarılması ilə, o elementin neytron sayı tapıla bilər.

Atom Nömrəsi: Bir atomda olan proton sayı, elementi müəyyənləşdirir və atom nömrəsi olaraq adlandırılar. Atomda olan proton sayı eyni zamanda, elementin kimyəvi xarakteri haqqında da məlumat verir.

Elektron Düzülüşü: Xəbərdar edilməmiş bir atomdakı elektronların mövqelərini göstərir. Kimyaçılar, təməl fizika məlumatlarına əsaslanaraq, atomların elektron düzülüşlərinə görə necə hərəkət edə biləcəkləri mövzusunda fikir söyləyə bilərlər. Elektron düzülüşü, bir atomun dayanıqlılıq, qaynama nöqtəsi və keçiricilik kimi xüsusiyyətləri haqqında məlumat verir. Atomların son enerji səviyyələrinə (ən xarici orbitlərinə) "valentlik səviyyəsi", burada olan elektronlara da "valent elektronlar" adı verilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar, valent elektronlardır.

Bir elementin dövri cədvəldəki yerinə baxaraq, o elementin elektron düzülüşü də müəyyən oluna bilər. Eyni qrupda (şaquli sırada) olan elementlərin elektron düzülüşləri böyük bənzərlik göstərir və bu səbəblə də kimyəvi reaksiyalarda bənzər şəkildə davranırlar.

Digər dillərdə
Afrikaans: Periodieke tabel
Alemannisch: Periodensystem
العربية: جدول دوري
asturianu: Tabla periódica
Boarisch: Periodnsystem
беларуская (тарашкевіца)‎: Пэрыядычная сыстэма хімічных элемэнтаў
বিষ্ণুপ্রিয়া মণিপুরী: পর্যায় সারণী
Mìng-dĕ̤ng-ngṳ̄: Nguòng-só ciŭ-gĭ-biēu
Cymraeg: Tabl cyfnodol
ދިވެހިބަސް: ޕީރިއަޑިކް ތާވަލު
Esperanto: Perioda tabelo
Gàidhlig: Clàr pillteach
ગુજરાતી: આવર્ત કોષ્ટક
客家語/Hak-kâ-ngî: Ngièn-su chû-khì-péu
Fiji Hindi: Periodic table
Bahasa Indonesia: Tabel periodik
íslenska: Lotukerfið
日本語: 周期表
Gĩkũyũ: Metha Njokereri
한국어: 주기율표
lumbaart: Taula periodica
Baso Minangkabau: Tabel periodik
Bahasa Melayu: Jadual berkala
Plattdüütsch: Periodensystem
नेपाल भाषा: तत्त्वमां
Nederlands: Periodiek systeem
norsk nynorsk: Periodesystemet
Papiamentu: Mesa periodiko
Piemontèis: Tàula periòdica
português: Tabela periódica
tarandíne: Tavele Periodiche
srpskohrvatski / српскохрватски: Periodni sistem elemenata
Simple English: Periodic table
српски / srpski: Периодни систем
Sranantongo: Periodiki sistemi
Basa Sunda: Tabél periodik
Kiswahili: Mfumo radidia
Türkçe: Periyodik tablo
oʻzbekcha/ўзбекча: Kimyoviy elementlar davriy sistemasi
Tiếng Việt: Bảng tuần hoàn
West-Vlams: Periodiek système
Bân-lâm-gú: Chiu-kî-piáu