Kiçik Britaniya (teleserial, 2003)

Kiçik Britaniya
ing. Little Britain
Little Britain - Staffel 1 - Cover.jpg
Prodüser Adam Tendi
Yaradıcısı Mett Lukas
Devid Uollyams
Rollarda Devid Uollyams
Mett Lukas
Entoni Hed
Pol Patner
Stiv Först
Çaru Bala Çokşi
Coann Kondon
Rut Cons
Yaş reytinqi 16+
İstehsalçı ölkə Flag of the United Kingdom.svg Böyük Britaniya
İl 16 sentyabr 2003- 31 dekabr 2006
Studiya BBC
Dil ingilis dili
Janr komediya
Sitkom
Növü bədii serial
Rəng rəngli
Seriya sayı 25
Seriya vaxtı 30 dəqiqə (təxminən)
Davametmə müddəti bitib
Telekanal BBC
ID 0358856
Xarici keçidlər
Rəsmi sayt

"Kiçik Britaniya" ( ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı [1]. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-ın HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu.

Tarix

Radio şou

Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular).

Teleseriallar

Lu Todd və Endi Pipkin, serialın ən məşhur personajlarındandır
Birinci mövsüm, 2003

Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu. Şou izləyicilər arasında böyük marağa səbəb olmuşdu, məhz buna görə də serial həmçinin BBC Two telekanalında da nümayiş edilmişdi. Tənqidçilər seriala müsbət rəy vermişdi.

İkinci mövsüm, 2004

Serialın 2-ci mövsümü yeni qəhrəmanlar ilə 19 oktyabr 2004-cü ildə BBC Three telekanalında nümayiş edilmişdi. Serial seyircilər arasında populyarlaşaraq 3 dekabr 2004-cü ildən BBC One kanalında göstərilmişdi. Auditoriyanın serialı daha rahat izləməsi məqsədilə, teleserialın bir sıra seriyaları redaktə edilmişdi.

Üçüncü mövsüm, 2005

Serialın 3-cü mövsümü 17 noyabr 2005-ci ildə BBC One telekanalında göstərilmişdi. Serial altə həftə davam etmişdi. Lukas və Uillyamsın müsahibə zamanı verdiyi məlumatlara əsasən, onlar 4-cü mövsümdə çəkilişləri daha maraqlı etmək üçün, bir sıra qəhrəmanları "öldürməyə" məcbur oldular və bu səbəbdən də 4-cü mövsüm üçün yeni personajların daxil edilməsinə heç bir maneə qalmadı.

Little Britain Abroad, 2006

2006-cı ildə, Milad adlı 2 hissədən ibarət serialın çəkilişlərinə start verilmişdi. Əvvəlki serialarda çəkilən qəhrəmanların bu şouda digər ölkələrə səyahət etmələri nümayiş olunmuşdu.

Little Britain USA

2007-ci ildə, Mett Lukas və Devid Uillyams yeni Little Britain adlı serialın çəkilişi haqqda məlumat yaymışdılar, lakin şounun adını dəyişərək Little Britain USA qoymuşdular, bu da serialda həm britaniyalı, həm də amerikalı personajların iştirak etməsi səbəbdəndir [2] Devid Uillyamsın sözlərinə görə, Little Britain USA Kiçik Britaniyanın effektiv davamıdır. [3] Şou HBO telekanalında hər bazar günü saat 10:30-da nümayiş olunurdu. Serial həmçinin 2010-cu ilin yanvar ayından Kanadanın The Comedy Network kanalında göstərilməyə başlamışdı.

Digər dillərdə
Esperanto: Little Britain
español: Little Britain
français: Little Britain
magyar: Angolkák
italiano: Little Britain
lietuvių: Little Britain
Nederlands: Little Britain
português: Little Britain
Simple English: Little Britain
Türkçe: Little Britain
українська: Маленька Британія
中文: 小不列颠