Kazimir Maleviç

Picto infobox artiste.png
Kazimir Maleviç
rus. Казими́р Севери́нович Мале́вич
Fotoqrafiya
Doğum tarixi23 fevral 1879(1879-02-23)
Doğum yeriKiyev, Rusiya imperiyası
Vəfat tarixi15 may 1935 (56 yaşında)
Vəfat yeriLeninqrad, RSFSR, SSRİ
VətəndaşlığıFlag of Russia.svg Rusiya İmperiyası
Flag of the Soviet Union (1936–1955).svg SSRİ
Fəaliyyətirəssam, heykəltəraşincəsənət xadimi
İstiqamətSuprematizmRussian avant-garde
Üslubmüəllim, Rəssamlıqscenography
Tanınmış işləriBlack Square (1915), Suprematist CompositionWhite on White
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 23 fevral 187915 may 1935) — polyak mənşəli görkəmli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi.

Həyatı

Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi. Onların ailəsində 14 uşaq var idi. Ən böyüyü Kazimir idi. O, oxumağı, yazmağı öyrənir və 15 yaşında anası ona boya dəsti hədiyyə edir. 1895-ci ildə 17 yaşında Kiyevin Rəssamlıq məktəbinə daxil olur. 1896-cı ildə ailəsi Kurska köçür. Burada Kazimir çertyojçu kimi Kursk-Moskva dəmiryol idarəsində işləyir. 1899-cu ildə ailə qurur. 1905-ci ildə o ani dəyişiklik edir və Moskvaya köçmək istəyir, lakin həyat yoldaşı buna qarşı olduğu üçün onu uşaqları ilə birlikdə Kurskda qoyur.

Kazimir 1905-1906-cı illərdə Moskvada işləmək üçün sənədlərini verir, lakin qəbul olunmur. 1907-ci ildə onun anası Moskvaya gəlir və tanınmış kafedə idarəçi kimi fəaliyyət göstərir. Bir neçə aydan sonra o Kazimirin evini 5 otaqlı evə dəyişir və gəlinini uşaqları ilə birlikdə Moskvaya köçürür. Kazimir 3 otaqda uşaqları və həyat yoldaşı ilə yaşayır. Kazimir 1907-1910-cu ilə qədər Studiyada fəaliyyət göstərir. O, uşaqlarını görməyə gəlir, lakin uşaqlar Mixail Rafaloviçin himayəsində olurlar. Və o Sofya Rafaloviçlə 2-ci dəfə ailə qurur. Bu müddətə kimi Kazimir köhnə həyat yoldaşından xəbər ala bilmir. 1912-ci ildə o, Münhendə "Mavi atlı", 1921-ci ildə Moskva şəhərində, eləcə də başqa şəhərlərdə sərgilərdə iştirak edir.

Qara kvadrat (1915)

1924-cu ildən 1926-ci ilə qədər Leninqrad Dövlət Universitetində direktor kimi işləyir. O, həmçinin "Müasir memarlıq birliyi"nin üzvü idi. O, 3-cü dəfə 1927-ci ildə Nataliya Mançenko (1902-1990) ilə ailə qurur. 1930-cu ilin payızında Maleviç alman kəşfiyyatçısı olmaqda ittiham edilərək həbs edilir və dekabr ayına kimi həbsxanada qalır. 1933-cü ildə prostat xərçənginə tutulur.

0, 15 may 1935-ci ildə Leninqradda dunyasını dəyişir və vəsiyyətinə uyğun olaraq kremasiya olunaraq külü 21 may günü Moskva vilayətindəki Nemçinovka kəndində sevdiyi palıd ağacının altında basdırılır.

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Казімер Малевіч
български: Казимир Малевич
čeština: Kazimir Malevič
Bahasa Indonesia: Kazimir Malevich
македонски: Казимир Малевич
Nederlands: Kazimir Malevitsj
norsk nynorsk: Kasimir Malevitsj
português: Kazimir Malevich
srpskohrvatski / српскохрватски: Kazimir Maljevič
Simple English: Kazimir Malevich
српски / srpski: Казимир Маљевич
ślůnski: Kazimir Malewicz
Tiếng Việt: Kazimir Malevich
Bân-lâm-gú: Kazimir Malevič