IBM

International Business Machines
azərb. Beynəlxalq Biznes Maşınları
IBM logo.svg
Tipi:Açıq
Birjada listinqi:IBM
Fəaliyyəti:Texnologiyakonsaltinq
Təsis edilib:16 iyun 1911
Yerləşməsi:Flag of the United States.svg ABŞ, Armonk, Nyu-York
Hakim simaları:Samuel C. Palmisano (Sədr, Prezident və BİD)
Sahəsi:İnformasiya texnologiyaları
Məhsulu:Kompyuter texnikası, Proqram təminatı, pleyerlər, mobil telefonlar və s.
Gəliri:Increase 106,91 mlrd. ABŞ dolları (2011)[1]
Əməliyyat mənfəəti:Increase 20,28 mlrd. ABŞ dolları (2011)[1]
Təmiz mənfəəti:Increase 15,85 mlrd. ABŞ dolları (2011)[1]
Əməkdaşların sayı:426 751 (2011)[1]
Veb-saytı:IBM.com

IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiyakonsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi.

  • 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı.
  • 1937- ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi.
  • 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
  • 1975-ci ildə ilk fərdi kompyuter IBM 5100 İBM (IBM Portable Computer) şirkəti tərəfindən istehsal edilmişdi. Lakin IBM 5100 modelinin satışı uğursuzluğa uğramışdır. Monitorda hər biri 64 simvol olan 16 sətirdən ibarət informasiya əks olunurdu. Bu kompyuterlər kiçik biznes sahələrində tətbiq üçün yaradılmışdı[2].
  • 1980-1981 kompyuterlərin kütləvi istehsalı tarixi IBM şirkətinin adıyla bağlıdır. Hazırlanmasına 1980-ci ilin iyulunda başlanılan IBM PC (ay-bi-em pi-si) 5150 modeli 1981-ci ilin 12 avqustunda meydana çıxdı.

Yaranması

IBM 5100

1880–1929-ci illər

1880-ci ildən başlayaraq müxtəlif texnologiyalar yarandı və sonradan bu texnologiyalar IBM şirkətinin sələfləri oldular:

  • Julius E. Pitrap hesablayan tərəzini (computing scale) patentləşdirdi (1885)[3];
  • Aleksandr Dey zəng danışığını yazan qurğunu (dial recorder) kəşf etdi (1988)[4];
  • Herman Hollerith Elektrik Tabulyator Maşınını patentləşdirdi (1989)[5];
  • Uillard Bundi işçilərin işə gəlib getmə vaxtını kağıza yazan saat kəşf etdi (1989)[6].

1911-ci il iyunun 16-da bu texnologiyalar və onların retrospektiv şirkətləri Çarlz Ranlett Flint tərəfindən birləşdirilərək Computing-Tabulating-Recording Company (C-T-R) yaradıldı.[7] Nyu-Yorkda yerləşən şirkət 1300 işçidən ibarət idi, ofisləri Endikott ve Binqamtonda, Nyu-Yorkda, Daytonda, Ohayoda, Detroytda, Miçiqanda, Vaşinqtonda, TorontodaOntarioda var idi. O, tabulyatorlar və perforator kartları ilə yanaşı, istehsal və kommersiya tərəziləri, sənaye vaxt qeyd eden qurğuları, ət və pendir doğrayan maşınlar istehsal edib satırdı. 16 iyun 1911-ci ildə ABŞ-da əsası qoyulan ComputingTabulating Recording Company şirkəti hazırda dünyada ən böyük kompüter istehsalçılarından biri, “mavi nəhəng” IBM şirkətinə məxsus idi. IBM 22 ildir ki, ən çox patenti olan ABŞ şirkətidir. IBM-çilər öz şirkətinə il ərzində 6180-dən artıq patent qazandırıblar. Hətta İnternet nəhəngi Google şirkətin reklam strategiyasını inkişaf etdirmək məqsədilə IBM korporasiyasından xeyli patent alıb.

Flint 1914-cü ildə Thomas Vatsonu National Cash Register Company-dən şirkətə başçılıq etmək üçün işə götürür.[7] Vatson "səxavətli satış stimullarını, müştəri xidmətinə diqqəti, baxımlı, tünd kostyumlu satıcılara qarşı tələbkarlığı və hər bir işçidə şirkətə loyallığı" təmin etdi.[8]

Onun sevimli "DÜŞÜN" şüarı C-T-R əməkdaşları üçün mantraya çevrildi, C-T-R-ə qoşulduqdan 11 ay sonra Vatson onun prezidenti oldu.[8] Şirkət geniş miqyaslı, bizneslər üçün hazırlanmış xüsusi tabulator həllərinə (tabulating solutions) yönəldi, digər kiçik ofis məhsulları bazarını isə digər şirkətlərə buraxdı. Vatsonun 4 ili ərzində qazanclar $ 9 milyona kimi iki dəfədən də çox artdi, şirkətin əməliyyatları Avropa, Cənubi Amerika, Asiya ve Avstraliyaya genişləndi.[8] Şirkətin fəaliyyətinin genişlənməsi və beynəlxalq əhəmiyyət daşımağa başlaması səbəbindən[9] 14 fevral 1924-cü ildə C-T-R şirkətinin adı International Business Machines Corporation (IBM) adlandırıldı.

1930–1979

1937-ci ildə IBM-in tabulyasiya cihazı onun müştərisi olan təşkilatlara görünməmiş miqdarda informasiyanı emal etməyə imkan yaratdı. Məsələn, ABŞ dövləti 26 milyon işləyən əhalinin Sosial Müdafiya Aktına üçün bundan istifadə etdi.[10] Bundan əlavə 1937-ci ildə şirkətin prezidenti Adolf Hitlerle görüşüb və cihaz təchizatı barədə söhbət ediblər, 1941-ci ildə isə türməçiləri yerleşdirmək üçün düşərgələrə lizing təchizatı aparılmışdır. İkinci dünya müharibəsi vaxtında şirkət kiçik silahlar da istehsal edirmiş ("M1 Carabine", „Browning Automatic Rifle").

NASA tədqiqatçıları IBM 704 elektron verilənlərin emalı maşınından istifadə edirlər (1957)

1952-ci ildə Tomas Vatson atasının 40 illik rəhbərliyndən sonra şirkətin prezidenti oldu. 1956–ci ildə Artur Samuel IBM-in Poughkeepsie, Nyu-York laboratoriyasında çeker oynamaq üçün IBM 704-ü proqrammlaşdırdı, bununla maşın öz təcrübəsindən "öyrənə" bilirdi. Bu ilk “özündən öyrənən”, süni intellekt konsepsiyasını ifadə edən proqram sayılır. 1957-ci ildə IBM FORTRAN (Formula Tərcüməsi – ing.FORmula TRANslation) elmi proqramlaşsırma dilini inkişaf etdirdi. 1961-ci ildə Tomas Vatson İdarə Heyətinin Sədri səçildi, Albert Uilliams isə şirkətin prezidenti oldu. IBM Amerika Hava Yolları ( American Airlines) üçün SABRE (ing. Semi-Automatic Business-Related Environment – Yarımavtomat Biznes Əlaqəli Mühit) rezervasiya sistemini hazırladı. 1961-ci ilin iyulun 31-də istifadəyə verilmiş IBM-in "Selectric" çap maşını elektrik çap maşınları arasında çox uğurlu modeli oldu.

IBM-in "Selectric" çap maşını

1963-cü ildə IBM işçiləri və kompyuterləri NASA-ya Merkuri astronavtlarının orbit uçuşunu izləməyə imkan yaratdı. Bir il sonra isə şirkətin baş qərargahı Nyu-York Sitidən (ing. New York City) Armonk, New York-a köçürüldü. Onilliyin ikinci yarısı IBM-in kosmos tədqiqatlarına dəstək verməsinin şahidi oldu, 1965-ci ildə Gemini uçuşları, 1966-cu ildə Saturn uçuşları, 1969-cu ildə insanın Aya enməsi missiyası IBM-in əməyi işə baş tutdu.

7 aprel 1964-cü ildə şirkət IBM System/360 – ilk kompyuter sistemi ailəsini təqdim etdi. 1964-1978-ci illərdə satılan, bu ilk kompyuterlər ailəsi idi ki, kiçikdən böyüyə həm kommersiya, həm də elmi məzmunlu applikasiyaları özünə cəmləşdirirdi. İlk dəfə olaraq şirkətlər köhnə applikasiyalarını təzədən yazdırmadan öz hesablama imkanlarını yeni model ilə yeniləyə bilərdilər.

1973-cü ildə IBM mühəndisi Corc Laurer Universal Məhsul Kodunu (barkodun xüsusi növüdür) yaratdı.[11]

IBM-in Blue Gene superkompyuteri ABŞ Prezidenti Barak Obama tərəfindən 18 sentyabr 2009-cu ildə Texnologiya və İnnovasiya Milli Medalı ilə təltif olunub.

1980-ci ildən indiyədək

IBM PC 5150
IBM "Watson" süni intellekt proqramı

1981-ci ildə IBM Dünya Bankı ilə tarixdə ilk svap müqaviləsini bağlamaqla maliyyə svaplarını ictimaiyyətə gətirdi.[12] Öncədən IBM 5150 kimi hazırlanan IBM PC 1981-ci ildə təqdim edildi. IBM PC sənaye standartına çevrildi. 1991-ci ildə IBM Lexmarkı satdı, 2002-ci ildə isə PwC consulting şirkətini aldı. 2003-cü ildə IBM şirkətinin dəyərlərini yenidən yazan layihə reallaşdırdı. IBM özünün Jam texnologiyasından istifadə edərək şirkət 3 gün ərzində 50000 işçi ilə vacib biznes dəyərləri barədə İnternetdə onlayn müzakirələr keçirdi. Diskussiyalar mürəkkəb mətn analizini həyata keçirən proqram (eClassifier) ilə analiz olundu. 2003-cü ildəki Jam nəticəsində şirkətin dəyərləri 3 müasir biznes, bazar və işçi baxışlarını əks etdirən dəyərlərlə yeniləndi: "Hər müştərinin uğuruna həsr edilmə", "Önəmli olan innovasiyadır – bizim şirkət və dünya üçün", "Bütün münasibətlərdə inam və şəxsi məsuliyyət"[13]. 2004-cü ildə başqa Jam keçirildi, bu dəfə 52 000 işçi 72 saat ərzində öz ən yaxşı təcrübələrini bölüşdü. Onlar daha əvvəl müəyyən edilmiş dəyərlərin tətbiqi üçün lazım olan praktik ideya axtarışında fikirlərini cəmlədilər[14].

2005-ci ildə şirkət öz şəxsi kompyuter biznesini Lenovoya satdı, 2009-cu ildə isə SPSS Inc. şirkətini əldə etdi. Az sonra 2009-cu ildə IBM-in Blue Gene superhesablayıcı proqrami ABŞ prezidenti Barak Obama tərəfinnən "Texnologiya və İnnovasiya üzrə Milli Medal"a layiq görüldü.

2006-cı ildə IBM "Secure Blue"-nu təqdim etdi. Bu qurğu verilənləri kodlaşdırmaq üçün hazırlanmış və mikroprosessora yerləşdirilə bilən qurğu idi[15].

2011-ci ildə IBM "Watson" süni intellekt proqramına dünyanın diqqət mərkəzində oldu. Proqram "Jeopardy!"-də nümayiş etdirilmişdi və oyun şousunda çempionlar Ken Cenninqs və Brəd Rutterə qalib gəlmişdi.[16]

29 sentyabr 2011-ci ildə IBM-in yekun dəyəri Microsoftun $ 213.2 milyard dəyərini üstələyib $ 214 milyard oldu. 1996-cı ildən sonra ilk dəfə idi ki, IBM son qiymətlərə görə rəqibini keçirdi. Buna baxmayaraq, IBM-in dəyəri hazırda Apple-in $ 362.1 milyardliq dəyərinin 2/3-nə bərabərdir.[17]

Digər dillərdə
Afrikaans: IBM
العربية: آي بي إم
asturianu: IBM
башҡортса: IBM
беларуская: IBM
беларуская (тарашкевіца)‎: IBM
български: IBM
বাংলা: আইবিএম
bosanski: IBM
català: IBM
کوردی: ئای بی ئێم
čeština: IBM
Чӑвашла: IBM
dansk: IBM
Deutsch: IBM
Ελληνικά: IBM
English: IBM
Esperanto: IBM
español: IBM
eesti: IBM
euskara: IBM
فارسی: آی‌بی‌ام
suomi: IBM
galego: IBM
עברית: IBM
hrvatski: IBM
magyar: IBM
Հայերեն: IBM
Bahasa Indonesia: IBM
Interlingue: IBM
Ido: IBM
íslenska: IBM
italiano: IBM
日本語: IBM
ქართული: IBM
Qaraqalpaqsha: IBM
Gĩkũyũ: IBM
한국어: IBM
kurdî: IBM
Lëtzebuergesch: IBM
lietuvių: IBM
latviešu: IBM
Malagasy: IBM
македонски: ИБМ
മലയാളം: ഐ.ബി.എം.
монгол: IBM
मराठी: आय.बी.एम.
Bahasa Melayu: IBM
नेपाली: आइबिएम
Nederlands: IBM
norsk nynorsk: IBM
norsk: IBM
occitan: IBM
ଓଡ଼ିଆ: ଆଇ.ବି.ଏମ.
ਪੰਜਾਬੀ: ਆਈ.ਬੀ.ਐਮ
polski: IBM
Piemontèis: IBM
português: IBM
română: IBM
русский: IBM
саха тыла: IBM
Scots: IBM
srpskohrvatski / српскохрватски: IBM
සිංහල: IBM
Simple English: IBM
slovenčina: IBM
slovenščina: IBM
shqip: IBM
српски / srpski: IBM
svenska: IBM
தமிழ்: ஐபிஎம்
тоҷикӣ: IBM
Tagalog: IBM
Türkçe: IBM
татарча/tatarça: IBM
українська: IBM
oʻzbekcha/ўзбекча: IBM
Tiếng Việt: IBM
Winaray: IBM
ייִדיש: איי.בי.עם.
中文: IBM
Bân-lâm-gú: IBM
粵語: IBM