Harri Potter və Alov Qədəhi (film, 2005)

Film şablonu üçün illüstrasiya.png
Harri Potter və Alov Qədəhi
ing. Harry Potter and the Chamber of Secrets
Fotoqrafiya
Janrfentezi
macəra
dram
RejissorMayk Nyuel
ProdüserDevid Heyman
Əsərin müəllifiCoan Roulinqin Harri Potter və Alov Qədəhi romanı əsasında
Baş rollardaDeniel Redkliff
Rupert Qrint
Emma Uotson
Miranda Riçardson
Ralf Fayns
Qari Oldmen
Alan Rikman
Robert Pettinson
OperatorRocer Pratt
BəstəkarPatrik Doyl
(Harri Potter mövzusu Con Uilyams tərəfindən bəstələnib)
İstehsalçıHeyday Films
Patalex IV Productions
Distribyutor:
Warner Bros.
İlk baxış tarixi6 noyabr 2005
(Odeon Leyçester meydanı)
18 noyabr 2005
(BK və ABŞ)
Vaxt157 dəq.[1]
Büdcə$150 milyon [2]
Gəlir$896.9 milyon[2]
ÖlkəFlag of the United States.svg ABŞ
Flag of the United Kingdom.svg Böyük Britaniya
Dilİngilis
İl2005
Əvvəlki filmHarri Potter və Azkaban məhbusu
Sonrakı filmHarri Potter və Simurq Ordeni
Harri Potter və Alov Qədəhi (film, 2005) Vikianbarda

Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribyutorluğu ilə çıxarılmış ABŞBöyük Britaniya fentezi filmidir.[2] Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüsserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur.

"Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-da PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert QrintEmma Uotson isə Harrinin ən yaxın dostları olan Ron UizliHermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan RikmanRobert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. Harri Potter və Azkaban Məhbusu filminin sikveli olan filmdəki hadisələr Harri Potter və Simurq Ordeni filmində davam etdirilir.

Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır. Hoqvarts səhnələri Leavesden Film Studiolarında çəkilmişdir. Çıxarılmasından beş gün sonra filmin Şimali Amerika gəlirləri $102 milyonu keçmiş, bu nəticə ilə “Alov Qədəhi” Ölüm Hədiyyələri. I hissəII hissədən sonra, Harri Potter filmləri arasında ilk həftəsonu gəlirlərinə görə üçüncü yerdə qərarlaşmışdır. Uğurlu kassa nəticələri göstərən “Alov Qədəhi” ümumilikdə $896 milyon gəlirlə 2005-ci ilin ən böyük gəlirli filmi, həmçinin həmin dövr üçün bütün zamanların səkkizinci ən böyük gəlirli filmi olmuşdur. 2017-ci il aprel ayının nəticələrinə görə “Alov Qədəhi” bütün zamanların ən böyük gəlirli filmləri sırasında 44-cü, Harri Potter filmləri arasında isə altıncı yeri tutmuşdur.

Film, Quruluşçu rejissor işinə görə Oskar mükafatına nominant göstərilmiş, həmin nominasiyada BAFTA mükafatını qazanmışdır. “Alov Qədəhi” Harri Potter filmlər seriyasına aid olan filmlər arasında IMAX formatda çıxarılmış ikinci filmdir. Həmçinin Harri Potter filmlər seriyasına aid olan filmlər tənqidçilər tərəfindən ən yaxşı qəbul edilmiş filmlərdən biri olan “Alov Qədəhi” aktyor oyunu, ssenari, mövzuların işlənməsi və təqdimatına görə təriflənmişdir.[3]

Digər dillərdə
srpskohrvatski / српскохрватски: Harry Potter and the Goblet of Fire (2005)
oʻzbekcha/ўзбекча: Harry Potter va Alanga kubogi (film)