Gözün hərəki siniri

Gözün hərəki siniri
Azan sinirDil-udlaq siniriÜz siniriÜçlü sinirGörmə siniriQoxu siniriGözün hərəki siniriBlok siniriUzaqlaşdırıcı sinirDəhliz-ilbiz siniriDilaltı sinirƏlavə sinir424px Brain human normal inferior view with labels az..png
About this image
Kəllə sinirlərinin diaqrammı
Gray776.png
Latıncan. oculomotorius
Qreysubyekt 198 882
Başlanıroculomotor nucleus, Edinger-Westphal nucleus
MeSHOculomotor+Nerve

Gözün hərəki siniri (lat. nervus oculomotorius) bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi - lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda - lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə - lat. rami superior et inferior bölünür.

Gözün hərəki sinirinin tərkibində: 1) göz əzələlərini (yuxarı çəp və bayır düz əzələdən başqa) və yuxarı göz qapağını qaldıran əzələni innervasiya edən efferent (hərəki) liflər; 2) gözün əksər əzələlərindən proprioseptiv qıcıqları daşıyan afferent (hissi) liflər; 3) göz bəbəyini daraldıcı əzələni və kirpik əzələsini innervasiyaedici (gözün hərəki sinirinin əlavə - vegetativ nüvəsindən çıxan) qanqliondan qabaqki (preqanqlionar) parasimpatikliflər vardır. Bundan əlavə gözün hərəki siniri mağaralı cibi keçərkən mağaralı kələfdən göz alması damarlarına məxsus simpatik liflər, nəhayət göz yuvasının yuxarı yarığını keçdikdə göz sinirindən (lat. n. ophtalmicus) hissi liflər qəbul edir.

Beləliklə gözün hərəki siniri gözün yuxarı, içəri və aşağı düz, aşağı çəp əzələlərini, yuxarı göz qapağını qaldıran əzələni, göz bəbəyini daraldan əzələni, akkomodasiyanı tənzim edən kirpik əzələni innervasiya edir və qeyd olunan göz əzələlərindən proprioseptiv qıcıqları (əzələ-oynaq hissini) beyinə daşıyır.

Digər dillərdə