Frederik Senger

Frederik Senger(ing. Frederick Sanger; 13 avqust 1918, Rendkomb, Qlosterşir — 19 noyabr 2013)—ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980).

Həyatı

İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır.

Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944-1954-cü illər).

F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri. Bu işlər sintetik insulini və digər hormonları almaq üçün əsas oldu.

F. Senger 1965-ci ildə struktur tədqiqatları üçün lazım olan RNT və DNT-ni radioaktiv 32P ilə nişanlamağı təklif etmişdir. Bu, işləri olduqca az miqdarda (10-69) material ilə aparmağa imkan vermişdir. 1967-ci ildə 5SRNT-nin strukturunu (120 əsas) müəyyən etmişdir. 1977-ci ildə faq DNT-si FX 174-ün strukturunu (5375 əsas) müəyyənləşdirmişdir. 1977-ci ildə DNT-nin birli strukturunu açmaq üsulunu təklif etmişdir.

F. Senger 1980-ci ildə “Nuklein turşularının birinci quruluşunun müəyyən edilməsi sahəsində tədqiqatlara görə” Nobel mükafatına layiq görülmüşdür.

Digər dillərdə
Afrikaans: Frederick Sanger
العربية: فردريك سانغر
asturianu: Frederick Sanger
تۆرکجه: فردریک سنقر
беларуская: Фрэдэрык Сенгер
български: Фредерик Сангър
čeština: Frederick Sanger
français: Frederick Sanger
Gàidhlig: Frederick Sanger
Bahasa Indonesia: Frederick Sanger
Кыргызча: Фредерик Сеңер
Lëtzebuergesch: Frederick Sanger
Bahasa Melayu: Frederick Sanger
Plattdüütsch: Frederick Sanger
Nederlands: Frederick Sanger
português: Frederick Sanger
Runa Simi: Frederick Sanger
русиньскый: Фредерик Сенгер
srpskohrvatski / српскохрватски: Frederick Sanger
Simple English: Frederick Sanger
slovenčina: Frederick Sanger
slovenščina: Frederick Sanger
српски / srpski: Фредерик Сангер
Kiswahili: Frederick Sanger
татарча/tatarça: Фредерик Сәңер
українська: Фредерік Сенгер
oʻzbekcha/ўзбекча: Frederick Sanger
Tiếng Việt: Frederick Sanger
Bân-lâm-gú: Frederick Sanger