Fransa Dənizaşırı Bölgələr Birliyi

Fransa Dənizaşırı Bölgələr Birliyi
France d'outre-mer
FDBB
FDBB bayrağı
Bayrağı
FDBB xəritədə yeri
FDBB xəritədə yeri
Rəsmi dillərfransız dili
Sahəsi
• Ümumi
551,394 km2 (212,894 sq mi)
Əhali
• Təxmini
2,735,000 (2017)
ValyutaAvro
İnternet domeni.fr

Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Me) - Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanıAntarktidada yerləşən bir çox ərazilər daxildir.

Dənizaşırı departamentDənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.

Dənizaşırı kollektivliklər yerli səviyyədə seçilmiş assambleyalar, Fransa parlamenti və Fransa höküməti, kollektivliklərdən seçilmiş millət vəkili və senatorlar, habela Fransa Dənizaşırı Bölgələr Nazirliyi tərəfindən idarə olunmaqdadır. Fransa Dənizaşırı Bölgələr Birliyinin ərazisi 9,821,231 km² olan xüsusi iqtisadi zonaya malikdir və ölkə ərazisinin 17,8% hissəsini təşkil etməkdədir. Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan Adel Torpağı Fransa qanunlarına əsasən rəsmi şəkildə ölkənin bir parçası hesab olunsada, Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən ərazi mübahisələndirilmişdir.

Tarixi əhali
İlƏh.±%
1953909.000—    
19631.194.000+31.4%
19731.475.000+23.5%
19831.656.000+12.3%
19932.028.000+22.5%
20032.414.000+19.0%
20132.691.000+11.5%
20162.774.000+3.1%
Bütün beş xarici departamentin əhalisi 2016-cı ilin [1] nəfər təşkil etmişdir. Dənizaşırı kollektivliklərdə yaşayan əhali 600.000 nəfərdir. ([2], [3], [4], [5], [6], [7]). DepartamentKollektivliklərdə ümumi 2.774.000 nəfər yaşayır.

Üzərində yaşayış olan departamentlər və kollektivlər

Bu siyahıya 11 bölgə daxildir:

Bayraq[note 1]AdPaytaxtƏhaliƏrazi
(km2)
Əhali sıxlığı
(Hər km üçün2)
StatusYerləşməQeyd
Drapeau de la Guyane.svgFransa QvianasıKayenna250,109[1]83,534[2]3Dənizaşırı departamentCənubi Amerika
Flag of French Polynesia.svgFransa PolineziyasıPapeete268,270[3]3,521[4]76Dənizaşırı kollektivlikSakit okean
Unofficial flag of Guadeloupe (local).svgQvadelupaBas Ter405,739[1]1,628[2]249Dənizaşırı departamentAntil adaları
Snake Flag of Martinique.svgMartinikaFor-de-Frans386,486[1]1,128[2]343Dənizaşırı departamentAntil adaları
Flag of Mayotte (local).svgMayottaMamudzu226,915[5]374[4]569Dənizaşırı departamentAfrika
(Mozambik boğazı)
2009-cu ilin 29 mart tarixində bölgənin Dənizaşırı departament statusuna yüksəldilməsi üçün referendum keçirilmişdir. 95.24% səslə qəbul olunan referendumun nəticələri 2011-ci ilin 31 mart tarixində qüvvəyə minmişdir. Komor adaları bölgəyə haqq iddia etməməkdədir.
Flag of FLNKS.svgYeni KaledoniyaNumea268,767[6]18,575.5[7]14Dənizaşırı kollektivlikSakit okean2018-ci ildə müstəqillik üçün referendum keçiriləcək.
Flag of France.svgReyunyonSen-Deni840,974[1]2,504[2]336Dənizaşırı departamentAfrika
(Hind okeanı)
Flag of Saint Barthelemy (local).svgSen-BartelemiQustaviya9,035[8]25[9]361Dənizaşırı kollektivlikAntil adaları2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Flag of France.svgSen-MartenMariqo36,286[8]53[10]685Dənizaşırı kollektivlikAntil adaları2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Flag of Saint-Pierre and Miquelon.svgSen-Pyer və MikelonSen-Pyer6,080[8]242[4]25Dənizaşırı kollektivlikKanadanın cənub-şərqi
Flag of Wallis and Futuna.svgUollis və FutunaMata-Utu12,197[11]142[4]86Dənizaşırı kollektivlikSakit okean
  1. Fransız Konstitusiyasının 2-ci maddəsində Fransa bayrağı Fransanın yeganə qanuni bayrağı olduğu bildirilir. Yalnız Fransa Polineziyası (Dənizaşırı kollektivlik)Yeni Kaledoniya (Dənizaşırı departament) xüsusi icazə əsasında bayraqdan istifadə edə bilər. Bu haqq Noumé Accord tərəfindən 1984-cü ilin 6 sentyabr tarixində hər iki əraziyə verilmişdir. 2007-ci ilin 23 fevralından Fransanın Cənub və Antarktika əraziləridə Fransa bayrağı əsasında hazırlanmış bayraqdan istifadə edir. Bölgələrin tarixi bayraqları bəzən istifadə edilir, lakin rəsmi şəkildə istifadəsinə icazə yoxdur. Bir çox ərazilər əraziləri təmsil etmək üçün qeyri-rəsmi bayraqları istifadə edilir. Bu cədvəldə qeyri-rəsmi bayraqlar göstərilmişdir.

Üzərində yaşayış olmayan ərazilər

(Ərazilər adətən müxtəlif elmi araşdırmalar və ekspedisiyalar üçün istifadə edilməkdədir.)

BayraqAdTabe olduğuSəpələnmiş adalarPaytaxtƏrazi (km2)StatusYerləşməQeyd
Flag of France.svgKlipperton---2[12]Fransa dövlətinin özəl mülkiyyətiMeksikanın qərbi
Flag of the French Southern and Antarctic Lands.svgFransanın Cənub və Antarktika əraziləriKroze adaları-Alfred Fo340[13]FCAƏ bölgəsiHind okeanının cənubu
Kergelen-Port-o-Frans7,215[13]FCAƏ bölgəsiHind okeanının cənubu
Sen-Pol adası
Amsterdam adası
-Marten-de-Vive66[13]FCAƏ bölgəsiHind okeanı
Adel Torpağı-Dümon Dürvill Stansiyası432,000[13]FCAƏ bölgəsiAntarktidaAntarktika haqqında konvensiyanın şərtlərinə əsasən
Hind okeanında səpələnmiş adalarBank-du-Qeysir-0FCAƏ bölgəsiAfrika
(Mozambik boğazı)
Komor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Bassas da İndiya adaları-1[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Avropa-30[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən haqq iddia edilməkdədir
Qloryoz adaları-7[13]Hind okeanıKomor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Xuan de Nova-5[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Tromelin adası-1[13]Hind okeanıMavriki tərəfindən ərazi iddiaları irəli sürülür

Xəritə

Outre-mer en.png

Dənizaşırı bölgələrdəki əsas şəhərlər

Digər dillərdə
Bahasa Melayu: Perancis Seberang Laut
srpskohrvatski / српскохрватски: Francuski prekomorski departmani i teritorije
Simple English: Overseas France