Emilio Markos Palma

Picto infobox character.png
Emilio Markos Palma
Emilio Marcos Palma

Doğum tarixi
7 yanvar 1978(1978-01-07)
Doğum yeriEsperanza Base, Antarctic Treaty area
AtasıXorxe Emilio Palma
AnasıMariya Silviya de Palma
VətəndaşlıqFlag of Argentina.svg Argentina
Peşəsisystems analystİnformatik
Milliyyətiİspan
FəaliyyətiSistem analitiki

Emilio Markos PalmaArgentina vətəndaşı olan, Antarktida materikində doğulmuş ilk insandır. Emilio doğularkən çəkisi 3,4 kq (7 funt) təşkil etmişdir. O, Esperansa stansiyasında, Antarktik yarımadasında anadan olmuşdur. Onun atası kapitan Xorxe Emilio Palma stansiyada yerləşən Argentina hərbi dəstəsinin komandiri olmuşdur[1]. İndiyənə qədər Antarktikada 10 nəfər insan doğulmuşdur. Onlardan yalnız Emilio Markos Palma daha cənubda anadan olmuşdur.

1977-ci ilin sonunda Emilionun anası Mariya Silviya de Palma bətnində körpəsi 7 aylığında olarkən Eperansa stansiyasına gətirilir. Səbəb isə onun körpənin burada doğulmasını istəməsi olmuşdur[2]. Argentina Antraktikasında doğulan körpə avtomatik olaraq Argentina vətəndaşı olur. Üstəlik onun ata və anası Argentina vətəndaşlarıdır.

Emilio həm də Britaniya vətəndaşlığına iddia edə bilərdi. Səbəb isə ərazinin həm də Böyük Britaniyanın Antarktika ərazilərinə aid edilməsidir. Ancaq o və valideynləri bu iddiada olmamışlar.

O, Ginnesin Rekordlar Kitabına dünya tarixində Antarktida materikində doğulan ilk insan kimi düşmüşdür. Bununla belə Cənubi Georgiya adasında 1913-ci ildə doğulan norveçli Solveyk Qunberq Yakobsen Antarktikada doğulan ilk insan kimi tarixə düşmüşdür. İstisna olan vəziyyət isə Cənubi Georgiya adasının tam olaraq Antarktikaya aid edilməməsidir[3].

  • İstinadlar

İstinadlar

  1. "Life found under S Pole ice shelf". The Times. 10 January 1978.
  2. "Born Freezing: Meet Antarctica’s First Citizen". WebEcoist. Arxivləşdirilib: [1] saytından 2012-06-25 tarixində. http://www.webcitation.org/68gcUTGB3. İstifadə tarixi: 12 July 2012.
  3. Gravminner i Norge. DIS Norge. Retrieved on 14 June 2012.
Digər dillərdə
беларуская (тарашкевіца)‎: Эміліё Маркас Пальма
Deutsch: Emilio Palma
English: Emilio Palma
Esperanto: Emilio Palma
français: Emilio Palma
magyar: Emilio Palma
հայերեն: Էմիլիո Պալմա
Bahasa Indonesia: Emilio Palma
Nederlands: Emilio Palma
polski: Emilio Palma
português: Emilio Palma
русский: Палма, Эмилио
svenska: Emilio Palma
українська: Еміліо Палма