Dieqo Velaskes

Dieqo Velaskes
Fotoqrafiya
Doğum tarixi: 6 iyun 1599(1599-06-06)
Doğum yeri: Sevilya, İspaniya
Vəfat tarixi: 6 avqust 1660 (61 yaşında)
Vəfat yeri: Madrid, İspaniya

Dieqo Velaskes - ( isp. Diego Velázquez) ( 6 iyun 1599 - 6 avqust 1660) - İspaniyalı rəssam.

Həyatı

6 iyun 1599-cu ildə portuqaliyalı bir Yəhudi olan vəkil ata (Juan Rodríguez de Silva) ilə zadəgan bir ailədən gələn ananın (Jerónima Velázquez) ilk oğlan övladı olaraq dünyaya gəldi. O dövrdə İspaniyada ailənin ilk oğlan övladının ananın qızlıq soyadını alması ənənə olduğundan, Velaskes soyadını aldı. Dieqo Velaskes dil öyrəndi, fəlsəfə oxudu, rəsm dərsləri aldı. İlk rəsm müəllimi məşhur rəssam Francisco de Herrera idi. Uzun tüklü fırçalarla rəsm çəkməyi böyük ehtimal ki, ondan öyrəndi. Velaskes, sərt təbiətli yaşlı bir rəssam olan Francisco de Herrera ilə bir ilə yaxın müddətdə çalışdıqdan sonra, 12 yaşında olarkən, daha pis rəssam lakin daha yaxşı müəllim olan Francisco Pacheco'nun şagirdi oldu. Beş il onunla işlədi. Müəllimi Sevilyadakı sənət adamlarına yaxın olduğundan, Velaskes dövrün ədəbiyyat və sənət dəyişkənliklərini yaxından təqib etməyə başladı və gələcəkdə saraya girməyində müəlliminin köməyi oldu. Rəssam olaraq qısa zamanda məşhur oldu. 17 yaşında belə olmayan Velaskes şəhər rəssamları lojasına qəbul edildi. "Saka" o günlərdə, Sevilyada çəkdiyi rəsmlərdəndir.

1618-ci ildə müəlliminin qızı Juana Pacheco ilə evləndi. İki qızları oldu. Böyük qızları Francısca de Silva Velaskes Pacheco (1619-1658), məşhur rəssam Juan Bautista Martínez del Mazo ilə evləndi. Kiçik qızları isə hələ körpə ikən öldü.

Taxta IV Filip keçdikdə, rəhbərliyi Kont-Dük Olivaresa verib, özü də rəsm sənətinə sıx maraq göstərdi. Bu dövrdə Velaskes Saraya Kral ilə tanış olmağa çağırıldı amma lazımı marağı görməyib Sevilyaya geri qayıtdı. Aylar sonra Saraydan rəsmi bir dəvət alaraq Kralın bir portretini çəkdi, bu əsər IV Filip tərəfindən çox bəyənildi və Velaskes saray rəssamlığına təyin edildi. 1623-cü ildə Velaskes, ailəsiylə birlikdə Madridə köçdü. Kral IV. Filipin dostluğunu qazanan Velaskes, həyatının sonuna qədər də ondan kömək gördü. Velaskes yaşadığı müddət ərzincə, sarayın tək böyük rəssamı oldu.

1628-ci ildə Flamand rəssam Peter Paul Rubens Madridə gələndə, Kral Filip bu böyük sənətçiyi İspaniyadakı sənət əsərlərini gəzdirmək vəzifəsini Velaskesə verdi. Yeddi ay ərzində bu diplomatik vəzifəni boynuna götürən Velaskes rəssam Rubensi çox təqdir etsə də, öz rəsmləri onun təsiri altında qalmadı. Növbəti il Kral italyan əsərlərini və sənətçilərini görməyi çox istəyən Velaskesi İtaliyaya göndərdi. Bir il yarım davam edən bu səyahət zamanı Kral, rəssamın aylıq maaşını kəsmədiyi kimi, yol pulunu da özü ödəmişdi. Sənətçi orada Mikelancelo, Rafael kimi İtalyan rəssamlarının əsərlərini kopya edərək işlədi, o vaxt özü üçün bir neçə rəsm də çəkdi.

1631-ci ildə Madridə qayıdan Velaskes, Kral Filipin sarayında rəssamlığa davam etdi. Kralın, kral ailəsinin, Saraydakı portretlərini çəkdi. Mövzusunu tarixdən alan “Bredanın təslim olması” ilə dini rəsm olan “Çarmıxa çəkilmə” də o günlərdə çəkdiyi məşhur rəsmlərdəndir. İspaniyada bir sənət akademiyası qurulmasına qərar veriləndə, Velaskes əsər satın almaq üçün ikinci dəfə İtaliyaya göndərildi. Həmin vaxt Roma Papası olan X İnnokenti sənətçini çox yaxşı qarşılayaraq bir portretini çəkdirdi. 1650-ci ildə çəkilən və "X İnnokentinin portreti" adlanan bu əsər, rəssamın yeni bir sənət axtarışında olduğunu göstərən ilk əsər olduğu üçün əhəmiyyətlidir və müəllifin ən məşhur əsərlərindən biri sayılır. 1651-ci ildə İspaniyaya qayıdan Velaskes yenidən saray rəsmlərinə başladı. Bunlar arasında ən məşhuru kiçik şahzadə Marqarita Mariyanın “Las Meninas” adlı tablosudur.

1659-cu ildə Filip, Velaskesə "cəngavər" titulunu verdi. Bu titul onu inkvizisiya təzyiqindən qurtararaq rahat-rahat işləməsini təmin etdi. 1660-cı ildə İspan şahzadəsi Maria Teresa ilə Fransa Kralı XIV. Louisin toy hazırlıqlarına nəzarət etdi. Toyu sənət cəhətdən zənginləşdirdi. 26 İyunda Madridə qayıtdı, 31 iyulda xəstələndi. Bu xəstəlikdən xilas ola bilməyərək 6 Avqust 1660-ci ildə, 61 yaşında ölən sənətçi böyük bir mərasimlə San Juan Kilsəsinin bağçasına dəfn edildi. O dəfn edilərkən Kral "artıq mən məhv oldum" deyərək ağladı. Həyatı boyunca rəssamı səssiz bir kölgə kimi izləyən arvadı, ölümündən çox qısa müddət sonra, rəssamın öldüyü otaqda öldü və sonra ərinin yanına basdırıldı.Sevilyada rəssamın xatirəsinə tikilən abidənin altında "həqiqətin rəssamına" yazılmaqdadır.

Digər dillərdə
Afrikaans: Diego Velázquez
aragonés: Diego Velázquez
asturianu: Diego Velázquez
Aymar aru: Diego Velásquez
башҡортса: Диего Веласкес
žemaitėška: Diegs Velaskesos
беларуская: Дыега Веласкес
беларуская (тарашкевіца)‎: Дыега Вэляскес
български: Диего Веласкес
brezhoneg: Diego Velázquez
čeština: Diego Velázquez
Esperanto: Diego Velázquez
estremeñu: Diego Velázquez
føroyskt: Diego Velázquez
français: Diego Vélasquez
贛語: 韋拿克
Fiji Hindi: Diego Velázquez
interlingua: Diego Velázquez
Bahasa Indonesia: Diego Velázquez
íslenska: Diego Velázquez
Qaraqalpaqsha: Diego Velázquez
Адыгэбзэ: Диего Веласкес
kalaallisut: Diego Velázquez
Кыргызча: Веласкес
Lëtzebuergesch: Diego Velázquez
latviešu: Djego Velaskess
олык марий: Веласкес, Диего
македонски: Диего Веласкез
Bahasa Melayu: Diego Velázquez
Mirandés: Diego Velázquez
norsk nynorsk: Diego Velázquez
Kapampangan: Diego Velázquez
Piemontèis: Diego Velázquez
português: Diego Velázquez
Runa Simi: Diego Velázquez
tarandíne: Diego Velázquez
русиньскый: Дієґо Веласкес
саха тыла: Веласкес Диего
srpskohrvatski / српскохрватски: Diego Velázquez
Simple English: Diego Velázquez
slovenščina: Diego Velázquez
Soomaaliga: Diego Velázquez
српски / srpski: Дијего Веласкез
Kiswahili: Diego Velázquez
татарча/tatarça: Diego Velaskes
українська: Дієго Веласкес
oʻzbekcha/ўзбекча: Diego Velázquez
vepsän kel’: Velaskes Diego
Tiếng Việt: Diego Velázquez
მარგალური: დიეგო ველასკესი
Bân-lâm-gú: Diego Velázquez